Auditoriyaya addım atmaq “Sillabus” hazırlamaqla başlayır


Ola bilər ki, Amerika təəsüratları qədər uğurlu olmasın, amma bu dəfə müəllimlik təcrübəmi yazmaq istəyirəm. Tənqid və məsləhətlərinizin dəyərli olduğunu, dəyərli olduqları qədər dəyərləndiriləcəklərini də elə yazının başındaca bildirmək istəyirəm.

Azərbaycan Universitetində “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini artıq dördüncü ildir ki, tədris edirəm. Tələbələrlə birlikdə özüm də demək olar ki, hər gün yeni nə isə öyrənirəm. Məsələn, ilk öyrəndiyim şey, sillabus olmadan və Tədris şöbəsinə təsdiq etdirilmədən dərsə buraxılmayacağım olmuşdu…

Sillabus, fənnin semestr üzrə proqramıdır və auditoriyaya addım atmaq üçün müəllimdən ilk növbədə sillabus hazırlamaq tələb olunur. Konkret fənn üzrə tədris prosesində həm müəllimlərin, həm də tələbələrin öhdəliklərini müəyyənləşdirən sillabusda, fənn və müəllim haqqında məlumatlar, fənnin təsviri və məqsədləri, gözlənilən nəticələr, tövsiyə edilən əsas və əlavə ədəbiyyat, tədris siyasəti və davranış, qiymətləndirmə, təqvim-tematik plan kimi məlumatlar öz əksini tapmalıdır. Oxumağa davam et

Sosial şəbəkə statuslarından xəbər hazırlana bilərmi?


yeni ve sosyal medya markalari

http://gundelik-baku.com/index.php?newsid=6980#.UMOWueQ3ZLQ

 

Zeynal Məmmədli: “Statuslar ictimai maraq doğurursa, bundan istifadə etmək olar”

Son zamanlar jurnalistlər arasında yeni ənənə yaranıb. Sosial şəbəkələrdə paylaşılan statuslardan istifadə edərək xəbər hazırlayırlar. Sosial şəbəkədə paylaşılan hansısa statusu sonradan hansısa saytda və ya qəzetdə  xəbər şəklində görmək mümkündür. Hətta həmin statusa verilən şərhlərlə  də xəbərin içində rast gəlmək olar.  Ümumiyyətlə, peşəkar jurnalist bu yolla xəbər hazırlaya bilərmi? Əgər hazırlaya bilərsə, hansı qaydalara riayət etməlidir? Və bu mətbuatın ciddiliyinə şübhə doğurmurmu? Bu və ya digər suallara aydınlıq gətirmək üçün media üzrə ekspert Zeynal Məmədli ilə əlaqə saxladıq.

Zeynal Məmmədli sosial şəbəkələrdə qiymətlərdə mübahisəliliyin olmasını bildirdi: “Bu nə dərəcədə ictimaidir və hamıya açıqdır? Çünki “facebook” bəlli bir dostlar qrupunun qapalı şəbəkəsidir. Amma eyni zamanda bunun istifadəçilərinin sayı dünyada  elə böyük rəqəmlə ölçülür ki, Azərbaycanda bu yarım milyon civarında adamı əhatə edir. Həmin statuslar istər- istəməz ictimai xarakter daşıyır. Ona görə də ictimai önəmi nəzərə almaq lazımdır. Peşəkar jurnalistlər sosial şəbəkədən faydalanarkən belə bir qaydaya əməl etməsi  tələb olunur. Tələb budur ki, o statuslar ictimai maraq doğurursa, çox önəmlidirsə, ictimai maraq testindən keçirsə, önəmli bir mövzunun izinə düşməyə kömək edirsə, izə düşmək mənasında statusdan istifadə etmək olar. İctimai maraq testinin isə öz şərtləri var və həmin test bir neçə haldan ibarət olur”.

Məmmədli qeyd etdi ki, statusu birbaşa misal gətirmək olmaz. Həmin statuslarda səslənən fikirlər, ona münasibətlər bu mövzunun daha dolğun işıqlandırılmasına yardım etməlidir: “Peşəkar jurnalistikada “facebook” statuslarından bu cür yararlanmaq tövsiyə olunur. Onları birbaşa çıxarmaq, birbaşa müzakirə mövzusuna keçirmək, o adamların etirazına səbəb ola bilər. Və onlar bu konkret media qurumu və jurnalistlə bağlı məhkəmə çəkişmələrinə gedə bilərlər”.

Məmmədli onu da vurğuladı ki,  məqamda əsas məsələ media hüququ və etikasının buna necə baxmasıdır. Onun sözlərinə görə, media hüququ internet mediasının sosial şəbəkədən qaynaq kimi istifadə olunmasına yaşıl işıq yandırır. Amma bu halda qaynaqdan daha çox ip ucu kimi istifadə olunması məsləhətdir: “Tutaq ki, bir status, bir foto sayəsində izə düşürsən, açıq qaynaqlardan istifadə edib, bunu tamamlayırsan. İctimai önəm daşıyırsa, statuslardan bu formada istifadə edə bilərsən”.

Z.Məmmədli bu məsələdə mübahisəli məqamların çox olduğunu dedi. Onun dediyinə görə, jurnalistika xalqdan qopmur. Amma eyni zamanda əgər sayt, qəzet ictimai önəm daşıyan birisinin fotolarını saytda yaymaq qərarı veribsə, detallara diqqət etməlidir. Belə ki, həmin fotolarda özəl yaşam məqamı qabardılırsa, peşəkar media icazəsiz, bunun ictimai önəmini qavramadan ondan istifadə edə bilməz: “Bu, ən azı etik davranış deyil. Hüquqi problem yaranmasa belə, etik problem də önəmlidir. Kiminsə ailə fotolarını yayımlamaq nəyə lazımdır? İctimai önəmi nəzərə almaq lazımdır. Amma hər situasiya üçün buna qərar verirsən. Yeni sahə olduğu üçün burada  müəyyən boşluqlar var”.

Günel Mehdi

Facebook statuslarından xəbər düzəltmək olarmı?


http://www.musavat.com/new/Media/127067-FACEBOOK_STATUSLARINDAN_X%C6%8FB%C6%8FR_D%C3%9CZ%C6%8FLTM%C6%8FK_OLARMI

Son vaxtlar bəzi mətbuat orqanlarında, xüsusən də saytlarda yeni ənənə yaranıb. Jurnalistlər sosial şəbəkədə gördükləri maraqlı statuslardan xəbər hazırlayırlar. Tanınmış birinin yazdığı şəxsi status az keçmədən xəbər kimi oxucuya təqdim edilir. Həmin statusa bildirilən rəylər də xəbərin bir hissəsinə çevrilir. Bundan başqa, sayt rəhbəri ilə sosial şəbəkədə dostluq edən məşhur və ya az məşhur birisi səhəri gün öz fotolarını “fotosessiya” kimi dostunun saytında görə bilir. Müasir informasiya məkanında xəbərin saniyə hesabı ilə bir-biri ilə yarışdığını nəzərə alsaq, rəqabət danılmaz gerçəkdir. Amma sosial şəbəkə statusları, orada paylaşılan fotolar xəbər mövzusu ola bilərmi? Bu zaman hansı normalar nəzərə alınmalıdır?

Media eksperti Zeynal Məmmədli dedi ki, bu məqamda əsas məsələ media hüququ və etikasının buna necə baxmasıdır. Onun sözlərinə görə, media hüququ internet mediasının sosial şəbəkədən qaynaq kimi istifadə olunmasına yaşıl işıq yandırır. Amma bu halda qaynaqdan daha çox ip ucu kimi istifadə olunması məsləhətdir: “Tutaq ki, bir status, bir foto sayəsində izə düşürsən, açıq qaynaqlardan istifadə edib, bunu tamamlayırsan. İctimai önəm daşıyırsa, statuslardan bu formada istifadə edə bilərsən”.

Z.Məmmədli dedi ki, özəl statusları icazə almadan xəbər məkanına gətirmək isə kiminsə şəxsi məktubunu icazəsiz oxumağa bənzəyir. Müsahibimiz facebook-un açıq şəbəkə olması faktını xatırladaraq, burada statusların çoxsaylı qrupun arenasında paylaşıldığını dedi: “Bu səbəbdən də status sahibi ilə razılaşdırandan sonra onu mediaya çıxarmaq olar. Əgər status sahibi bunun daha geniş miqyasda müzakirəsinə razıdırlarsa, ictimailəşdirmək olar. Yəni həm hüquqi, həm etik problem bu halda yoluna qoyulmuş olur”.

Z.Məmmədli bu məsələdə mübahisəli məqamların çox olduğunu dedi. Onun dediyinə görə, jurnalistika xalqdan qopmur. Amma eyni zamanda əgər sayt, qəzet ictimai önəm daşıyan birisinin fotolarını saytda yaymaq qərarı veribsə, detallara diqqət etməlidir. Belə ki, həmin fotolarda özəl yaşam məqamı qabardılırsa, peşəkar media icazəsiz, bunun ictimai önəmini qavramadan ondan istifadə edə bilməz: “Bu, ən azı etik davranış deyil. Hüquqi problem yaranmasa belə, etik problem də önəmlidir. Kiminsə ailə fotolarını yayımlamaq nəyə lazımdır? İctimai önəmi nəzərə almaq lazımdır. Amma hər situasiya üçün buna qərar verirsən. Yeni sahə olduğu üçün müəyyən boşluqlar var burda. İnternetin tənzimlənməsi tərəfdarlarına yem verməmək üçün bir çox ölkələr qanunvericilik məsələsində çabalayırlar”.

Sevinc TELMANQIZI