İnternetin yaramaz uşaqları – “TROLL”LAR YAXUD “TROLL”LAYANLAR


imagesİnternet və yüksək texnologiyalar sosial əlaqələrin, o cümlədən ünsiyyətin yeni forma və metodlarını yaradıb. Texnologiyanın gətirdiyi yenilikləri sürətlə mənimsəyir və gündəlik vərdişlərə çeviririk, amma ortaya çıxan problemlər, səbəb və nəticələr haqqında düşünmürük. Əslində bu, sadə istifadəçilərin işi də deyil.

Sosial şəbəkələrdən bəzən özümüzü təsdiq edə biləcəyimiz, bəzən də mənəvi-intellektual ehtiyaclarımızı doyura biləcəyimiz məkan kimi istifadə edirik. Kiməsə barmaq silkələyirik, şikayətlərimizi yazaraq emosiyalarımızı idarə edirik. Hərdən burada sanballı, maraqlı və savadlı görünmək istəyirik, hərdən məsləhət almaq üçün dostlara müraciət edirik, hərdən də sadəcə vaxt keçiririk. Amma ən çox da paylaşımlarımız vasitəsiylə gündə ən az bir dəfə hər kəslə danışmağa özümüzü borclu hiss edirik. Oxumağa davam et

Advertisements

Semestr dəyərləndirmə yazısı: “Bloqum məndən daha məşhurdur”


praktikaya gedirikXeyli müddətdir bloq yazmıram. Amma bu semestr xüsusən Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında müəllifi olduğum “Jurnalistika dərsləri” bloqunun məndən daha məşhur olduğunu kəşfetdim. Nəinki kəşf etdim, Bakı Slavyan Universitetində (BSU) canlı şahidi oldum.
Tələbələr seminar və imtahanlara hazırlaşarkən, referat və ya müxtəlif tapşırıqları hazırlarkən müəllifini şəxsən tanımadıqları bloqdan resurs kimi istifadə etdiklərini deyirlər. Aylardır yeni yazı dərc edilməmiş və bloqa qulluq edilməmiş olmasına baxmayaraq giriş statistikası da bunu dəstəkləyir. Gənclər üçün bu qədər əhəmiyətli bir mənbəni diqqətdən kənar saxlamanın haqsızlıq olduğu düşüncəsiylə bu yazını qələmə almağa qərar verdim. Onsuz da semestr başa çatarkən bir dəyərləndirmə yazısı yazmaq lazım idi. Oxumağa davam et

Yeni media, ənənəvi media anlayışları


Müasir jurnalistika son 10 il ərzində yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur, bu da informasiyanın maksimum opreativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə bağlıdır. Jurnalistika yeni texnologiya və vasitələrlə zənginləşmiş və yeni anlayışlar, həmçinin yeni jurnalistika alətləri ilə üzləşmişdir.

Yeni anlayışlardan biri “Sosial media”dır. Sosial media – insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Biznesmenlərə görə isə sosial media istehlakçı tərəfindən yaradılan mediadır. Sosial mediaya internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, ani ünsiyyət proqramları, forumlar daxil edilir.  Oxumağa davam et

İnternet kommunikasiyasının inkişafı: Veb 1.0 kommunikasiya növü (aləti)


internet və jurnalistikaİnternetin yaranması zamanı məqsəd heç də insanlar arasında ünsiyyətin artırılması deyildi. İnternet əvvəl hərbi məqsədlər, daha dəqiq desək hərbçilər arasında kommunikasiya* məqsədilə yaradılmışdı.

Bu şəbəkəyə daha sonra universitetlər də qoşulmağa başladı. Nəticədə veb saytlar internetdə ən çox istifadə olunan formata çevrildi. Veb saytların ilkin dövrü şərti olaraq Veb 1.0 adlandırılır. Veb 1.0-ın əsas fərqləndirici cəhəti saytların konkret hansısa bir təşkilt, insan və s. haqqında məlumatı istifadəçilərə çatdırmaqdan ibarətdir. Belə saytlar heç də keçmişdə qalmayıb, indinin özündə də çoxlu sayda saytlar məhz bu formada yığılır və istifadəçilər adətən şirkətin adını, onun haqqında da məlumatı, əsas fəaliyyət sahələrini, işlərin nümunələrini görə bilir. Oxumağa davam et

Amerikada doqquz gün…


ABŞ-a səfər təəsüratlarımın bloqun hələ də çox oxunanları sırasında olduğunu nəzərə alaraq, onları tək yazıda birləşdirdim. Kiçik əlavə və düzəlişlər də apardım. Artıq, “birinci”, “ikinci” ….. yazı deyə axtarmağa ehtiyac qalmadı. Buyurun, oxuyun…

Amerikadakı ən orijinal mərasim: "Panera Bread" kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir...

Amerikadakı ən orijinal mərasim: “Panera Bread” kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir…

 Fotolar: Ülviyyə Əsədzadə, Cabir Məmmədli

Amerika Birləşmş Ştatlarını tanımaq və haqqında yazmaq üçün uzun illər orada yaşamaq və müşahidə aparmaq lazımdır. Amma bəzi dostlardan “Amerika haqqındakı təəssüratların maraqlı olardı” məktubları alınca, doqquz günlük ABŞ səfərində tutduğum qeydləri sizlərlə də paylaşmaq istədim.

Beləliklə, bu yazı sadəcə havadan və avtobusun pəncərələrindən gördüyüm ABŞ,  Karolinalar (Cənubi və Şimali Karolina) və Corciyanın paytaxtı Atlanta haqqındadır. Oxumağa davam et

Mark Briqs “Jurnalistika 2.0”


Mark Briqs “Jurnalistika 2.0” – İnformasiya əsri üçün rəqəmli savadlılıq təlimatı Oxumağa davam et

Fərdi informasiya vasitələri dövrü


aksiya(Mənim aksiya təəssüratlarım…)

2009-cu ildə yayımının Azərbaycanın yerli FM tezliyində dayandırılmasından sonra fəaliyyətinə qısa dalğa, peyk, internet vasitəsilə davam edən Azadlıq radosu bu gün Bakıda baş tutan (#protestBaku) #əsgərölümünəson aksiyasını işıqlandırmaq üçün bambuser xidmətindən istifadə edərək hadisə yerindən canlı reportajlar yayımlayıb.

Bambuser elə bir xidmətdir ki, onunla bir başa olaraq internet üzərindən yayım etmək mümkündür. Bunun üçün qeydiyyatdan keçmək və veb kameranın olması kifayət edir. Bambuserlə yayımı hətta mobil telefonla da etmək mümkündür. Görüntünün keyfiyyəti bir başa olaraq internetin sürətindən asılıdır. Oxumağa davam et

Mikrobloqlama xidməti və Twitter


Twitter hazırda facebookdan sonra gələn dünyanın ən böyük sosiallaşma şəbəkəsi və pulsuz internet xidməti, yeni nəsil ünsiyyət vasitəsidir.

Twitter sözünün mənası “civilti” deməkdir. İngilis dilindən “twit” — “çərənləmək”, “birnəfəsə danışmaq”dır. İstifadəçilərin qısa, 140 simvolluq qeydlərlə söhbətləşməsi üçün yaradılmış bir mikrobloq xidmətidir. Bu 140 simvoldan ibarət paylaşımlara twit  deyilir.

Oxumağa davam et