Facebookda həştaq funksiyası


Facebook-Hashtag-Mark-ZuckerbergSosial şəbəkələrin ən böyükləri facebook və twitteri fərqləndirən xüsusiyyətlər çox olsa da, artıq onları birləşdirən bir işarə var. Bu, adı həştaq (hashtag) olan “#” işarəsidir.

Twitter istifadəçiləri bu işarəni yaxşı tanıyır. Bu işarə, informasiya axınını tənzimləmək, eyni mövzu ilə maraqlanan insanları bir yerə yığmaq funksiyasını həyata keçirir, müəyyən növzuya uyğun məlumatları qruplaşdımağa imkan yaradır. Kimin nə barədə twit etdiyini görmək, geniş tiraja malik olmaq üçün bu işarədən istifadə edilir. Oxumağa davam et

Fərdi informasiya vasitələri dövrü


aksiya(Mənim aksiya təəssüratlarım…)

2009-cu ildə yayımının Azərbaycanın yerli FM tezliyində dayandırılmasından sonra fəaliyyətinə qısa dalğa, peyk, internet vasitəsilə davam edən Azadlıq radosu bu gün Bakıda baş tutan (#protestBaku) #əsgərölümünəson aksiyasını işıqlandırmaq üçün bambuser xidmətindən istifadə edərək hadisə yerindən canlı reportajlar yayımlayıb.

Bambuser elə bir xidmətdir ki, onunla bir başa olaraq internet üzərindən yayım etmək mümkündür. Bunun üçün qeydiyyatdan keçmək və veb kameranın olması kifayət edir. Bambuserlə yayımı hətta mobil telefonla da etmək mümkündür. Görüntünün keyfiyyəti bir başa olaraq internetin sürətindən asılıdır. Oxumağa davam et

Sosial şəbəkə statuslarından xəbər hazırlana bilərmi?


yeni ve sosyal medya markalari

http://gundelik-baku.com/index.php?newsid=6980#.UMOWueQ3ZLQ

 

Zeynal Məmmədli: “Statuslar ictimai maraq doğurursa, bundan istifadə etmək olar”

Son zamanlar jurnalistlər arasında yeni ənənə yaranıb. Sosial şəbəkələrdə paylaşılan statuslardan istifadə edərək xəbər hazırlayırlar. Sosial şəbəkədə paylaşılan hansısa statusu sonradan hansısa saytda və ya qəzetdə  xəbər şəklində görmək mümkündür. Hətta həmin statusa verilən şərhlərlə  də xəbərin içində rast gəlmək olar.  Ümumiyyətlə, peşəkar jurnalist bu yolla xəbər hazırlaya bilərmi? Əgər hazırlaya bilərsə, hansı qaydalara riayət etməlidir? Və bu mətbuatın ciddiliyinə şübhə doğurmurmu? Bu və ya digər suallara aydınlıq gətirmək üçün media üzrə ekspert Zeynal Məmədli ilə əlaqə saxladıq.

Zeynal Məmmədli sosial şəbəkələrdə qiymətlərdə mübahisəliliyin olmasını bildirdi: “Bu nə dərəcədə ictimaidir və hamıya açıqdır? Çünki “facebook” bəlli bir dostlar qrupunun qapalı şəbəkəsidir. Amma eyni zamanda bunun istifadəçilərinin sayı dünyada  elə böyük rəqəmlə ölçülür ki, Azərbaycanda bu yarım milyon civarında adamı əhatə edir. Həmin statuslar istər- istəməz ictimai xarakter daşıyır. Ona görə də ictimai önəmi nəzərə almaq lazımdır. Peşəkar jurnalistlər sosial şəbəkədən faydalanarkən belə bir qaydaya əməl etməsi  tələb olunur. Tələb budur ki, o statuslar ictimai maraq doğurursa, çox önəmlidirsə, ictimai maraq testindən keçirsə, önəmli bir mövzunun izinə düşməyə kömək edirsə, izə düşmək mənasında statusdan istifadə etmək olar. İctimai maraq testinin isə öz şərtləri var və həmin test bir neçə haldan ibarət olur”.

Məmmədli qeyd etdi ki, statusu birbaşa misal gətirmək olmaz. Həmin statuslarda səslənən fikirlər, ona münasibətlər bu mövzunun daha dolğun işıqlandırılmasına yardım etməlidir: “Peşəkar jurnalistikada “facebook” statuslarından bu cür yararlanmaq tövsiyə olunur. Onları birbaşa çıxarmaq, birbaşa müzakirə mövzusuna keçirmək, o adamların etirazına səbəb ola bilər. Və onlar bu konkret media qurumu və jurnalistlə bağlı məhkəmə çəkişmələrinə gedə bilərlər”.

Məmmədli onu da vurğuladı ki,  məqamda əsas məsələ media hüququ və etikasının buna necə baxmasıdır. Onun sözlərinə görə, media hüququ internet mediasının sosial şəbəkədən qaynaq kimi istifadə olunmasına yaşıl işıq yandırır. Amma bu halda qaynaqdan daha çox ip ucu kimi istifadə olunması məsləhətdir: “Tutaq ki, bir status, bir foto sayəsində izə düşürsən, açıq qaynaqlardan istifadə edib, bunu tamamlayırsan. İctimai önəm daşıyırsa, statuslardan bu formada istifadə edə bilərsən”.

Z.Məmmədli bu məsələdə mübahisəli məqamların çox olduğunu dedi. Onun dediyinə görə, jurnalistika xalqdan qopmur. Amma eyni zamanda əgər sayt, qəzet ictimai önəm daşıyan birisinin fotolarını saytda yaymaq qərarı veribsə, detallara diqqət etməlidir. Belə ki, həmin fotolarda özəl yaşam məqamı qabardılırsa, peşəkar media icazəsiz, bunun ictimai önəmini qavramadan ondan istifadə edə bilməz: “Bu, ən azı etik davranış deyil. Hüquqi problem yaranmasa belə, etik problem də önəmlidir. Kiminsə ailə fotolarını yayımlamaq nəyə lazımdır? İctimai önəmi nəzərə almaq lazımdır. Amma hər situasiya üçün buna qərar verirsən. Yeni sahə olduğu üçün burada  müəyyən boşluqlar var”.

Günel Mehdi

Mikrobloqlama xidməti və Twitter


Twitter hazırda facebookdan sonra gələn dünyanın ən böyük sosiallaşma şəbəkəsi və pulsuz internet xidməti, yeni nəsil ünsiyyət vasitəsidir.

Twitter sözünün mənası “civilti” deməkdir. İngilis dilindən “twit” — “çərənləmək”, “birnəfəsə danışmaq”dır. İstifadəçilərin qısa, 140 simvolluq qeydlərlə söhbətləşməsi üçün yaradılmış bir mikrobloq xidmətidir. Bu 140 simvoldan ibarət paylaşımlara twit  deyilir.

Oxumağa davam et