Qorumalı: Radio və televiziya ilə işləmək


Bu mətn parolla qorunur. Yazını görmək üçün parolunuzu daxil edin:

Radio proqram növləri


“Müasir radiojurnalistika nəzəriyyəsində proqramların əsas əlamətləri bir sıra prinsiplərə görə, ilk növbədə isə məqsədə, məzmuna, janra, hansı radiokanalda səslənməsinə (kanalı mülkiyyət mənsubiyyəti və statusu), hansı auditoriyaya ünvanlanmasına, təbii ki, yaradıcılıq və təşkilati işlərinin gerçəkləşdirmə üsullarına, həmçinin efirdəki işin xüsusiyyətlərinə görə müəyyənləşir”.

 

İstənilən yaradıcı fəaliyyətin əsasında insanın mənəvi-ruhi və estetik tələbatının ödənilməsi dayanır. Radio yayımının və proqram yaradıcılığının da məqsədi budur və həmin məqsədin gerçəkləşdirilməsi prosesində formalaşan əlamət və xüsusiyyətlər proqramın növünü müəyyənləşdirir.

Müasir radiojurnalistika nəzəriyyəsində proqramların əsas əlamətləri bir sıra prinsiplərə görə, ilk növbədə isə məqsədə, məzmuna, janra, hansı radiokanalda səslənməsinə (kanalı mülkiyyət mənsubiyyəti və statusu), hansı auditoriyaya ünvanlanmasına, təbii ki, yaradıcılıq və təşkilati işlərinin gerçəkləşdirmə üsullarına, həmçinin efirdəki işin xüsusiyyətlərinə görə müəyyənləşir. Sadalanan bu əlamətlərə görə əsas proqram tiplərini bu şəkildə müəyyənləşdirmək olar:

Oxumağa davam et

Radiojurnalistikada rəy bildirən janrlar


“Rəy – fikir bildirən janrlar, bir qayda olaraq xəbərdən törəmə proqramlarda, debat və diskussiyalarda çıxış, şərh, rəy və s. formalarda özünü göstərir.”

Rəy bildirən janrlardan bəhs edərkən daha çox yozum, münasibət, rəy, mövqe bildirən, fakta və ya hadisəyə münasibətdə qiymətləndirmə prizmasından çıxış edən efir materilları göz önünə gətirilməlidir. Əgər xəbərdə hadisə və ya faktın yalnız özü varsa, analitik janrlarda bunların çoxşaxəli təhlili, analizi verilirsə, artıq rəy bildirən janrlarda həmin fakt və hadisənin ictimai mahiyyəti, cəmiyyət və ictimai proseslər üçün faydası yaxud faydasızlığı, dinləyici üçün önəmi və s. şərh olunur.

Rəy – fikir bildirən janrlar, bir qayda olaraq xəbərdən törəmə proqramlarda, debat və diskussiyalarda çıxış, şərh, rəy və s. formalarda özünü göstərir. Bu janrlarda xəbərə və ya təhlilə xas elementlər ola bilər, amma nə xəbərdə, nə də analitik materiallarda şərh – mövqe, münasibət yol verilməzdir. Xüsusən TV və radioda bu prinsipin pozulması efir materialını təbliğat, təşviqat məhsuluna çevirir, bu isə bəzən manipulyasiya və ya ictimai rəyə təsir göstərmək cəhdi kimi qiymətləndirilir.

Oxumağa davam et

Radiomüsahibə və radio söhbət


“Analitik janrlar baş vermiş hadisəni və ya faktı jurnalistin, ekspertin, müəllifin münasibətindən keçirərək auditoriyaya təqdim edir”.

Analitik janrlar fakta və hadisəyə təhlil, araşdırma və izahetmə meyarları ilə yanaşır. Bu janrlar daha çox fakt və hadisənin əsas məqamlarının təhlilini öz üzərinə götürür. Radiojurnalistikanın bu ad altında qruplaşdırılan müsahibə, söhbət, icmal və s. kimi janrları hər hansı fakt və hadisəni təhlil obyektinə çevirir, müəllif məqsədinə uyğun olaraq konkret istiqamətdə araşdırır. Bu janrlar üçün səciyyəvi cəhət mövzunun müxtəlif rakurslardan araşdırılması, əks fikirlərin tutuşdurulması və plüralist təhlilin aparılmasıdır.

Analitik janrlar baş vermiş hadisəni və ya faktı jurnalistin, ekspertin, müəllifin, adi vətəndaşın və s. münasibətindən keçirərək auditoriyaya təqdim edir. Analitik janrlar arasında ən çox işlənən müsahibə, söhbət və icmaldır.

Oxumağa davam et

Radio yayımının formaları və radiojurnalistikanın janr bölgüsü


“Radio yayımı inkişaf etdikcə, efirdə səslənən verilişlərin təqdimatında, formatında, yayımın formalarında və proqramların məzmununda da ciddi dəyişikliklər gedir”.

 

Radio yayımı inkişaf etdikcə, ictimai proseslərin proqramların məzmununa və bütövlükdə radionun statusuna təsiri artdıqca kütləvi kommunikasıyanın bu sahəsində də yeni texnologiyalar tətbiq olunduqca efirdə səslənən verilişlərin təqdimatında, formatında, yayımın formalarında və proqramların məzmununda da ciddi dəyişikliklər gedir. İlk növbədə yayımın növləri ilə bağlı situasiya dəyişir, yəni yayım təcrübəsində indiyə qədər mövcud olan proqram növləri və formalar öz yerini yenilərə verir.

Biz yayımın növləri dedikdə, məhz konkret mövzunu əhatə edən və aditoriyanın konkret sosial təbəqəsinə yönələn proqram bölgüsünü nəzərdə tuturuq. Digər tərəfdən radionun kommunikativ sistem kimi inkişafı və təkmilləşməsi efir materialının göndərildiyi ünvanı da müəyyənləşdirir. Dinləyicilər əvvəlcə sosial-demoqrafik əlamətlərə kənd və şəhər dinləyicilərinə bölünürlər. Sonra gənclər və uşaq auditoriyalarına yönəlmiş verilişlər meydana çıxır. Bu prosesin növbəti mərhələsi dinləyicilərin sosial, peşə, mədəni maraqlarını və yaş xüsusiyyətlərini nəzərə alan radio verilişlərinin çoxprofilli olmasıdır.

Oxumağa davam et

Media sistemində radionun özəllikləri və dili


“Televiziyanın vizual cazibəsi, qəzetin ifadə tərzi, radionun isə səslər palitrasına əsaslanan öz təbiəti vardır”.

 

Medianın hər bir sahəsi yalnız onun özünə xas olan fərqli cəhətlərə, özəlliklərə və özəl ifadə vasitələrinə malikdir. Televiziyanın vizual cazibəsi, qəzetin ifadə tərzi, radionun isə səslər palitrasına əsaslanan öz təbiəti vardır.

1938-ci ildə O. Uellsin bədii süjet kimi təqdim etdiyi Marsdan Yer kürəsinə hücum haqqında olan “Planetlərin müharibəsi” radiotamaşası efirdə səslənərkən yerli əhalinin təlaşla evlərdən küçələrə axışması, polisin və təhlükəsizlik qüvvələrinin şəhəri müdafiə üçün ayağa qalxması faktı radionun necə güclü təsir göstərməsinə klassik misaldır. A. Hitler 1933-cü ildə hakimiyyəti zəbt etməzdən əvvəl radionu ələ keçirmişdi. Çörçill 2-ci Dünya müharibəsində faşizmə qarşı mübarizə ruhunu qaldırmaq üçün öz həmvətənlərinə vaxtaşırı radio ilə müraciət edirdi. Ruzvelt bu müharibədə qalib gəlmək üçün “Ağ ev”də soba yanındakı radio söhbətlərində Amerika xalqını daha çox işləməyə, təhlükəyə qarşı daha sıx müqavimət göstərməyə ruhlandırmışdı.

Oxumağa davam et

Radio yayımının inkişaf meylləri


  • “Radio yerində saymır, daim yeniləşən texnologiyadan bəhrələnərək, TV və internet mediası ilə ayaqlaşmağa çalışır”.

 

Media sahəsindəki texnoloji yeniliklər, xüsusən vizual informasiyanın həyatın bütün sahələrini əhatə etməsi, TV-nin cazibədarlığının daha da artması, radio üçün ciddi problemlər yaradır. Hərçənd ki, radio da yerində saymır, daim yeniləşən texnologiyadan bəhrələnərək, TV və internet mediası ilə ayaqlaşmağa çalışır. TV-nin ayaq aça bilmədiyi məkanlarda, maşında uzaq yol gedərkən, bəzən də hansısa xüsusi informasiyanı ya da musiqini tapmaq üçün radioya üz tuturuq. Radio öz müqavimət gücünü və auditoriyasını hələ də saxlayır.

Yeni dünya düzəni ilk növbədə radionun statusuna, onun cəmiyyətdəki, sosial sistemdəki yerinə, eləcə də verilişlərin məzmununa ciddi dəyişikliklər gətirdi. Əvvəla SSRİ-nin dağılması ilə iki sistem arasında radio dalğalarında aparılan psixoloji müharibə sona yetmiş oldu.

Oxumağa davam et