Erdoğan haqlı ola bilərmi?


BjPrwsACcAAYq5wTürkiyənin baş naziri Recep Tayyip Erdoğanın seçki mitinqindəki “Twitter mivitterin kökünü qazıyacağıq” bəyanatından sonra, bu gecə yarısından etibarən Türkiyədə bu sosial şəbəkəyə giriş bağlanıb. Təbii haldır kı, qadağaya Türkiyə və dünyadan  reaksiyalar gəlməyə, istifadəçilər isə müxtəlif yollarla sosial şəbəkədən istifadə etməyə davam edirlər.

Qadağanı iki yöndən dəyərələndirmək istəyirəm. Birincisi, 30 martda keçiriləcək bələdiyyə seçkləri ərəfəsində Baş nazir və texnoloqlarının yeni strategiya müəyyənləşdirdiyi ehtimal oluna bilər. Çünki, 30 martda keçiriləcək bələdiyyə seçkilərinin nəticələri Baş nazir Erdoğanın siyasi karyerasını redaktə və korrektə edə biləcək. “Gezi hadisələri”ndə “Twitter küləyi”nə necə deyərlər, məşqsiz tuş gəlsə də, məlumdur ki, Türkiyənin gündəmi hər zaman baş nazirin özü tərəfindən müəyyənləşdirilir, medianın və xalqın nə haqqında danışacağına baş nazir özü qərar verir. Seçki ərəfəsində Fəthullah Gülən (xidmət təşkilatı) xaricində yeni cəbhə daha açıb, “Twitter”ə qarşı güc nümayişinə çıxması bələdiyyə seçkilərində seçici səslərini müəyyən qədər artırmağa hesablanmış ola bilər.  17 dekabr “əməliyyatı”ndan sonra haqqında “yolsuzluq” iddiaları səsləndirilən Erdoğan siyasi karyerasının ən çətin dövrünü yaşasa da, rəqiblərindən fərqli olaraq meydanlarda “qətiyyətlilik” nümayiş etdirir ki, bu qərarla bunu bir daha sübut etmiş oldu. Axı xalq mənəviyyata deyil, liderlik xüsusiyyətlərinə, konkret olaraq isə qətiyyətə daha çox əhəmiyyət verir. Bu da hazırki baş nazirin şansını daha da artırır.

İkincisi, hər nə qədər Erdoğanın “barmağı” olsa da, sosial şəbəkəyə girişin qadağan edilməsində Türkiyə məhkəmələrinin saxta və diffamativ xarakterli bəzi hesabların və tvitlərin silinməsinə dair aldığı qərarlara istinad edilib. Yəni, Türkiyə “Twitter” sosial şəbəkəsindən bu hesab və tvitlərin silinməsini istəyir. Hesab edirəm ki, bu məsələnin üzərində ciddi şəkildə düşünmək lazımdır.

Öz profilində başqasının fotosunun yerləşdirilməsi, başqalarının şəxsi məlumatlarına əsasən qeydiyyatdan keçilməsi, ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatların hər kəsin görəcəyi şəkildə yerləşdirilməsi, saxta hesablardan istifadə etməklə, yalan və diffamativ materialların dərc edilməsi… Bunlar, sosial şəbəkələrdə tez-tez qarşılaşdığımız və üzərində durmadığımız, üzərinə çox da düşmədiyimiz etika problemləridir. İctimai davranış qaydalarından xəbərdar olmayan yaxud ona əməl etmək istəməyənlər belə fikirləşə bilər: “Əgər üzbəüz oturmamışıqsa, göz-gözə, üz-üzə baxmırıqsa, hər istədiyimi yaza bilər, hər istədiyimi deyə bilərəm”. Nəzərə almaq lazımdır ki, istifadəçilər artıq “ictimai yer” kimi qəbul edilən sosial şəbəkələrdə, ictimai davranış qaydalarına əməl etməsələr, “qanun” buraya öz əllərini uzadacaqdır…

Bir düşünün, əgər saxta hesablardan diffamativ tvitlər atılmasaydı, “Twitter”ı bağlamaq üçün Türkiyənin də hər hansı bəhanəsi olmayacaqdı. Gəlin onda, əvvəl öz gözümüzdə tiri görək, sonra başqasının gözündə tük axtararıq…

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma