Onlayn xəbərə multimedia elementlərinin artırılması


Biz artıq bilirik ki, əksər xəbər saytları konvergent xəbərlərin hazırlanmasına üstünlük verir, jurnalistlərdən yeni alət və texnologiyalardan faydalanmağı, yeni vərdiş və bacarıqlara yiyələnməyi tələb edir. 1990-cı illərin başında isə onlar yalnız bir sahə üzrə ixtisaslaşmışdılar.

Əvvəllər video və audio materialları radio və televiziya, mətnləri isə qəzet və jurnallar dərc edirdilər. İnternetin media bazarına daxil olması mənzərəni kökündən dəyişdirdi.  Yeni media mühitində BBC, CNN kimi tele-radio qurumları bloq yazıları və mətn təməlli xəbər dərc edir, The Guardian və The New York Times kimi qəzetlərsə video, podkast və qrafik görüntülər hazırlayır. Bu media qurumları konvergent xəbərlərdən istifadə etməklə, öz rəqiblərini qabaqlamaq və informasiya yarışında qalib gəlmək istədiklərini iddia edirlər.

You Tube  kimi videohost (hosting -informasiya yerləşdirmə xidmətləri – ing.) mənbələri həm daha yaxşı tərtibara malik, həm daha ucuz, həm də asanlıqla əldə ediləbiləcək multimedia məzmunları təqdim edir. Amma bu növ materialları hazırlayanda gərək yerləşdirilməsi, gərəksə təqdimatı haqqında düşünmək lazımdır.

Multimedia nədir?

Multimedia, ənənəvi xəbər mətni ilə birgə yaxud onun ətrafında yaradılan hər hansı bir  şəkil, audio, video və qrafik informasiyanın kombinasiyası deməkdir. Ən müasir tələblərə cavab verən multimedia paketi Flash proqram təminatı ilə yaradılır və burada  qrafik təsvirlər, audio və videonu  kombinə edir, yəni onlar belə materialları zənginləşdirir.

BBCmultimedia01

 

 

 

 

http://news.bbc.co.uk/2/hi/africa/7959444.stm

Demək olar ki, bütün vebsəhifələrin öz multimedia bölmələri var, yəni onlar mətn və şəkilləri kombinə edir, audio və videodan da istifadə etməklə məzmunun təqdimatı üçün ən müxtəlif yeni imkanlar yaradırlar. Bu, medianın bir-birini tamamlaması və qarşılıqlı zənginləşdirməsinə  ən yaxşı nümunədir, çünki söz, mətn, audio, video və qrafik təsvirlər hadisənin təfərrüatlı təsvirini çox dar çərçivədə verə bilir.

Yeni media mühitinin növbətçi redaktoru təkcə günün vacib xəbərlərini diqqətə çatdırmır, o, həm də media qurumunun öncəlikləri baxımından xəbəri ən effektiv və cəlbedici formada hazırlayıb istifadəçiyə təqdim etməlidir. Yaxşı redaktə olunmuş xəbər vebsaytı, hadisəni müxtəlif media formatlarının imkanları ilə bir yerə yığmalı, oxucunu bezdirməməli, sıxıcı olmamaq şərti ilə informasiya verməli və məzmunu axıra qədər oxutdurmağı bacarmalıdır.

Multimedia xəbər otağı

Multimedia xəbər otağında hansı hadisənin daha işlənmək üçün daha yaxşı və uyğun olduğunu seçən bir redaktor olmalı, digər komanda üzvləri isə müxtəlif element və formatları bir yerə yığmaq üçün səy göstərməlidir. Növbətçi redaktor saytda dərc olunacaq materiallardan hansının video ilə, hansının podkast ilə diqqətə yetiriləcəyinə qərar verməlidir.

Audionu-səs yazısını hazırlayıb redaktə etmək daha asandır, amma tam paket yaxud podkast daha çox vaxt və əmək tələb edir. Qrafiklər isə – daiqramlardan interaktiv bələdçilərə qədər – əvvəldən sifariş edilə bilər. Onlar əvvəldən planlaşdırma redaktoruna (planning editor) təhvil verilməlidir.

İşə başlamazdan əvvəl konvergent xəbərin hazırlanması prosesi, informasiyanın toplanması, dəyərləndirilməsi, yazılması, redaktə edilməsi və nəhayət dərc edilməsi barədə məlumatlı olmaq lazımdır.

Materialın hazırlanması

Hadisəni işıqlandırmaq üçün hadisə yerinə yollanan jurnalist nə hazırlamalı olduğunu bilməlidir. O, mətni, audio və video elementləri kombinə etmək üçün uyğun avadanlıqdan istifadə etməlidir. Material daha çox faktlara söykənərək mi qurulacaq, xəbərin insandan keçirilməsi texnikasından istifadə ediləcək yoxsa cəlb edici vizual informasiya ön planda olacaq? Jurnalist bu sualları cavablandırmağı bacarmalıdır.

Məsələn, BMT-nin Livanda yoxsulluğa dair hesabatından mətn təməlli (text – based) materialı elə Beyrutda keçirilən mətbuat konfransından faydalanaraq, yaxşı xəbər mətninə çevirmək mümkündür. Həmin materialı oxunaqlı etmək üçün isə etnik ya da dini qrupların böhranlı durumunu sərgiləyən qrafiklərdən faydalanmaq da mümkündür. Hətta hadisənin iştirakçıları yaxud şahidlərindən səsli ya da görüntülü müsahibələr hazırlamaq da mümkündür. Bu zaman jurnalistin  yazdığı orijinal  bölümlər redaktədən sonra hazırlanıb çapa gedərkən, materiala həyatdan gələn insani elementlər qatmaq üçün istifadə edilir.

Mənbəyi hadisə və insan olan məzmunlarda audio ilə mətnin kombinasiyası  uğurlu variantdır. Hər hansı siyasi xadimdən müsahibə almısınızsa, bunun  eyni zamanda yazı və audio, yəni səsli variantlarını hazırlayaraq, oxucuların o müsahibəni həm oxumasına, həm də dinləməsinə imkan yaratmaq olar.

Aksiya iştirakçılarının birgə və xorla səsləndirdikləri etirazlar da yaxşı audio materialı ola bilər. Bu cür audio material sizin məzmununza əlavə dəyər qatacaq və onu oxunaqlı edəcəkdir. Festival, yaxud sel kimi hadisələrdə vizual artırmalar əhəmiyyət kəsb edir. Materialı hazırlamağa başlayan jurnalist öz xəbəri üçün müəyyən görüntüləri əvvəlcədən düşünməli, keyfiyyətli foto, yaxud videomaterialdan faydalanmalıdır. Məzmunun mətn, audio ,video və ya qrafiklərlə çatdırılmasını müəyyənləşdirən eyni proses də  xəbər otağında getməlidir. Müəyyənləşdirilən materiala öncədən hazırlanıb redaktə edilən orijinal jurnalist əlavələri artırıla bilər.

Materialın redaktəsi

Biz artıq bilirik ki, xəbərin məğzi onun dərinliklərində gizlədilməməli, lap əvvəldə verilməlidir. Xəbərin doğrudan da oxucunu cəlb edə biləcək  videoəlavəsi varsa, onu  əvvəldə, yəni lap yuxarıda yerləşdirmək daha yaxşıdır.

Əlinizdə sel, daşqın və ya etiraz mitinqinin birbaşa hadisəni açıqlayan və diqqət cəlb edəcək əla şəkilləri varsa, onu geniş qalereya, yaxud tək görüntü  şəklində materialın yuxarısında yerləşdirmək də gözəl fikirdir.

2008-ci ildə Bağdadda keçirilən mətbuat konfransında qəzəbli jurnalistin Corc Buşa ayaqqabı tolazlaması buna yaxşı misaldır. Söz və hərəkətsiz görüntülər hadisəni nə qədər gözəl təsvir etsə də, heç bir şey onu öz gözlərimizlə görməyin yerini verə bilməz. Bu səbəbdən video mütləq məzmunun əvvəlində yerləşdirilməlidir.

BBCmultimedia02

 

 

 

 

http://news.bbc.co.uk/2/hi/world/middle_east/7782422.stm

Ancaq video, yaxud audiosıranın başlıca əhəmiyyət daşımadığını, onların daha çox əsas hissəyə köməkçi kimi istifadə olunmasının gərəyini hiss edirsinizsə, bu halda onlardan bağlayıcı element şəklində faydalanaraq, səhifənin aşağı hissələrində yerləşdirə bilərsiniz. Video daha çox ümumi görüntülərlə ola bilər, yaxud siz hekayətdə qaldırılan məsələdən podkast hazırlamağı müxbirinizlə müzakirə edə bilərsiniz.

Başqa variant bu videonu səhifəyə Youtube üslubunda yerləşdirməkdir. Bunun üstünlüyü odur ki, istifadəçi videoya baxsa da, baxmasa da, həmin video hərəkətsiz görüntü biçimində qalır.

al_jazeera_0

 

 

 

 

Videonu hekayətdə danışılan elementin yanında da yerləşdirə bilərsiniz. Bu halda oxucunuz, sadəcə, həmin videonu tıklamaqla, verilən material haqqında daha çox bilgi alacaq. Əsas məsələ odur ki, bu video və audio materiallar hekayətin təsirinin artırılmasına xidmət etsin.

Düzdür,  mətni elə yazmalısınız ki, sanki oxucularınızın videonu görmək imkanı yoxdur və bütün bilgiləri mətndən almağa məhkumdur. Üstəlik, mətn təməlli informasiya başqa yerlərdə – multiplatformalarda, bloq və sindikatlarda da istifadə oluna bilər.

Bəzi hekayətlər, onları video ilə müşayiət imkanımız olsa da, mətn biçimində daha yaxşı görünür. Məsələn, kostyum geymiş yerli siyasətçilərin iclası, çox güman, elə bir təsirli vizual informasiya vermir, amma siz həmin iclaslardan vaxtaşırı siyasi bloq hazırlayırsınızsa, sözügedən görüntülər kimlərisə maraqlandıra və auditoriyanıza da faydalı ola bilər.  Ən yaxşı sitatlar  daha sonra video və ya audio biçimində sayta qoyulsa da, öncə mətnlərdə əksini tapır.

Multimedia elementli paketlərin hamısında olayları işıqlandırarkən balans gözlənilməlidir. Təklif etdiyiniz müxtəlif media vasitələrində bütün tərəflərin balanslı əks etdirilməsi vacib məsələdir. Balanslaşdırma çox çətin ola bilər, amma,  məsələn, dövlət nümayəndəsinin 15 dəqiqəlik müsahibəsini, müxalifət nümayəndəsininsə iki sətir sözünü verirsinizsə, təbii ki, mütləq problemlə üzləşəcəksiniz.

Multmedia o deməkdir ki, biz materiala oxucunun olayı yaxşı anlaması üçün müxtəlif elementlər əlavə etməliyik, amma burada bir təhlükə gizlənə bilər -biz oxucumuza eyni hadisənin fərqli versiyalarını verə bilərik.

Mənbə

Onlayn xəbərlərə multimedia elementlərinin artırılması. http://www.az.irexlearning.org, Onlayn və multimedia jurnalistika modulu.

 

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma