Azərbaycan prezidenti twitterda 38-ci yerdədir


azprezidenthttp://www.azadliq.org/content/article/24814729.html

Azərbaycan prezidenti İlham Əliyev Twitter sosial şəbəkəsində fəallığına görə 164 ölkə liderləri arasında 38-ci yerdədir.

“Digital Policy Council” adlı təşkilat dünya ölkələri liderlərinin öz ölkələrinin vətəndaşları ilə necə təmasda olmalarını araşdırmaq üçün hər il 164 ölkədə yerli liderlərin Twitterdəki fəallığını təhlil edir.

Hər bir sıravi istifadəçi kimi  ölkə başçısı da  öz Twitter səhifəsində tweet deyilən qısa xəbər, məlumat, şərh yaza bilər.

Ancaq yazırmı?

Buna maraq isə  böyükdür.

Məsələn, keçən ilki prezident seçkilərində seçkinin gedişi vaxtı Barack Obamanın Twitter səhifəsinə bir qısa  tweet qoyuldu:  “Daha 4 il”. Bunun yanında isə prezidentin birinci ledi ilə şəkli qoyulmuşdu.

Bu xəbəri hamı bir-birinə ötürməyə başladı  və bu qısa məlumat  tarixdə yenidən ən çox  retweet olunan tweet yazısı oldu.

123 LİDER

“Digital Policy Council” təşkilatının araşdırmasına görə, 164 ölkənin 123-də  prezidentlərin və baş nazirlərin Twitterdə hesabı var.

2011-ci ildə 164 ölkədən yalnız 69-da liderləri Twitter hesabı vardı.

2010-cu ildə cəmi 33 ölkənin liderləri öz məlumatlarını Twitterdə bölüşürdü.

CHAVEZ, ABDULLA GÜL

Dünyada Twitterdə ən çox izləyicisi olan ölkə başçısı ABŞ prezidenti Barak Obamadır. Onun 24 milyon izləyicisi var.

O, bir ildə 15 milyon yeni izləyici qazanıb.

2012-ci il prezident seçkiləri ili olduğuna görə Obamanın  Twitter səhifəsini onun seçki qərargahı idarə edirdi. Ancaq Obamanın özü də hərdən öz qısa “tweet”lərini –  şərhlərini, xəbərlərini yazırdı və öz adının, soyadının baş hərfləri ilə imza qoyurdu.

Dünyada ən çox  Twitter izləyicisi olan ikinci lider Venesuela prezidenti Hugo Chavezdir. Onun  Twitter səhifəsini 2 milyondan çox  adam izləyir.

Keçən il seçki vaxtı hətta 3,8 milyona çatdı.

Ən çətin vaxtlarda- seçkilərdə və yaxud Kubada xərçəng xəstəliyindən müalicə olunanda Chavezin ölkə vətəndaşları ilə əsas ünsiyyət vasitəsi məhz  Twitterdir.

“Digital Policy Council”un siyahısında  Türkiyə prezidenti Abdulla Gül 3-cü yerdədir. O, adətən tweetləri türk dilində yazır, ancaq ən vacib hadisələr haqda ingilis dilində də tweet qoyur.

2012-ci ildə o, Kaliforniyaya –  texnoloji şirkətlərin yerləşdiyi yerə səfər edəndə öz  Twitter səhifəsində yazmışdı: “İlk dəfədir ki, Türkiyə prezidenti bura gəlir. Burda bizim həyatımızı dəyişən texnologiya yaranıb”.

Sonrakı yerlərdə gələnlər:

4. İordaniya kraliçası Rania.

5. Rusiyanın baş naziri Dmitri Medvedev.

6. Braziliya prezidenti Dilma Rouseff.

7. Argentina prezidenti Cristina Kirchner.

38-ci yer

Azərbaycan prezidenti İlham Əliyev Twitterdə  2010-cu il iyulun 27-dən fəallığa başlayıb – twitter.com/azpresident.

İlham Əliyevin  2012-ci il dekabrın sonuna 70 min 729 izləyicisi var.

“Digital Policy Council”un araşdırmasında hər bir ölkə lideri ilə yanaşı onun ölkəsinin idarəçilik sistemi də qiymətləndirilir. Çünki araşdırmaya görə, ölkə demokratik olduqca liderin Twitterdəki fəallığı da yüksək olur.

Demokratik ölkədə Twitter siyasətçiyə öz  seçicisi ilə danışmağa əlavə imkan verir. Britaniyanın baş naziri Cameron Twitterdə hesab açanda yazmışdı ki, müasir dünyanın verdiyi imkanlardan yararlanıb insanlarla ünsiyyət qurmaq və nə etmək istədiyini insanlara  izah etmək istəyir.

Bu, Camerona lazımdır. Çünki son sozü seçici deyir. Totalitar, avtoritar  ölkələrdə isə seçicinin fikri ilə hesablaşmaq liderə o qədər lazım deyil.

“Digital Policy Council”un araşdırmasında Azərbaycan “hakimiyyət növü” bölümündə  avtoritar rejimlər sırasına salınıb.

Prezident İlham Əliyev facebook səhifəsində foto paylaşıb


prezident yeni ilhttp://qafqazinfo.az/site/%C4%B0LHAM_%C6%8FLIYEV_EVIND%C6%8F_%E2%80%9CYOLKA%E2%80%9D_B%C6%8FZ%C6%8FDI___FOTO-32525-xeber.html

Azərbaycan prezidenti İlham Əliyevin facebook səhifəsində maraqlı şəkil paylaşılıb. “Qafqazinfo”nun məlumatına görə, fotoda prezidentin ailəsi ilə birgə Yeni ilə hazırlaşması əks olunub. Belə ki, fotodan göründüyü kimi ölkə başçısı xanımı Mehriban Əliyeva ilə birgə Yeni il “Yolka”sını bəzəyir. Facebookda bir neçə dəqiqə əvvəl paylaşılan həmin foto mindən çox istifadəçi tərəfindən bəyənilib və paylaşılıb. Fotoya gələn şərhlərdə isə ölkə başçısının bu addımı sadəlik nümunəsi olaraq dəyərləndirilib.
Onu da qeyd edək ki, prezident İlham Əliyev iki sonra doğum gününü qeyd edəcək.

Papadan ilk “Twitter” mesajı


papa-twitter

http://lent.az/xeber_110751_Papadan_ilk_%E2%80%9CTwitter%E2%80%9D_mesaj%C4%B1_

Bu gün katolik xristian dünyasının dini lideri Papa XVI Benedikt “Twitter” sosial şəbəkəsində ilk mesajını paylaşıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “@pontifex” adı ilə açılan səhifənin 669 min izləyicisi var.
Papa XVI Benedikt qeyd edib ki, “Twitter” vasitəsi ilə ünsiyyət qurmasından çox xoşbəxtdir. O, daha sonra yazıb: “İnanc ilini gündəlik həyatımızda daha yaxşı necə bayram edə bilərik? Dualarımızla İsaya danışaraq, “İncil”-də dediklərini dinləyərək, ehtiyacı olanlardan onu arayaraq!”

“Youtube”da Leyla Əliyevanın rəsmi səhifəsi yaradılıb


Leyla Əliyevahttp://xalqqazeti.com/az/news/social/28290 

Bütün dünyada populyar olan YouTube veb-saytında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, “Baku” beynəlxalq jurnalının baş redaktoru, İDEA ekoloji kampaniyasının təsisçisi Leyla Əliyevanın rəsmi səhifəsi (http://www.youtube.com/user/LeylaAliyevachannel) yaradılmışdır.

Orijinal kontentdə L.Əliyevanın 2007-ci ildən başçılıq etdiyi ictimai təşkilatlar və hərəkatlar çərçivəsində onun çoxşaxəli fəaliyyətini işıqlandıran 100-dən çox videoçarx, həmçinin iştirak etdiyi müxtəlif konfranslardan, xeyriyyə tədbirlərindən və görüşlərdən videosüjetlər yerləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, Leyla Əliyevanın səhifəsində onun öz şeirləri ilə müşayiət olunan animasiyalı videoçarxlar da yerləşdirilmişdir.

Səhifə Leyla Əliyevanın Azərbaycan, ingilis və rus dillərində ən təzə videoçarxları ilə yenilənəcəkdir.

Xatırladaq ki, 2005-ci ilin fevral ayında yaradılmış YouTube veb-saytı milyonlarla istifadəçinin əvvəllər hazırlanmış videoçarxları tapmasına, onlara baxmağa və bölüşməyə imkan verir. Orijinal kontent yaradanlar və reklam verən şirkətlər üçün yayım platforması kimi xidmət edən YouTube veb-saytı bütün dünyada şəbəkə istifadəçilərinin ünsiyyət saxlamaq, məlumatlanmaq və ilham mənbəyi rolu oynayan bir forumdur.

Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva

Sosial şəbəkə statuslarından xəbər hazırlana bilərmi?


yeni ve sosyal medya markalari

http://gundelik-baku.com/index.php?newsid=6980#.UMOWueQ3ZLQ

 

Zeynal Məmmədli: “Statuslar ictimai maraq doğurursa, bundan istifadə etmək olar”

Son zamanlar jurnalistlər arasında yeni ənənə yaranıb. Sosial şəbəkələrdə paylaşılan statuslardan istifadə edərək xəbər hazırlayırlar. Sosial şəbəkədə paylaşılan hansısa statusu sonradan hansısa saytda və ya qəzetdə  xəbər şəklində görmək mümkündür. Hətta həmin statusa verilən şərhlərlə  də xəbərin içində rast gəlmək olar.  Ümumiyyətlə, peşəkar jurnalist bu yolla xəbər hazırlaya bilərmi? Əgər hazırlaya bilərsə, hansı qaydalara riayət etməlidir? Və bu mətbuatın ciddiliyinə şübhə doğurmurmu? Bu və ya digər suallara aydınlıq gətirmək üçün media üzrə ekspert Zeynal Məmədli ilə əlaqə saxladıq.

Zeynal Məmmədli sosial şəbəkələrdə qiymətlərdə mübahisəliliyin olmasını bildirdi: “Bu nə dərəcədə ictimaidir və hamıya açıqdır? Çünki “facebook” bəlli bir dostlar qrupunun qapalı şəbəkəsidir. Amma eyni zamanda bunun istifadəçilərinin sayı dünyada  elə böyük rəqəmlə ölçülür ki, Azərbaycanda bu yarım milyon civarında adamı əhatə edir. Həmin statuslar istər- istəməz ictimai xarakter daşıyır. Ona görə də ictimai önəmi nəzərə almaq lazımdır. Peşəkar jurnalistlər sosial şəbəkədən faydalanarkən belə bir qaydaya əməl etməsi  tələb olunur. Tələb budur ki, o statuslar ictimai maraq doğurursa, çox önəmlidirsə, ictimai maraq testindən keçirsə, önəmli bir mövzunun izinə düşməyə kömək edirsə, izə düşmək mənasında statusdan istifadə etmək olar. İctimai maraq testinin isə öz şərtləri var və həmin test bir neçə haldan ibarət olur”.

Məmmədli qeyd etdi ki, statusu birbaşa misal gətirmək olmaz. Həmin statuslarda səslənən fikirlər, ona münasibətlər bu mövzunun daha dolğun işıqlandırılmasına yardım etməlidir: “Peşəkar jurnalistikada “facebook” statuslarından bu cür yararlanmaq tövsiyə olunur. Onları birbaşa çıxarmaq, birbaşa müzakirə mövzusuna keçirmək, o adamların etirazına səbəb ola bilər. Və onlar bu konkret media qurumu və jurnalistlə bağlı məhkəmə çəkişmələrinə gedə bilərlər”.

Məmmədli onu da vurğuladı ki,  məqamda əsas məsələ media hüququ və etikasının buna necə baxmasıdır. Onun sözlərinə görə, media hüququ internet mediasının sosial şəbəkədən qaynaq kimi istifadə olunmasına yaşıl işıq yandırır. Amma bu halda qaynaqdan daha çox ip ucu kimi istifadə olunması məsləhətdir: “Tutaq ki, bir status, bir foto sayəsində izə düşürsən, açıq qaynaqlardan istifadə edib, bunu tamamlayırsan. İctimai önəm daşıyırsa, statuslardan bu formada istifadə edə bilərsən”.

Z.Məmmədli bu məsələdə mübahisəli məqamların çox olduğunu dedi. Onun dediyinə görə, jurnalistika xalqdan qopmur. Amma eyni zamanda əgər sayt, qəzet ictimai önəm daşıyan birisinin fotolarını saytda yaymaq qərarı veribsə, detallara diqqət etməlidir. Belə ki, həmin fotolarda özəl yaşam məqamı qabardılırsa, peşəkar media icazəsiz, bunun ictimai önəmini qavramadan ondan istifadə edə bilməz: “Bu, ən azı etik davranış deyil. Hüquqi problem yaranmasa belə, etik problem də önəmlidir. Kiminsə ailə fotolarını yayımlamaq nəyə lazımdır? İctimai önəmi nəzərə almaq lazımdır. Amma hər situasiya üçün buna qərar verirsən. Yeni sahə olduğu üçün burada  müəyyən boşluqlar var”.

Günel Mehdi

Facebook statuslarından xəbər düzəltmək olarmı?


http://www.musavat.com/new/Media/127067-FACEBOOK_STATUSLARINDAN_X%C6%8FB%C6%8FR_D%C3%9CZ%C6%8FLTM%C6%8FK_OLARMI

Son vaxtlar bəzi mətbuat orqanlarında, xüsusən də saytlarda yeni ənənə yaranıb. Jurnalistlər sosial şəbəkədə gördükləri maraqlı statuslardan xəbər hazırlayırlar. Tanınmış birinin yazdığı şəxsi status az keçmədən xəbər kimi oxucuya təqdim edilir. Həmin statusa bildirilən rəylər də xəbərin bir hissəsinə çevrilir. Bundan başqa, sayt rəhbəri ilə sosial şəbəkədə dostluq edən məşhur və ya az məşhur birisi səhəri gün öz fotolarını “fotosessiya” kimi dostunun saytında görə bilir. Müasir informasiya məkanında xəbərin saniyə hesabı ilə bir-biri ilə yarışdığını nəzərə alsaq, rəqabət danılmaz gerçəkdir. Amma sosial şəbəkə statusları, orada paylaşılan fotolar xəbər mövzusu ola bilərmi? Bu zaman hansı normalar nəzərə alınmalıdır?

Media eksperti Zeynal Məmmədli dedi ki, bu məqamda əsas məsələ media hüququ və etikasının buna necə baxmasıdır. Onun sözlərinə görə, media hüququ internet mediasının sosial şəbəkədən qaynaq kimi istifadə olunmasına yaşıl işıq yandırır. Amma bu halda qaynaqdan daha çox ip ucu kimi istifadə olunması məsləhətdir: “Tutaq ki, bir status, bir foto sayəsində izə düşürsən, açıq qaynaqlardan istifadə edib, bunu tamamlayırsan. İctimai önəm daşıyırsa, statuslardan bu formada istifadə edə bilərsən”.

Z.Məmmədli dedi ki, özəl statusları icazə almadan xəbər məkanına gətirmək isə kiminsə şəxsi məktubunu icazəsiz oxumağa bənzəyir. Müsahibimiz facebook-un açıq şəbəkə olması faktını xatırladaraq, burada statusların çoxsaylı qrupun arenasında paylaşıldığını dedi: “Bu səbəbdən də status sahibi ilə razılaşdırandan sonra onu mediaya çıxarmaq olar. Əgər status sahibi bunun daha geniş miqyasda müzakirəsinə razıdırlarsa, ictimailəşdirmək olar. Yəni həm hüquqi, həm etik problem bu halda yoluna qoyulmuş olur”.

Z.Məmmədli bu məsələdə mübahisəli məqamların çox olduğunu dedi. Onun dediyinə görə, jurnalistika xalqdan qopmur. Amma eyni zamanda əgər sayt, qəzet ictimai önəm daşıyan birisinin fotolarını saytda yaymaq qərarı veribsə, detallara diqqət etməlidir. Belə ki, həmin fotolarda özəl yaşam məqamı qabardılırsa, peşəkar media icazəsiz, bunun ictimai önəmini qavramadan ondan istifadə edə bilməz: “Bu, ən azı etik davranış deyil. Hüquqi problem yaranmasa belə, etik problem də önəmlidir. Kiminsə ailə fotolarını yayımlamaq nəyə lazımdır? İctimai önəmi nəzərə almaq lazımdır. Amma hər situasiya üçün buna qərar verirsən. Yeni sahə olduğu üçün müəyyən boşluqlar var burda. İnternetin tənzimlənməsi tərəfdarlarına yem verməmək üçün bir çox ölkələr qanunvericilik məsələsində çabalayırlar”.

Sevinc TELMANQIZI

Məşhur “Newsweek” jurnalının çap versiyası bağlanır


ABŞ-ın məşhur həftəlik “Newsweek” xəbərlər jurnalının rəhbərliyi çap versiyasının bağlanması haqqında qərar qəbul edib.  Dekabrın 31-də jurnalın son kağız versiyası çap olunacaq. 2013-cü ilin yanvar ayından etibarən 80 yaşlı jurnal yalnız internet variantda çıxacaq.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, yeni internet-jurnal “Newsweek Global” adlanacaq.
“Newsweek” jurnalı indiki kağız buraxılışının tirajına görə, ABŞ-da yalnız “Time”a uduzurdu. 2010-cu ildə jurnalın naşiri “Washington Post Company” onu amerikalı iş adamı Sidney Xarmana satmışdı.
Dərginin rus dilində çıxan “Russkiy Newsweek” variant isə iqtisadi çətinlik ucbatından 2010-cu ildən çıxmırdı.

http://m.adage.com/article?articleSection=media&articleSectionName=Media&articleid=http%3A%2F%2Fadage.com%2Fmedia%2Farticle%3Farticle_id%3D237833