Telejurnalistikanın janrları


“Televiziyа eкrаnındа gerçəкliyi əкs etdirən mаteriаllаr tаmаşаçıyа müхtəlif jаnrlаr vаsitəsilə çаtdırılır”.

 

Eкrаnа çıхаn müхtəlif verilişlər, hаqqındа dаnışdığımız yаyım növləri məzmunа, televiziyаnın yаyım siyаsətinə, аuditоriyаnın sоsiаl tələblərinə və tərкibinə görə müəyyənləşir. Lакin bu yаyım növlərinə, həm də коnкret fоrmаyа mаliк оlаn verilişlər dахildir. Çünкi hər hаnsı məzmun müəyyən əlаmətlərə mаliк оlаn bir fоrmа ilə ifаdə edilir və jurnаlistiкаdа bu fоrmа öz yаrаdıcılıq təzаhürünü jаnrlаrdа tаpır. Oxumağa davam et

Radiojurnalistikada rəy bildirən janrlar


“Rəy – fikir bildirən janrlar, bir qayda olaraq xəbərdən törəmə proqramlarda, debat və diskussiyalarda çıxış, şərh, rəy və s. formalarda özünü göstərir.”

Rəy bildirən janrlardan bəhs edərkən daha çox yozum, münasibət, rəy, mövqe bildirən, fakta və ya hadisəyə münasibətdə qiymətləndirmə prizmasından çıxış edən efir materilları göz önünə gətirilməlidir. Əgər xəbərdə hadisə və ya faktın yalnız özü varsa, analitik janrlarda bunların çoxşaxəli təhlili, analizi verilirsə, artıq rəy bildirən janrlarda həmin fakt və hadisənin ictimai mahiyyəti, cəmiyyət və ictimai proseslər üçün faydası yaxud faydasızlığı, dinləyici üçün önəmi və s. şərh olunur.

Rəy – fikir bildirən janrlar, bir qayda olaraq xəbərdən törəmə proqramlarda, debat və diskussiyalarda çıxış, şərh, rəy və s. formalarda özünü göstərir. Bu janrlarda xəbərə və ya təhlilə xas elementlər ola bilər, amma nə xəbərdə, nə də analitik materiallarda şərh – mövqe, münasibət yol verilməzdir. Xüsusən TV və radioda bu prinsipin pozulması efir materialını təbliğat, təşviqat məhsuluna çevirir, bu isə bəzən manipulyasiya və ya ictimai rəyə təsir göstərmək cəhdi kimi qiymətləndirilir.

Oxumağa davam et

Radiomüsahibə və radio söhbət


“Analitik janrlar baş vermiş hadisəni və ya faktı jurnalistin, ekspertin, müəllifin münasibətindən keçirərək auditoriyaya təqdim edir”.

Analitik janrlar fakta və hadisəyə təhlil, araşdırma və izahetmə meyarları ilə yanaşır. Bu janrlar daha çox fakt və hadisənin əsas məqamlarının təhlilini öz üzərinə götürür. Radiojurnalistikanın bu ad altında qruplaşdırılan müsahibə, söhbət, icmal və s. kimi janrları hər hansı fakt və hadisəni təhlil obyektinə çevirir, müəllif məqsədinə uyğun olaraq konkret istiqamətdə araşdırır. Bu janrlar üçün səciyyəvi cəhət mövzunun müxtəlif rakurslardan araşdırılması, əks fikirlərin tutuşdurulması və plüralist təhlilin aparılmasıdır.

Analitik janrlar baş vermiş hadisəni və ya faktı jurnalistin, ekspertin, müəllifin, adi vətəndaşın və s. münasibətindən keçirərək auditoriyaya təqdim edir. Analitik janrlar arasında ən çox işlənən müsahibə, söhbət və icmaldır.

Oxumağa davam et

Radioreportaj


“Reportaj günün ictimai-siyasi maraq doğuran hadisəsi barədə məlumat verən müəllifin – reportyorun fəal müdaxiləsi və münasibəti ilə, eləcə də səs lövhələrinin köməyi ilə dinləyicini bir növ həmin hadisənin iştirakçısına çevirən janrdır”.

 

Radioreportaj radioda ən canlı informasiya janrıdır. Bu janr həm efirin özəlliyini tam dolğunluğu ilə açmaq, həm də baş verən olayı dəqiq çatdırmaq qüdrətinə malikdir. Həyatın bir parçasını əks etdirən radioreportajda fakt və ya hadisə ön planda olur, onun təsvir obyekti hadisə, proses və insanların buna münasibətidir. Əsl reportaj hadisənin inkişafı ilə ayaqlaşmalı, dinamizmlə zəngin olmalıdır.

Radioreportaj təbiətinə görə sintetik janrdır. Operativ, sənədli və dinamik veriliş olub, günün ictimai-siyasi maraq doğuran hadisəsi barədə məlumat verən müəəlifin –  reportyorun fəal müdaxiləsi və münasibəti ilə, eləcə də səs lövhələrinin köməyi ilə dinləyicini bir növ həmin hadisənin iştirakçısına çevirən janrdır.

Radioreportaj hadisə yerindən şahidin söhbəti və ya hər hansı aktual, ictimai əhəmiyyət kəsb edən mövzu barədə səsli təsvirin kəməyi ilə gerçəkliyi, həqiqəti daha konkret əks etdirən, radiodinləyiciyə olayı görmək imkanı verən informasiya janrıdır.

Oxumağa davam et

Radio yayımının formaları və radiojurnalistikanın janr bölgüsü


“Radio yayımı inkişaf etdikcə, efirdə səslənən verilişlərin təqdimatında, formatında, yayımın formalarında və proqramların məzmununda da ciddi dəyişikliklər gedir”.

 

Radio yayımı inkişaf etdikcə, ictimai proseslərin proqramların məzmununa və bütövlükdə radionun statusuna təsiri artdıqca kütləvi kommunikasıyanın bu sahəsində də yeni texnologiyalar tətbiq olunduqca efirdə səslənən verilişlərin təqdimatında, formatında, yayımın formalarında və proqramların məzmununda da ciddi dəyişikliklər gedir. İlk növbədə yayımın növləri ilə bağlı situasiya dəyişir, yəni yayım təcrübəsində indiyə qədər mövcud olan proqram növləri və formalar öz yerini yenilərə verir.

Biz yayımın növləri dedikdə, məhz konkret mövzunu əhatə edən və aditoriyanın konkret sosial təbəqəsinə yönələn proqram bölgüsünü nəzərdə tuturuq. Digər tərəfdən radionun kommunikativ sistem kimi inkişafı və təkmilləşməsi efir materialının göndərildiyi ünvanı da müəyyənləşdirir. Dinləyicilər əvvəlcə sosial-demoqrafik əlamətlərə kənd və şəhər dinləyicilərinə bölünürlər. Sonra gənclər və uşaq auditoriyalarına yönəlmiş verilişlər meydana çıxır. Bu prosesin növbəti mərhələsi dinləyicilərin sosial, peşə, mədəni maraqlarını və yaş xüsusiyyətlərini nəzərə alan radio verilişlərinin çoxprofilli olmasıdır.

Oxumağa davam et