Telexəbər


“Dəqiqlik operativlikdən yüksək qiymətləndirilir; Ədalət sensasiyadan daha üstün sayılır”.

Telexəbərin hazırlanma üsulu, təbii ki, bir qəzet və ya radio xəbərindən xeyli fərqlənir, amma bütövlükdə ortaq özəlliklər də var.

Mass Medianın digər qollarından fərqli olaraq TV-də birgə çalışma zərurəti bütün proqram formatları üçün səciyyəvidir. İstər reportyor komandasına daxil olan şəxslər – reportyor, kameraman və sürücülər (bəzi hallarda işıq mühəndisləri, və rejissorlar), istərsə redaktor və prodüserlər qarşılıqlı ünsiyyət mədəniyyətinə yiyələnməlidirlər. Onların hamısı bir hədəfə – maraqlı və gərəkli veriliş hazırlamağa köklənməlidir. Telexəbər istehsalının hər bir mərhələsində – istər istehsalöncəsi, yəni  ön hazırlıq, istər istehsal, yəni çəkiliş, istərsə montaj mərhələsində reportyorla operator aramsız peşəkar dialoq mühitində çalışmalıdırlar. Videomaterial efirə getdiyi zaman təkcə reportyor və operator deyil, prodüser və quruluşçu rejissor da ünsiyyət saxlamağı bacarmalıdırlar. Oxumağa davam et