Telemüsahibə


“Uğurlu müsahibənin təməlini reportyorun ciddi hazırlaşması təşkil edir”.

Müsahibə reportyordan müəyyən texniki bacarıq tələb edir. Uğurlu müsahibə təkcə yaxşı sual verməkdən ibarət deyil. Gəlin müsahibənin texnikasından deyil, onun aparılması metodikasından danışaq. Bu metodikaya yiyələndikdən sonra biz elə suallar düşünə bilərik ki, onlara verəlin cavablar gözlənilməz, məzmunlu və ifşaedici ola bilər. Oxumağa davam et

Advertisements

Telereportaj


“Televiziya çəkilişinin əsas qanunlarından biri 180 dərəcəli ox qaydasını qorumaqdır”.

Televiziya vizual vasitədir, jurnalistə hadisə yerindən kadrlar, imkan daxilində yaxşı kadrlar lazımdır. Bu, televiziya redaksiyalarında xəbərlərin seçilməsi funksiyasına öz təsirini göstərir. Mühüm xəbəri müşayiət edən uğursuz və cansıxıcı kadrlar ona gətirib çıxara bilər ki, nəticədə əhmiyyəti daha az, lakin illüstrasiyası daha yaxşı xəbər onu sıxışdırar. Hadisənin mərkəzində operativ çəkiliş aparmaq imkanı televiziyanı informasiya ötürən misilsiz vasitəyə çevirir. Baş verən reallığı göstərən autentik kadrlar tamaşaçının yaddaşına həkk olunur, hadisənin inkişafını izləməyə və onu qavramağa kömək edir. Məhz buna can atmaq lazımdır. Televiziya xəbərləri mətnlə deyil, kadrların dili ilə, illüstrasiyalı videosıra ilə verən vasitə olmalıdır. Oxumağa davam et

Telexəbər


“Dəqiqlik operativlikdən yüksək qiymətləndirilir; Ədalət sensasiyadan daha üstün sayılır”.

Telexəbərin hazırlanma üsulu, təbii ki, bir qəzet və ya radio xəbərindən xeyli fərqlənir, amma bütövlükdə ortaq özəlliklər də var.

Mass Medianın digər qollarından fərqli olaraq TV-də birgə çalışma zərurəti bütün proqram formatları üçün səciyyəvidir. İstər reportyor komandasına daxil olan şəxslər – reportyor, kameraman və sürücülər (bəzi hallarda işıq mühəndisləri, və rejissorlar), istərsə redaktor və prodüserlər qarşılıqlı ünsiyyət mədəniyyətinə yiyələnməlidirlər. Onların hamısı bir hədəfə – maraqlı və gərəkli veriliş hazırlamağa köklənməlidir. Telexəbər istehsalının hər bir mərhələsində – istər istehsalöncəsi, yəni  ön hazırlıq, istər istehsal, yəni çəkiliş, istərsə montaj mərhələsində reportyorla operator aramsız peşəkar dialoq mühitində çalışmalıdırlar. Videomaterial efirə getdiyi zaman təkcə reportyor və operator deyil, prodüser və quruluşçu rejissor da ünsiyyət saxlamağı bacarmalıdırlar. Oxumağa davam et

Telejurnalistikanın janrları


“Televiziyа eкrаnındа gerçəкliyi əкs etdirən mаteriаllаr tаmаşаçıyа müхtəlif jаnrlаr vаsitəsilə çаtdırılır”.

 

Eкrаnа çıхаn müхtəlif verilişlər, hаqqındа dаnışdığımız yаyım növləri məzmunа, televiziyаnın yаyım siyаsətinə, аuditоriyаnın sоsiаl tələblərinə və tərкibinə görə müəyyənləşir. Lакin bu yаyım növlərinə, həm də коnкret fоrmаyа mаliк оlаn verilişlər dахildir. Çünкi hər hаnsı məzmun müəyyən əlаmətlərə mаliк оlаn bir fоrmа ilə ifаdə edilir və jurnаlistiкаdа bu fоrmа öz yаrаdıcılıq təzаhürünü jаnrlаrdа tаpır. Oxumağa davam et

Televiziya yayımının növləri


“EкTeleviziyа prоqrаmlаrı, ilк növbədə, gerçəкliyi əкs etdirmə üsulunа, növünə, jаnrınа, mövzusunа, аuditоriyаnın bir hissəsini nəzərdə tutmаsınа görə və s. bölünür”.

 

Televiziyа prоqrаmlаrı, ilк növbədə, gerçəкliyi əкs etdirmə üsulunа, növünə, jаnrınа, mövzusunа, аuditоriyаnın bir hissəsini nəzərdə tutmаsınа görə və s. bölünür. Televiziyа yаyımı ilк günlərdən iкi qismə – ictimаi-siyаsi və bədii yаyımа аyrılsа dа, hаzırdа televiziyа təcrübəsində аşаğıdакı yаyım tiplərini müəyyənləşdirməк оlаr:

Oxumağa davam et

Televiziyanın təbiəti


“Televiziyа sintetiк sənət sаhəsidir: burаdа həm ədəbiyyаtа, həm təsviri sənətə, həm teаtrа və кinоyа, həm də musiqiyə аid оlаn кeyfiyyətlər özünü göstərir”.

 

Görüntüyə, sözə və səs effeкtlərinə əsаslаnаn televiziyаnın təbiəti televiziyа dili аnlаyışı ilə sıх bаğlıdır. Bu dilin əsаs elementlərini isə каdr, plаn, rакurs, mоntаj, söz, musiqi, səs bəzəyi, rəng və s. təşкil edir. Tələbə eкrаn dilinin bu elementlərinin hər birinin mаhiyyəti bаrədə аydın təsəvvürə mаliк оlmаlıdır. Bu mənаdа televiziyа yаyımının spesifiкliyi mоntаj prоsesində də özünü dаhа qаbаrıq şəкildə göstərir. Eşidilən və görünən eкrаn оbrаzı məhz каdrlаrlа səsin mоntаjı, оnlаrın birləşdirilməsi və hаrmоniyаsı nəticəsində mümкün оlur. Televiziyаdа söz, eкrаnın ifаdə vаsitələri sisteminin çох mühüm ünsürüdür. Ssenаri isə eкrаn məlumаtının ilкin yаzılı-şifаhi fоrmаsıdır və burаdа publisistiк mövzunun хüsusiyyətlərini çох vахt eкrаn məlumаtının struкturundакı söz müəyyən edir.

Oxumağa davam et

Özəl radioların formatları (Müsiqi üstəgəl informasiya)


“Radiove-rilişlərin müəyyən formata uyğunluğu bu gün mahiyyətinə görə radio sənayesinin iqtisadi əsasıdır.İnformasiya üstəgəl musuqi formatını seçən radiostansiyalar dinləyiciləri cəlb etmək üçün hər saat başı informasiya buraxılışı verirlər”.

 

Hər hansı radionun formatı dedikdə onun konsepsiyası nəzərdə tutulur. Konsepsiyaya verilişlərin məqsəd və məzmunu, yayımın ritmi, proqramlaşdırmanın estetik normaları, aparıcıların efirdə işləmək tərzi, keçidlərin xarakteri və proqram elementlərinin auditoriyanın tələbatlarına uyğun olaraq qurulması aiddir.
Bəzi lüğətlərdə format hər hansı verilişin daimi elementlərinin məcmusu kimi izah olunur. Bəzilərinə görə isə format, ilk növbədə konkret (məqsədli) auditoriyanın marağını və zövqünü oxşamaq üçün hazırlanmış verilişin üslubudur. Məqsədli auditoriya dedikdə ilk növbədə dinləyicilərin yaşı və sosial xarakteri nəzərdə tutulur. Məhz bu auditoriyaya proqram ünvanlayan radio üçün formatı müəyyənləşdirən əsas meyar efirdə səslənən musiqinin üslubu və bütövlükdə efirin özünün yönümüdür.
Konkret bir proqramın digər radio proqramından forma və struktur fərqlərinin toplusu məhz həmin verilişin formatını müəyyənləşdirir. Buradakı format anlayışının mahiyyətini diceylərin danışıq tərzi, musiqi seçimi, yayımın mövzusu, sloqanların məzmunu, keçidlərin üslubu və s. müəyyənləşdirir.

Oxumağa davam et

Radio proqram növləri


“Müasir radiojurnalistika nəzəriyyəsində proqramların əsas əlamətləri bir sıra prinsiplərə görə, ilk növbədə isə məqsədə, məzmuna, janra, hansı radiokanalda səslənməsinə (kanalı mülkiyyət mənsubiyyəti və statusu), hansı auditoriyaya ünvanlanmasına, təbii ki, yaradıcılıq və təşkilati işlərinin gerçəkləşdirmə üsullarına, həmçinin efirdəki işin xüsusiyyətlərinə görə müəyyənləşir”.

 

İstənilən yaradıcı fəaliyyətin əsasında insanın mənəvi-ruhi və estetik tələbatının ödənilməsi dayanır. Radio yayımının və proqram yaradıcılığının da məqsədi budur və həmin məqsədin gerçəkləşdirilməsi prosesində formalaşan əlamət və xüsusiyyətlər proqramın növünü müəyyənləşdirir.

Müasir radiojurnalistika nəzəriyyəsində proqramların əsas əlamətləri bir sıra prinsiplərə görə, ilk növbədə isə məqsədə, məzmuna, janra, hansı radiokanalda səslənməsinə (kanalı mülkiyyət mənsubiyyəti və statusu), hansı auditoriyaya ünvanlanmasına, təbii ki, yaradıcılıq və təşkilati işlərinin gerçəkləşdirmə üsullarına, həmçinin efirdəki işin xüsusiyyətlərinə görə müəyyənləşir. Sadalanan bu əlamətlərə görə əsas proqram tiplərini bu şəkildə müəyyənləşdirmək olar:

Oxumağa davam et

Radiojurnalistikada rəy bildirən janrlar


“Rəy – fikir bildirən janrlar, bir qayda olaraq xəbərdən törəmə proqramlarda, debat və diskussiyalarda çıxış, şərh, rəy və s. formalarda özünü göstərir.”

Rəy bildirən janrlardan bəhs edərkən daha çox yozum, münasibət, rəy, mövqe bildirən, fakta və ya hadisəyə münasibətdə qiymətləndirmə prizmasından çıxış edən efir materilları göz önünə gətirilməlidir. Əgər xəbərdə hadisə və ya faktın yalnız özü varsa, analitik janrlarda bunların çoxşaxəli təhlili, analizi verilirsə, artıq rəy bildirən janrlarda həmin fakt və hadisənin ictimai mahiyyəti, cəmiyyət və ictimai proseslər üçün faydası yaxud faydasızlığı, dinləyici üçün önəmi və s. şərh olunur.

Rəy – fikir bildirən janrlar, bir qayda olaraq xəbərdən törəmə proqramlarda, debat və diskussiyalarda çıxış, şərh, rəy və s. formalarda özünü göstərir. Bu janrlarda xəbərə və ya təhlilə xas elementlər ola bilər, amma nə xəbərdə, nə də analitik materiallarda şərh – mövqe, münasibət yol verilməzdir. Xüsusən TV və radioda bu prinsipin pozulması efir materialını təbliğat, təşviqat məhsuluna çevirir, bu isə bəzən manipulyasiya və ya ictimai rəyə təsir göstərmək cəhdi kimi qiymətləndirilir.

Oxumağa davam et

Radiomüsahibə və radio söhbət


“Analitik janrlar baş vermiş hadisəni və ya faktı jurnalistin, ekspertin, müəllifin münasibətindən keçirərək auditoriyaya təqdim edir”.

Analitik janrlar fakta və hadisəyə təhlil, araşdırma və izahetmə meyarları ilə yanaşır. Bu janrlar daha çox fakt və hadisənin əsas məqamlarının təhlilini öz üzərinə götürür. Radiojurnalistikanın bu ad altında qruplaşdırılan müsahibə, söhbət, icmal və s. kimi janrları hər hansı fakt və hadisəni təhlil obyektinə çevirir, müəllif məqsədinə uyğun olaraq konkret istiqamətdə araşdırır. Bu janrlar üçün səciyyəvi cəhət mövzunun müxtəlif rakurslardan araşdırılması, əks fikirlərin tutuşdurulması və plüralist təhlilin aparılmasıdır.

Analitik janrlar baş vermiş hadisəni və ya faktı jurnalistin, ekspertin, müəllifin, adi vətəndaşın və s. münasibətindən keçirərək auditoriyaya təqdim edir. Analitik janrlar arasında ən çox işlənən müsahibə, söhbət və icmaldır.

Oxumağa davam et