Semestrin son sözü…


01Bir tədris ilini daha yekunlaşdırdıq, o cümlədən final imtahanlarını. Tələbələr istirahətə yollandılar, müəllimlər növbəti semestrə hazırlaşmağa. Yeni tədris ilinə enerji ilə dolu və xoş əhval-ruhiyyə ilə qayıdacaqlarını ümid edir, hər birinə xoş istirahətlər arzulayıram.

“Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini tədris etdiyim 112204-cü qrupda, “Bu fənn sizə nə öyrətdi” sualına dilucu cavab verənlər də var, maraqlı semestr tapşırıqlarına imza atanlar da. Əlbəttə, hələlik son sözü imtahan nəticələri deyir, nəticələri də qənaətbəxş hesab etmək mümkündür. Oxumağa davam et

İlk dərs… İlk təəsürat…


Birinci yazıda qeyd etdiyim kimi, bizim ali məktəblərdə auditoriyaya addım atmazdan əvvəl sillabus (müəllim və tələbə arasındakı müqavilə də demək mümkündür) hazırlamaq və onu müvafiq şöbəyə təsdiqlətdirmək lazımdır. Semestr sonunda oradan uğurla çıxmaq üçün də bəzi maneələr aşılmalı, təhlükələr dəf edilməlidir 🙂

Mən ilk təəsüratın əhəmiyyətli olduğuna inanıram. İlk qarşılaşmadakı müsbət təsir tələbələrlə semestr boyunca ünsiyyəti də asanlaşdıracaqdır. Sonrakı dərslərdə yaxşı cəhətlərinizi üzə çıxarmalarını gözləməniz vaxt itkisinə səbəb olacaqdır.

“İlk qarşılaşmada yaxşı təəssürat oyatmaq” barədə onlarca kitab oxuya bilərsiniz. Geyimdən tutun da nəzakətli görünməyə qədər müxtəlif reseptlər təklif edilir bu kitablarda. Bilik səviyyəniz, məlumatlı olmağınız qədər bunlar da əhəmiyyətlidir əlbəttə, amma məncə ən vacibi səmimi olmaq, olduğu kimi görünməkdir. Mən belə edirəm. Oxumağa davam et