İnternetin yaramaz uşaqları – “TROLL”LAR YAXUD “TROLL”LAYANLAR


imagesİnternet və yüksək texnologiyalar sosial əlaqələrin, o cümlədən ünsiyyətin yeni forma və metodlarını yaradıb. Texnologiyanın gətirdiyi yenilikləri sürətlə mənimsəyir və gündəlik vərdişlərə çeviririk, amma ortaya çıxan problemlər, səbəb və nəticələr haqqında düşünmürük. Əslində bu, sadə istifadəçilərin işi də deyil.

Sosial şəbəkələrdən bəzən özümüzü təsdiq edə biləcəyimiz, bəzən də mənəvi-intellektual ehtiyaclarımızı doyura biləcəyimiz məkan kimi istifadə edirik. Kiməsə barmaq silkələyirik, şikayətlərimizi yazaraq emosiyalarımızı idarə edirik. Hərdən burada sanballı, maraqlı və savadlı görünmək istəyirik, hərdən məsləhət almaq üçün dostlara müraciət edirik, hərdən də sadəcə vaxt keçiririk. Amma ən çox da paylaşımlarımız vasitəsiylə gündə ən az bir dəfə hər kəslə danışmağa özümüzü borclu hiss edirik. Oxumağa davam et

Advertisements

Semestr dəyərləndirmə yazısı: “Bloqum məndən daha məşhurdur”


praktikaya gedirikXeyli müddətdir bloq yazmıram. Amma bu semestr xüsusən Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında müəllifi olduğum “Jurnalistika dərsləri” bloqunun məndən daha məşhur olduğunu kəşfetdim. Nəinki kəşf etdim, Bakı Slavyan Universitetində (BSU) canlı şahidi oldum.
Tələbələr seminar və imtahanlara hazırlaşarkən, referat və ya müxtəlif tapşırıqları hazırlarkən müəllifini şəxsən tanımadıqları bloqdan resurs kimi istifadə etdiklərini deyirlər. Aylardır yeni yazı dərc edilməmiş və bloqa qulluq edilməmiş olmasına baxmayaraq giriş statistikası da bunu dəstəkləyir. Gənclər üçün bu qədər əhəmiyətli bir mənbəni diqqətdən kənar saxlamanın haqsızlıq olduğu düşüncəsiylə bu yazını qələmə almağa qərar verdim. Onsuz da semestr başa çatarkən bir dəyərləndirmə yazısı yazmaq lazım idi. Oxumağa davam et

Erdoğan haqlı ola bilərmi?


BjPrwsACcAAYq5wTürkiyənin baş naziri Recep Tayyip Erdoğanın seçki mitinqindəki “Twitter mivitterin kökünü qazıyacağıq” bəyanatından sonra, bu gecə yarısından etibarən Türkiyədə bu sosial şəbəkəyə giriş bağlanıb. Təbii haldır kı, qadağaya Türkiyə və dünyadan  reaksiyalar gəlməyə, istifadəçilər isə müxtəlif yollarla sosial şəbəkədən istifadə etməyə davam edirlər. Oxumağa davam et

Özünüz çəkdiyiniz və özünüz paylaşdığınız öz fotonuz


Siz nə vaxtsa özünüz çəkdiyiniz öz fotonuzu instagram ya da twitterda paylaşdınız? Çoxunuz çəkmisiniz, amma əminəm ki, yaxşı alınmadığı üçün paylaşmaq cəsarətiniz olmayıb. Elə mən də sizin kimi “kompleksli insan”am.

Bəs siz selfie sözünü eşitmisiniz?

Dünyanın nüfuzlu nəşrlərindən biri hesab olunan və 1884-cü ildə fəaliyyətə başlayan Oksford lüğətinin maraqlı ənənəsi var. Redaksiya, hər il o ilin əhval-ruhiyyəsini ən yaxşı əks etdirən kəliməni “ilin sözü” olaraq seçir.  Ənənəyə uyğun olaraq redaksiya ötən gün 2013-cü ilin də sözünü elan edib. Bu, selfie kəliməsidir. Oxumağa davam et

Mən jurnalistin yazanını sevirəm


“Jurnalist də öz sözünü deməlidir…”

“Jurnalist də aktivist olmalıdır, dəyişdirməlidir…”

Jurnalistika fakültələrində tələbələr hələ “obyektiv” və “operativ” anlayışlarını ayırd edə bilməzkən, ilk dərslərdən başlayaraq onlara “jurnalist obyektiv olmalıdır” fikrini aşılamağa çalışırıq. Düzdür, fakültədə öyrədilən bir çox şey kimi praktikada bu da çox vaxt özünü doğrultmur.

Məsələn, son günlərin yenə aktual mövzularından biri, peşənin tələbləri ilə aktivizmin səhv salınması, qarışdırılması kimi. Bu mövzuya dair fikirlərimiz üst-üstə düşə, yaxud haçalana bilər, fərqli mövqelərdə də ola bilərik. Əslində mübahisəli mövzudur da, söhbət hər hansı etiraz aksiyasının işıqlandırılmasından getmir, mövzu birbaşa aksiyanın iştirakçısı olan jurnalistlərin  emosional hərəkət edib, müəyyən şüarları səsləndirməsidir. Oxumağa davam et

Semestrin son sözü…


01Bir tədris ilini daha yekunlaşdırdıq, o cümlədən final imtahanlarını. Tələbələr istirahətə yollandılar, müəllimlər növbəti semestrə hazırlaşmağa. Yeni tədris ilinə enerji ilə dolu və xoş əhval-ruhiyyə ilə qayıdacaqlarını ümid edir, hər birinə xoş istirahətlər arzulayıram.

“Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini tədris etdiyim 112204-cü qrupda, “Bu fənn sizə nə öyrətdi” sualına dilucu cavab verənlər də var, maraqlı semestr tapşırıqlarına imza atanlar da. Əlbəttə, hələlik son sözü imtahan nəticələri deyir, nəticələri də qənaətbəxş hesab etmək mümkündür. Oxumağa davam et

Facebookda həştaq funksiyası


Facebook-Hashtag-Mark-ZuckerbergSosial şəbəkələrin ən böyükləri facebook və twitteri fərqləndirən xüsusiyyətlər çox olsa da, artıq onları birləşdirən bir işarə var. Bu, adı həştaq (hashtag) olan “#” işarəsidir.

Twitter istifadəçiləri bu işarəni yaxşı tanıyır. Bu işarə, informasiya axınını tənzimləmək, eyni mövzu ilə maraqlanan insanları bir yerə yığmaq funksiyasını həyata keçirir, müəyyən növzuya uyğun məlumatları qruplaşdımağa imkan yaradır. Kimin nə barədə twit etdiyini görmək, geniş tiraja malik olmaq üçün bu işarədən istifadə edilir. Oxumağa davam et

“Siçan” əvəzinə“Tuşqan”…


Bu yazı bir neçə həftə bundan əvvəl yazılsa da, bloqa yerləşdirilmək üçün yubanırdı. Axırıncı dəfə gözdən keçirib, kiçik düzəlişlər aparmaq lazım idi, amma mən tənbəllik edirdim. Mətbuatda Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladığına dair xəbəri oxuyunca, “tam məqamıdır” dedim…

 "Siçan" əvəzinə "tuşqan"Nə qədər çiynənmiş də olsa deyəcəm, dil yaşayan, canlı bir varlıqdır. Onu təcrid etmək, başqa dillərin təsirindən qorumaya çalışmaq günümüzdə qeyri-mümkündür. Texnologiyanın inkişafı və informasiya mühitinin açıq olması yeni anlayışların, yeni əşyaların ortaya çıxmasına səbəb olur. Bu yeni anlayışlar və yeni əşyalara təbii olaraq bir “ad” vermək lazımdır.

Biz bu gün bu yeni anlayış və əşyalara əcnəbi dillərdən istifadə edərək bir “ad” veririk. Dilimiz sadəcə əcnəbi dillərdən alınan sözlərin hesabına zənginləşir, öz balansından,  lüğət tərkibindən, söz ehtiyatından yetərincə faydalana bilmir. Oxumağa davam et

Amerikada doqquz gün…


ABŞ-a səfər təəsüratlarımın bloqun hələ də çox oxunanları sırasında olduğunu nəzərə alaraq, onları tək yazıda birləşdirdim. Kiçik əlavə və düzəlişlər də apardım. Artıq, “birinci”, “ikinci” ….. yazı deyə axtarmağa ehtiyac qalmadı. Buyurun, oxuyun…

Amerikadakı ən orijinal mərasim: "Panera Bread" kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir...

Amerikadakı ən orijinal mərasim: “Panera Bread” kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir…

 Fotolar: Ülviyyə Əsədzadə, Cabir Məmmədli

Amerika Birləşmş Ştatlarını tanımaq və haqqında yazmaq üçün uzun illər orada yaşamaq və müşahidə aparmaq lazımdır. Amma bəzi dostlardan “Amerika haqqındakı təəssüratların maraqlı olardı” məktubları alınca, doqquz günlük ABŞ səfərində tutduğum qeydləri sizlərlə də paylaşmaq istədim.

Beləliklə, bu yazı sadəcə havadan və avtobusun pəncərələrindən gördüyüm ABŞ,  Karolinalar (Cənubi və Şimali Karolina) və Corciyanın paytaxtı Atlanta haqqındadır. Oxumağa davam et

Amerikadan “görünən” Azərbaycan…. Amerika haqqında hələlik son yazı…


ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

Sovet dövrünü görmüş, Səməd Vurğunun “Zəncinin arzuları” poemasından “Mən zənciyəm həm də rəssam, otuz ildən bir az da çox övladıyam bu sənətin” misralarına aşina olan hər Azərbaycanlı üçün Amerikada yaşayan zəncilərin həyatı da çox maraqlıdır. Axı sovet təbliğat maşını 70 il boyunca onların “ikinci növ” vətəndaş sayıldığını, irqi ayrı-seçkiliyə məruz qaldıqlarını necə deyərlər “beyinlərə həkk etmişdi”.

ABŞ-da bu problem bu gün həll olunmuş kimi görünür. Amerika nəhayət həm qara dərili, həm də müsəlman olduğu iddia edilən birini özünə prezident seçib. Bəlkə də sterotiplərin təsirilədir,  amma mənim müşahidələrim deyir ki, “ağ”lar və “qara”lar arasında o “təbii” olan olan ayrı-seçkilik hələ də davam edir (etdirilir). Oxumağa davam et