Ön səhifənin idarə olunması


Bu mühazirədə növbətçi redaktorun vəzifələri, ön səhifənin idarə olunması, məlumatın saxlanma müddəti kimi mövzular nəzərdən keçiriləcək.

Növbətçi redaktorun məsuliyyəti: Onlayn xəbər redaksiyalarında saytın idarə edilməsi üçün adətən bir nəfər olur. Həmin şəxsin vəzifəsi ön səhifədə yerləşdirilən materiallara və yenə ön səhifənin tərtibatına nəzarət etməkdən ibarətdir. Həmin şəxs oxucunu cəlb etməklə kifayətlənməməli,  həm də  istifadəçilər üçün  mətn, audio, video və interaktiv elementləri aydın göstərən işarələr (signpost) yerləşdirməli, səhifədə gərəkli dəyişikliklərə qərar verməlidir. Onlar həmçinin, xəbər qurumunun istifadə etdiyi məzmunun idarə edilməsi sistemindən (CMS) asılı olaraq, ön səhifədə yerləşdiriləcək fotoların seçilməsinə görə də məsuliyyət daşıya bilərlər. Oxumağa davam et

Onlayn jurnalistikanın başlanğıcı: Onlayn xəbər və xüsusiyyətləri


Hər bir xəbər saytının  məqsədi informasiyanı ən effektif və maraqlı formada öz oxucusuna çatdırmaqdır. Bu o deməkdir ki, istifadəçi həm tez, həm sadə, həm də gözəxoş şəkildə məlumat ala bilməli və zaman-zaman sayta yenidən üz tutmaq istəməlidir. Məzmun  tez yüklənməli, orada artıq sözlər və boş, məzmunsuz cümlələr olmamalıdır.

Onlayn jurnalist başqa jurnalistlərdən (qəzet jurnalisti, RTV jurnalisti, sərbəst jurnalist və s.) elə də fərqlənmir.

Jurnalistika baxımından qaydalar eynidir, yeganə fərq platforma və internetdə informasiyanı təqdim etməyə imkan yaradan özəl vərdişlərdədir. Məsələn: Oxumağa davam et