Onlayn xəbərə multimedia elementlərinin artırılması


Biz artıq bilirik ki, əksər xəbər saytları konvergent xəbərlərin hazırlanmasına üstünlük verir, jurnalistlərdən yeni alət və texnologiyalardan faydalanmağı, yeni vərdiş və bacarıqlara yiyələnməyi tələb edir. 1990-cı illərin başında isə onlar yalnız bir sahə üzrə ixtisaslaşmışdılar.

Əvvəllər video və audio materialları radio və televiziya, mətnləri isə qəzet və jurnallar dərc edirdilər. İnternetin media bazarına daxil olması mənzərəni kökündən dəyişdirdi.  Yeni media mühitində BBC, CNN kimi tele-radio qurumları bloq yazıları və mətn təməlli xəbər dərc edir, The Guardian və The New York Times kimi qəzetlərsə video, podkast və qrafik görüntülər hazırlayır. Bu media qurumları konvergent xəbərlərdən istifadə etməklə, öz rəqiblərini qabaqlamaq və informasiya yarışında qalib gəlmək istədiklərini iddia edirlər. Oxumağa davam et

Advertisements

Telexəbər


“Dəqiqlik operativlikdən yüksək qiymətləndirilir; Ədalət sensasiyadan daha üstün sayılır”.

Telexəbərin hazırlanma üsulu, təbii ki, bir qəzet və ya radio xəbərindən xeyli fərqlənir, amma bütövlükdə ortaq özəlliklər də var.

Mass Medianın digər qollarından fərqli olaraq TV-də birgə çalışma zərurəti bütün proqram formatları üçün səciyyəvidir. İstər reportyor komandasına daxil olan şəxslər – reportyor, kameraman və sürücülər (bəzi hallarda işıq mühəndisləri, və rejissorlar), istərsə redaktor və prodüserlər qarşılıqlı ünsiyyət mədəniyyətinə yiyələnməlidirlər. Onların hamısı bir hədəfə – maraqlı və gərəkli veriliş hazırlamağa köklənməlidir. Telexəbər istehsalının hər bir mərhələsində – istər istehsalöncəsi, yəni  ön hazırlıq, istər istehsal, yəni çəkiliş, istərsə montaj mərhələsində reportyorla operator aramsız peşəkar dialoq mühitində çalışmalıdırlar. Videomaterial efirə getdiyi zaman təkcə reportyor və operator deyil, prodüser və quruluşçu rejissor da ünsiyyət saxlamağı bacarmalıdırlar. Oxumağa davam et