Sosial mediaya örnək olay – Youtube


youtube

Youtube dünyanın ən böyük video paylaşma platformalarından biridir. 2005-ci ildə qurulmuş və 2006-cı ildə Google tərəfindən satın alınmışdır. “Tube” sözü televiziya tüpündən gəlir. “Özünü dəyiş” (Broadcast yourself) şüarı ilə fəaliyyətə başlayan “Youtube”un yaradılmasının səbəblərindən biri videoların e-maillə yollana bilməməsi idi.

Oxumağa davam et

“Youtube”da Leyla Əliyevanın rəsmi səhifəsi yaradılıb


Leyla Əliyevahttp://xalqqazeti.com/az/news/social/28290 

Bütün dünyada populyar olan YouTube veb-saytında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, “Baku” beynəlxalq jurnalının baş redaktoru, İDEA ekoloji kampaniyasının təsisçisi Leyla Əliyevanın rəsmi səhifəsi (http://www.youtube.com/user/LeylaAliyevachannel) yaradılmışdır.

Orijinal kontentdə L.Əliyevanın 2007-ci ildən başçılıq etdiyi ictimai təşkilatlar və hərəkatlar çərçivəsində onun çoxşaxəli fəaliyyətini işıqlandıran 100-dən çox videoçarx, həmçinin iştirak etdiyi müxtəlif konfranslardan, xeyriyyə tədbirlərindən və görüşlərdən videosüjetlər yerləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, Leyla Əliyevanın səhifəsində onun öz şeirləri ilə müşayiət olunan animasiyalı videoçarxlar da yerləşdirilmişdir.

Səhifə Leyla Əliyevanın Azərbaycan, ingilis və rus dillərində ən təzə videoçarxları ilə yenilənəcəkdir.

Xatırladaq ki, 2005-ci ilin fevral ayında yaradılmış YouTube veb-saytı milyonlarla istifadəçinin əvvəllər hazırlanmış videoçarxları tapmasına, onlara baxmağa və bölüşməyə imkan verir. Orijinal kontent yaradanlar və reklam verən şirkətlər üçün yayım platforması kimi xidmət edən YouTube veb-saytı bütün dünyada şəbəkə istifadəçilərinin ünsiyyət saxlamaq, məlumatlanmaq və ilham mənbəyi rolu oynayan bir forumdur.

Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva