Telemüsahibə


“Uğurlu müsahibənin təməlini reportyorun ciddi hazırlaşması təşkil edir”.

Müsahibə reportyordan müəyyən texniki bacarıq tələb edir. Uğurlu müsahibə təkcə yaxşı sual verməkdən ibarət deyil. Gəlin müsahibənin texnikasından deyil, onun aparılması metodikasından danışaq. Bu metodikaya yiyələndikdən sonra biz elə suallar düşünə bilərik ki, onlara verəlin cavablar gözlənilməz, məzmunlu və ifşaedici ola bilər. Oxumağa davam et

Telereportaj


“Televiziya çəkilişinin əsas qanunlarından biri 180 dərəcəli ox qaydasını qorumaqdır”.

Televiziya vizual vasitədir, jurnalistə hadisə yerindən kadrlar, imkan daxilində yaxşı kadrlar lazımdır. Bu, televiziya redaksiyalarında xəbərlərin seçilməsi funksiyasına öz təsirini göstərir. Mühüm xəbəri müşayiət edən uğursuz və cansıxıcı kadrlar ona gətirib çıxara bilər ki, nəticədə əhmiyyəti daha az, lakin illüstrasiyası daha yaxşı xəbər onu sıxışdırar. Hadisənin mərkəzində operativ çəkiliş aparmaq imkanı televiziyanı informasiya ötürən misilsiz vasitəyə çevirir. Baş verən reallığı göstərən autentik kadrlar tamaşaçının yaddaşına həkk olunur, hadisənin inkişafını izləməyə və onu qavramağa kömək edir. Məhz buna can atmaq lazımdır. Televiziya xəbərləri mətnlə deyil, kadrların dili ilə, illüstrasiyalı videosıra ilə verən vasitə olmalıdır. Oxumağa davam et

Telexəbər


“Dəqiqlik operativlikdən yüksək qiymətləndirilir; Ədalət sensasiyadan daha üstün sayılır”.

Telexəbərin hazırlanma üsulu, təbii ki, bir qəzet və ya radio xəbərindən xeyli fərqlənir, amma bütövlükdə ortaq özəlliklər də var.

Mass Medianın digər qollarından fərqli olaraq TV-də birgə çalışma zərurəti bütün proqram formatları üçün səciyyəvidir. İstər reportyor komandasına daxil olan şəxslər – reportyor, kameraman və sürücülər (bəzi hallarda işıq mühəndisləri, və rejissorlar), istərsə redaktor və prodüserlər qarşılıqlı ünsiyyət mədəniyyətinə yiyələnməlidirlər. Onların hamısı bir hədəfə – maraqlı və gərəkli veriliş hazırlamağa köklənməlidir. Telexəbər istehsalının hər bir mərhələsində – istər istehsalöncəsi, yəni  ön hazırlıq, istər istehsal, yəni çəkiliş, istərsə montaj mərhələsində reportyorla operator aramsız peşəkar dialoq mühitində çalışmalıdırlar. Videomaterial efirə getdiyi zaman təkcə reportyor və operator deyil, prodüser və quruluşçu rejissor da ünsiyyət saxlamağı bacarmalıdırlar. Oxumağa davam et