Cenet Kuk (Amerika jurnalistikasında pis nə varsa, onun rəmzi)


cenet kukvashington postCenet Kuk. Qeyri-adi enerjiyə və böyük ədəbi istedada malik qara dərili gözəl qadının adı belədir. Bundan başqa Cenet Kuk – elə bir mənəvi əzabdır ki, onu Amerika jurnalistikası, xüsusilə “Vaşinqton Post” qəzeti, daha dəqiq desək, onun redaktoru Bencamin S. Bredli ömür boyu çəkməyə məcburdur. İyirmi altı yaşında ikən bu qız çox gözəl və kəskin bir məqalə yazdı. Anasının oynaşı tərəfindən bədəninə heroin yeridilən səkkiz yaşlı narkoman oğlana həsr olunmuş bu məqalə 1980-ci il sentyabrın 28-də qəzetin bazar günü nömrəsinin birinci səhifəsində dərc edildi və oxucularda güclü təəssürat doğurdu. 1981-ci il aprelin 13-də Cenet Kuk bu məqaləyə görə Pulitser mükafatı aldı.

1981-ci il aprelin 15-də Cenet etiraf etdi ki, o, hər şeyi uydurub: əslində nə Cimmi olub, nə də onun anasının oynaşı. O andan Cenet Kukun adı hamının yaddaşına Amerika jurnalistikasında ən pis nə varsa, onun rəmzi kimi həkk olundu, necə ki, “Voterqeyt” bu jurnalistikanın ən müsbət keyfiyyətlərinin simvoluna çevrildi.

Bu məqalə dərc olunmamışdan qabaq mənim ondan xəbərim var idi. Məqalə qəzetə getməmişdən bir həftə mən onu oxumuşdum və o mənə maraqlı görünmüşdü. Məqalənin adı “Cimminin dünyası” idi və o belə başlayırdı :

“Cimmi səkkiz yaşındadır. Onun narkomanlığının üç əsrlik tarixi var. O, yaxşı inkişaf etmiş balaca oğlandır, qum rəngli saçı, məxmər kimi qonur gözləri var. Palıdı rəngli nazik qollarının zərif uşaq dərisi üzərində çillər kimi iynə izləri görünür”.

……….

Məqalə belə bitirdi:

“Ron, Cimminin dirsəkdən yuxarı sol qolundan yapışdı, onun güclü əli uşağın nazik qolunu sıxdı. Saman çöpü təzə bişirilmiş keksə girən kimi, iynə oğlanın zərif dərisinə sancıldı. Şprisdəki maye oğlanın bədəninə yeridi, onun yerini al – qırmızı qan doldurdu”.

……….

Beləliklə, saxtakarlığı aşkar etdikdən sonra, qarşımıza sadə bir vəzifə qoyduq: “Vaşinqton Post” özü Cenet Kukun yalanını ifşa etməli və bu işi hamıdan yaxşı görməlidir…

Yazını davamını “Jurnalist etikası” (Yeni Nəsil Azərbaycan Jurnalistlər Birliyi, Bakı-2000, s. 188-210) kitabından oxuya bilərsiniz.