Amerikadan “görünən” Azərbaycan…. Amerika haqqında hələlik son yazı…


ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

Sovet dövrünü görmüş, Səməd Vurğunun “Zəncinin arzuları” poemasından “Mən zənciyəm həm də rəssam, otuz ildən bir az da çox övladıyam bu sənətin” misralarına aşina olan hər Azərbaycanlı üçün Amerikada yaşayan zəncilərin həyatı da çox maraqlıdır. Axı sovet təbliğat maşını 70 il boyunca onların “ikinci növ” vətəndaş sayıldığını, irqi ayrı-seçkiliyə məruz qaldıqlarını necə deyərlər “beyinlərə həkk etmişdi”.

ABŞ-da bu problem bu gün həll olunmuş kimi görünür. Amerika nəhayət həm qara dərili, həm də müsəlman olduğu iddia edilən birini özünə prezident seçib. Bəlkə də sterotiplərin təsirilədir,  amma mənim müşahidələrim deyir ki, “ağ”lar və “qara”lar arasında o “təbii” olan olan ayrı-seçkilik hələ də davam edir (etdirilir). Oxumağa davam et

Ramiz Rövşən niyə xalq şairi deyil?


Ramiz RovsenSovet dövründən bizə miras qalan ənənələrdən biri də xalq artisiti, xalq yazıçısı, xalq şairi kimi fəxri ad və titullardır. Çox bloklu binalar, metro vaqonları, Bakının kənar dalanları kimi bu adlardan da “Sovet iyi” gəlir.

Bəzi mənbələrə görə, Azərbaycanın ilk xalq yazıçısı əslən erməni olan Aleksandr Şirvanzadə olub və bu adı 1930-cu ildə alıb. Azərbaycanın ilk xalq şairi isə Səməd Vurğundur. O, bu ada 1956-cı ildə, ölümündən bir neçə ay əvvəl layiq görülüb. Bəzi mənbələr isə qeyd edir ki, sözügedən bütün fəxri adlar məhz onun ölümündən sonra təsis olunub. Səməd Vurğundan 4 il sonra, 1960-cı ildə Süleyman Rəhimova, bir il sonra isə Mirzə İbrahimova  Xalq yazıçısı fəxri adı verilib. Oxumağa davam et