“Yeni mediaya giriş” fənni haqqında ilkin məlumatlar


new-mediaSon 20 il media sahəsində inqiabi dəyişikliklər müşahidə olunur. İki sahənin-media ilə informasiya-kommunikasiya texnologiyalarının (İKT) konvergensiyası yeni bir məkan – kiberməkan (cyberspace) ortaya çıxarmışdır. Bu yeni komminikasiya məkanı tez-tez “Yeni media” olaraq da adlandırılır.

Formalaşmaqda olan yeni media sahəsi jurnalistlər qarşısında ciddi tələblər qoyur. Bu yeni kommunikasiya məkanında fəaliyyət göstərmək İKT-dən səmərəli və effektiv istifadəni zəruriləşdirir və jurnalistlərdən yeni bilik və bacarıqlara malik olmağı tələb edir.

Bu səbəbdən jurnalistika ixtisası üzrə təhsilini başa vuran məzunlar yeni media texnologiyaları sahəsində bacarıq və vərdişlərə sahib olmalıdırlar. Ölkədə yeni media infrastrukturunun formalaşması ali təhsil müəssisələrində yeni mediaya dair fənlərin və texnologiyalarının tədrisinin təkmilləşdirilməsini zəruri edir. Oxumağa davam et