İndi elə bir ev, elə bir ailə yoxdur ki, orada internetdən, kompüterdən xəbərsiz insanlar olsun. Bir zamanlar necə ki, evimizi öncə radiosuz, sonra televizorsuz təsəvvür edə bilmirdik, müasir dövrdə də həyatı kompüter və bütövlükdə İKT-siz təsəvvür etmək mümkün deyil.
Kateqoriya Arxivləri: Yeni mediaya giriş
Sosial mediaya örnək olay – Youtube
Youtube dünyanın ən böyük video paylaşma platformalarından biridir. 2005-ci ildə qurulmuş və 2006-cı ildə Google tərəfindən satın alınmışdır. “Tube” sözü televiziya tüpündən gəlir. “Özünü dəyiş” (Broadcast yourself) şüarı ilə fəaliyyətə başlayan “Youtube”un yaradılmasının səbəblərindən biri videoların e-maillə yollana bilməməsi idi.
Bloq növləri və bloqun funksiyaları
Bloqları müxtəlif şəkildə qruplaşdırmaq mümkündür. Məsələn, müəllifə görə, mövzuya görə, multimedianın istifadəsi baxımından və s.
Müəllifə görə bloq növləri
Bloq anlayışı və bloq platformaları
Bloq sözünün mənşəyi və mənası: Bloq, İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloq, “şəbəkə gündəliyi” mənasını verir və əslində o da bir veb-saytdır.
Sosial mediaya örnək olay – “Twitter”
Ola bilsin ki, çoxunuz “Sosial şəbəkə” terminini eşitmisiniz, amma dəqiq olaraq onun hansı mənanı ifadə etdiyinidən əmin deyilsiniz. Sosial şəbəkə bir neçə insanın xüsusi qruplarda toplanması, qruplaşmadır. Məsələn, qonşular yaxud kiçik kənd icması. Qruplaşma, iş yerində, orta məktəbdə, universitetdə yaxud hazırda çox istifadə olunan internet vasitəsilə də ola bilər. Müxtəlif insanlarla tanış olmaq, məlumat paylaşmaq və ya təcrübələrini bölüşmək məqsədiylə minlərlə şagird, tələbə ya da hər hansı iş yerində çalışan şəxslər internet vasitəsiylə qruplarda toplanıb, bir yerə yığşırlar. Xüsusi qruplarda toplanan insanların müzakirə mövzuları müxtəlif ola bilər, hər hansı idman növü haqqında danışa bilər, dostluqlarını möhkəmləndirə, yaxud sosial problemləri müzakirə edə bilər, işgüzar əlaqələr yarada bilərlər. Oxumağa davam et
Yeni media, ənənəvi media anlayışları
Müasir jurnalistika son 10 il ərzində yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur, bu da informasiyanın maksimum opreativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə bağlıdır. Jurnalistika yeni texnologiya və vasitələrlə zənginləşmiş və yeni anlayışlar, həmçinin yeni jurnalistika alətləri ilə üzləşmişdir.
Yeni anlayışlardan biri “Sosial media”dır. Sosial media – insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Biznesmenlərə görə isə sosial media istehlakçı tərəfindən yaradılan mediadır. Sosial mediaya internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, ani ünsiyyət proqramları, forumlar daxil edilir. Oxumağa davam et
Veb 2.0 və Veb 3.0 (Videolu anlatım)
Veb 2.0 nədir?
Veb 1.0-də, birinci nəsil saytlarda istifadəçi passiv idi, o sadəcə saytı oxuyub gedirdi. Veb 2.0, ikinci nəsil saytlar isə istifadəçiyə akvlik etmək imkanı yaradır. Saytın məzmunu istifadəçi tərəfindən yaradılır və sayt istifadəçilərin hesabına böyüyür. Əgər siz bu videonu izləyəndən sonra Veb 2.0 haqqında suallarınız yaransa, bloq müəllifinə müraciət edə bilərsiniz. Şərt deyil ki, sualınızı bloq müəllifi cavablasın, digər istifadəçilər də sizin sualınıza cavab yaza bilərlər. Hətta ola bilər ki, sizi oxuyucuların cavabı qane etsin, nəunki bloq müəllifinin. Veb 2.0 tam da budur.
Veb 3.0 nədir? Bizi nə gözləyir?
İnternet kommunikasiyasında yeni mərhələ: Veb 1.5 və Veb 2.0 komminikasiya növü (aləti)
İnternetdə insanların fikrini öyrənmək, onların burada nələri görmək istədiklərini, seçimlərini dəyərləndirmək üçün saytlara kiçik əlavələr edilməyə başlandı. Populyarlaşmış formatlardan biri Forumlar oldu. Burada siz qeydiyyatdan keçir, müəyyən olunmuş mövzular üzrə fikirlərinizi bildirir və bəzən istədiyiniz mövzularda yeni forum bölmələri aça bilirsiniz. Bu tam azadlıq demək deyil. Siz yenə də qeydiyyatdan keçməli və yazınızın əsasən moderator tərəfindən təsdiqlənməsini gözləməlisiniz. Bəzən moderator yazılarınızı qəbul etmir. Amma veb 1.0 ilə müqayisədə siz kommunikasiyanın bu növündə siz ən azından seçim imkanına maliksiniz. Oxumağa davam et
İnternet kommunikasiyasının inkişafı: Veb 1.0 kommunikasiya növü (aləti)
İnternetin yaranması zamanı məqsəd heç də insanlar arasında ünsiyyətin artırılması deyildi. İnternet əvvəl hərbi məqsədlər, daha dəqiq desək hərbçilər arasında kommunikasiya* məqsədilə yaradılmışdı.
Bu şəbəkəyə daha sonra universitetlər də qoşulmağa başladı. Nəticədə veb saytlar internetdə ən çox istifadə olunan formata çevrildi. Veb saytların ilkin dövrü şərti olaraq Veb 1.0 adlandırılır. Veb 1.0-ın əsas fərqləndirici cəhəti saytların konkret hansısa bir təşkilt, insan və s. haqqında məlumatı istifadəçilərə çatdırmaqdan ibarətdir. Belə saytlar heç də keçmişdə qalmayıb, indinin özündə də çoxlu sayda saytlar məhz bu formada yığılır və istifadəçilər adətən şirkətin adını, onun haqqında da məlumatı, əsas fəaliyyət sahələrini, işlərin nümunələrini görə bilir. Oxumağa davam et
“Yeni mediaya giriş” fənni haqqında ilkin məlumatlar
Son 20 il media sahəsində inqiabi dəyişikliklər müşahidə olunur. İki sahənin-media ilə informasiya-kommunikasiya texnologiyalarının (İKT) konvergensiyası yeni bir məkan – kiberməkan (cyberspace) ortaya çıxarmışdır. Bu yeni komminikasiya məkanı tez-tez “Yeni media” olaraq da adlandırılır.
Formalaşmaqda olan yeni media sahəsi jurnalistlər qarşısında ciddi tələblər qoyur. Bu yeni kommunikasiya məkanında fəaliyyət göstərmək İKT-dən səmərəli və effektiv istifadəni zəruriləşdirir və jurnalistlərdən yeni bilik və bacarıqlara malik olmağı tələb edir.
Bu səbəbdən jurnalistika ixtisası üzrə təhsilini başa vuran məzunlar yeni media texnologiyaları sahəsində bacarıq və vərdişlərə sahib olmalıdırlar. Ölkədə yeni media infrastrukturunun formalaşması ali təhsil müəssisələrində yeni mediaya dair fənlərin və texnologiyalarının tədrisinin təkmilləşdirilməsini zəruri edir. Oxumağa davam et