Amerikada doqquz gün…


ABŞ-a səfər təəsüratlarımın bloqun hələ də çox oxunanları sırasında olduğunu nəzərə alaraq, onları tək yazıda birləşdirdim. Kiçik əlavə və düzəlişlər də apardım. Artıq, “birinci”, “ikinci” ….. yazı deyə axtarmağa ehtiyac qalmadı. Buyurun, oxuyun…

Amerikadakı ən orijinal mərasim: "Panera Bread" kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir...

Amerikadakı ən orijinal mərasim: “Panera Bread” kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir…

 Fotolar: Ülviyyə Əsədzadə, Cabir Məmmədli

Amerika Birləşmş Ştatlarını tanımaq və haqqında yazmaq üçün uzun illər orada yaşamaq və müşahidə aparmaq lazımdır. Amma bəzi dostlardan “Amerika haqqındakı təəssüratların maraqlı olardı” məktubları alınca, doqquz günlük ABŞ səfərində tutduğum qeydləri sizlərlə də paylaşmaq istədim.

Beləliklə, bu yazı sadəcə havadan və avtobusun pəncərələrindən gördüyüm ABŞ,  Karolinalar (Cənubi və Şimali Karolina) və Corciyanın paytaxtı Atlanta haqqındadır. Oxumağa davam et

Amerika qonaqpərvərliyi… Amerika haqqında ikinci yazı…


ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

Amerika ilə birinci yazıda bəhs edilən səthi və qısa tanışlıqdan sonra 28 yanvar bazar ertəsi günü proqramda nəzərdə tutulan təlimlərimiz başlayır. İki günlük təlimlərin yadda qalan iki əsas məqamı, Randy və Laura Covingtonların evindəki axşam yeməyi ilə Cənubi Karolina Universitetinin Jurnalistika fakültəsini ziyarətimiz olur.

Təlim yeri SC (South Carolina) ETV-nin binasında yerləşən “Newsplex”dir. SC ETV, 11 televiziya və 5 radio ötürücüsünü birləşdirən, ABŞ-ın PBS – ictimai yayım xidmətinə daxil olan ictimai və təhsil verilişləri şəbəkəsidir. Mövzunu daha yaxşı anlamaq üçün haşiyə çıxaraq, Amerikada televiziyanın tarixinə qısaca nəzər salmaq lazımdır. Oxumağa davam et