Sayta düzgün traffikin cəlb edilməsi


Sizin saytınız köçəri (fly-by)  istifadəçilərin təsiri altındadır, yoxsa öz fanatiklərinız var?  Daimi istifadəçilər üçün çalışırsınız, yoxsa təsadüfi? İstifadəçilərin tipindən asılı olmayaraq, məqsədiniz – onların sayta yenidən dönüşünü təmin etməkdir.

Onlayn məzmun istifadəçilərin iştirakına, özünü dolğun ifadə etməsinə, fikirlərini paylaşmasına, bilgilərini genişləndirib-zənginləşdirməsinə yol açmalı,  auditoriyaya, onun yaşamına, uyğun qrup və dostlara önəmlı sayılmalıdır.

Vebsaytınızda hərəkət tezləşib, yoxsa  dayanıb?

Onlayn redaktorlar öz məzmunlarını təkcə saytdakı hərəkətliliyi artırmaq xətrinə sadələşdirməməli, eyni zamanda jurnalistikanın imkanlarından “sədaqətli və cəlbolunmuş oxucuları” yığmaq üçün daha çox faydalanmalıdırlar.

Bu mühazirədə “Columbia University Graduate School of Journalism”in The Business of Digital Journalism   adlı  böyük hesabatından  məsləhətlər əksini tapıb.

Hesabatda rəqəmsal dövrdən əvvələ nəzər salınaraq qeyd edilir ki, jurnalistikanın  tərkib hissələri dekonstruksiya olunaraq hərəkətli  reklam qatarına çevrilib. Hesabatın müəlliflərindən Kramer 18 il öncə yazdığı bir  yazını  axtarır və yazır: “ Mən deyərdim ki, bu, necə deyərlər, çox diqqətlə və gözəl yazılmış bir məqalə idi, indi isə həmin yazı qəzetdə çap olunmaq üçün tam oxunmaz  sayılır, çünki onu yenidən çap edən qəzet onu mümkün qədər qısaltmağa çalışır”. Kramer deyir ki, bu o dövr idi ki, media qurumları oxucu axtarışına çıxmışdılar. İndi isə əsas məsələ tıklamaların sayını artırmaqdır. Saytlar artıq, “məzmun ferması”na çevrilmişlər.

Fanatiklər, daimilər, tək-tüklər və qonub-uçanlar

Xəbər saytlarının  istifadəçiləri  “fanatiklər, daimilər, tək-tüklər və qonub-uçanlar” (Fans, regulars, occasional and fly-bys) deyə dörd yerə bölünür.

Ən sadiqlər həftədə ən azı iki dəfə sayta baş çəkən fanatiklərdir. Ondan sonra daimilər gəlir. Daimilər sayta həftədə bir-iki dəfə müraciət edirlər. Bir az da aşağı düşsək, ayda bir-iki dəfə sayta girən tək-tükləri görərik. Lap sonda qonub-uçanlar gəlir. Onlar sayta ayda bir dəfə girirlər.

Yaxşı traffiki hədəfləmənin əhəmiyyəti

Kolumbiya Jurnalistika Məktəbinin hesabatında qeyd olunur ki, azsaylı olsalar da, fanatiklər saytda traffikin 55  faizini yaradırlar. Qonub-uçanlarsa daha çox axtarış maşınından, yaxud bloq tiklamasından sayta gəlirlər və ayda cəmi iki-üç səhifəyə tıklayırlar. Ümumilikdə hər fanat hər qonub-uçandan 50 dəfə çox traffik yaradır.

“Şişmanlar” və “arıqlar”

Bununla belə, Kolumbiya Jurnalistika Məktəbinin hesabatında göstərilir ki, auditoriyanın ölçüsü, həmişəki kimi, həyati önəm daşıyan amildir. Reklamverənlər və agentliklər üçün sayta tək-tük girən 10 milyon istifadəçisi olan sayt  bundan 5 dəfə az auditoriyası olan saytdan daha maraqlıdır. Ancaq hesabatda bir məqam müzakirə edilir: Traffik dalınca qaçmaq saytları şəkər faizi yüksək olan şişman auditoriya və arıq gəlir faktı qarşısında qoyub.

Jurnalistikanın dəyərsizləşməsi

Hesabatda deyildiyi kimi, jurnalistika dəyərdən düşüb, çünki xəbər təşkilatları “arama-yönləndirmə traffikini özlərinə yönəltmək üçün ünlülərin fotolarından oluşan slayd-şouları yerləşdirmək taktikasına üz tutublar. Onlar öz brendlərini zəiflədib, məzmunu sadələşdirsələr də, loyal istifadəçiləri cəlb etmək məqsədlərinə çata bilmədilər”.

Kənara sıçrayış, axın, dönüş və həyat

Beləliklə, media menecerlərinin  əsas vəzifəsi sayta birbaşa və dolayı yönəlmiş bütün hərəkəti izləmək,  təklif edilən  bənzərsiz təcrübə sayəsində istifadəçiləri fanatiklərə və daimilərə çevirməkdir. Söhbət kənara sıçrayış və  axının  azaldılmasından, dönüş və həyatdan gedir.

Kənara sıçrayış: Kənara sıçrayış  ilə, ön səhifəyə tıklayan istifadəçinin burada onu maraqlandıran bir şey görməyəndə dərhal həmin saytı tərk etməsi nəzərdə tutulur. Gündə milyon istifadəçiniz ola bilər, amma onlar heç bir linkə tıklamadan anında sizin səhifədən çıxırlarsa, demək, siz məğlub olmusunuz.  Sanki səliqəsiz, pinti, almaq istədiyiniz şeyləri görmədiyiniz bir mağazanın yanından ötür və pəncərədən boylanıb, pərt olur, həvəsiniz öldüyündən çıxıb gedirsiniz.

Axın: Axın deyərkən, istifadəçinin gözəl və geniş təcrübə ümidi ilə sayta girməsi və heç nə tapmadan tezcə geri dönməsi nəzərdə tutulur. Yanından keçərkən pəncərəsində menüsünü oxuduğunuz bir restoran düşünün. Bu, sizin diqqətinizi çəkir. Girib yemək sifariş edirsiniz, amma ağzınıza apardığınız birinci tikə o qədər iyrənc olur ki, onu tüpürüb gedirsiniz. Bir də həmin restorana gəlməyəcək, hələ bir tanışlarınıza da deyəcəksiniz ki, oraya gəlməsinlər. Bu, restoran üçün çox pisdir

Dönüş: Dönüş deyərkən, istifadəçinin günboyu bir-iki, bəzən dörd-beş dəfə sayta qayıtması, məzmun yaradanların öz hədəf auditoriyasının istəklərini bilməsi, auditoriyanın nə istədiyini, nə vaxt istədiyini və necə istədiyini diqqət mərkəzində saxlaması nəzərdə tutulur. Sevdiyiniz bir supermarketi düşünün – burada mallar həmişə təzədir, səliqə ilə düzülüb, keyfiyyət baxımından da əla və etibarlıdır. Bu, həm sizin ərzaq dükanınız, həm özünüz, həm də almağa hazırlaşdığınız mallar üçün yaxşı haldır

Həyat: Həyat deyərkən,  istifadəçinin vaxtaşırı sayta bağlanması, tıkladıqda keyfiyyətli material oxuması deyil, həm də saytın işinə qatılmaq imkanının olması nəzərdə tutulur. Bir kitab axtararkən girdiyiniz və diqqətinizi çəkdiyindən daha iki saat qalmağı qərarlaşdırdığınız böyük bir kitab mağazasını düşünün. Əla məzmun auditoriyanın istəklərinə tuşlanır.

Hədəf auditoriyasının istəklərinə fokuslanmış belə əla məzmun hazırlamaq bizim jurnalist işimizdir. Bu, auditoriyamızı cəlb edir və auditoriyanın tam və mənalı iştirakına yol açır.  Təki bölüşüb-paylaşsınlar, fəallaşsınlar, çünki istifadəçilər və onların mənsub olduğu qruplar məhsulunuzu -məzmununuzu daha da zənginləşdirəcəklər.

Media təşkilatları  materiallardan məqsədəuyğun şəkildə istifadə edir, traffiki idarə etmək üçün sosial mediaya söykənirlər. Üstəlik, təkcə axtarış sistemindən yararlanmağı hədəf götürmürlər..  Onlar, beləcə, “daha çox sadiq və diqqət kəsilmiş oxucular qazanır və nəticədə reklamçılara da maraqlı olurlar”.

Mənbə

Sayta düzgün traffikin cəlb olunması. www.az.irexlearning.org, Onlayn və multimedia jurnalistika modulu.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma