Özəl radioların formatları (Müsiqi üstəgəl informasiya)


“Radiove-rilişlərin müəyyən formata uyğunluğu bu gün mahiyyətinə görə radio sənayesinin iqtisadi əsasıdır.İnformasiya üstəgəl musuqi formatını seçən radiostansiyalar dinləyiciləri cəlb etmək üçün hər saat başı informasiya buraxılışı verirlər”.

 

Hər hansı radionun formatı dedikdə onun konsepsiyası nəzərdə tutulur. Konsepsiyaya verilişlərin məqsəd və məzmunu, yayımın ritmi, proqramlaşdırmanın estetik normaları, aparıcıların efirdə işləmək tərzi, keçidlərin xarakteri və proqram elementlərinin auditoriyanın tələbatlarına uyğun olaraq qurulması aiddir.
Bəzi lüğətlərdə format hər hansı verilişin daimi elementlərinin məcmusu kimi izah olunur. Bəzilərinə görə isə format, ilk növbədə konkret (məqsədli) auditoriyanın marağını və zövqünü oxşamaq üçün hazırlanmış verilişin üslubudur. Məqsədli auditoriya dedikdə ilk növbədə dinləyicilərin yaşı və sosial xarakteri nəzərdə tutulur. Məhz bu auditoriyaya proqram ünvanlayan radio üçün formatı müəyyənləşdirən əsas meyar efirdə səslənən musiqinin üslubu və bütövlükdə efirin özünün yönümüdür.
Konkret bir proqramın digər radio proqramından forma və struktur fərqlərinin toplusu məhz həmin verilişin formatını müəyyənləşdirir. Buradakı format anlayışının mahiyyətini diceylərin danışıq tərzi, musiqi seçimi, yayımın mövzusu, sloqanların məzmunu, keçidlərin üslubu və s. müəyyənləşdirir.

Oxumağa davam et