Semestrin son sözü…


01Bir tədris ilini daha yekunlaşdırdıq, o cümlədən final imtahanlarını. Tələbələr istirahətə yollandılar, müəllimlər növbəti semestrə hazırlaşmağa. Yeni tədris ilinə enerji ilə dolu və xoş əhval-ruhiyyə ilə qayıdacaqlarını ümid edir, hər birinə xoş istirahətlər arzulayıram.

“Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini tədris etdiyim 112204-cü qrupda, “Bu fənn sizə nə öyrətdi” sualına dilucu cavab verənlər də var, maraqlı semestr tapşırıqlarına imza atanlar da. Əlbəttə, hələlik son sözü imtahan nəticələri deyir, nəticələri də qənaətbəxş hesab etmək mümkündür. Oxumağa davam et

Auditoriyaya addım atmaq “Sillabus” hazırlamaqla başlayır


Ola bilər ki, Amerika təəsüratları qədər uğurlu olmasın, amma bu dəfə müəllimlik təcrübəmi yazmaq istəyirəm. Tənqid və məsləhətlərinizin dəyərli olduğunu, dəyərli olduqları qədər dəyərləndiriləcəklərini də elə yazının başındaca bildirmək istəyirəm.

Azərbaycan Universitetində “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini artıq dördüncü ildir ki, tədris edirəm. Tələbələrlə birlikdə özüm də demək olar ki, hər gün yeni nə isə öyrənirəm. Məsələn, ilk öyrəndiyim şey, sillabus olmadan və Tədris şöbəsinə təsdiq etdirilmədən dərsə buraxılmayacağım olmuşdu…

Sillabus, fənnin semestr üzrə proqramıdır və auditoriyaya addım atmaq üçün müəllimdən ilk növbədə sillabus hazırlamaq tələb olunur. Konkret fənn üzrə tədris prosesində həm müəllimlərin, həm də tələbələrin öhdəliklərini müəyyənləşdirən sillabusda, fənn və müəllim haqqında məlumatlar, fənnin təsviri və məqsədləri, gözlənilən nəticələr, tövsiyə edilən əsas və əlavə ədəbiyyat, tədris siyasəti və davranış, qiymətləndirmə, təqvim-tematik plan kimi məlumatlar öz əksini tapmalıdır. Oxumağa davam et