Sosial mediaya örnək olay – Youtube


youtube

Youtube dünyanın ən böyük video paylaşma platformalarından biridir. 2005-ci ildə qurulmuş və 2006-cı ildə Google tərəfindən satın alınmışdır. “Tube” sözü televiziya tüpündən gəlir. “Özünü dəyiş” (Broadcast yourself) şüarı ilə fəaliyyətə başlayan “Youtube”un yaradılmasının səbəblərindən biri videoların e-maillə yollana bilməməsi idi.

Video formatı olaraq burada flash video formatı (.flv) istifadə olunur. Kliplər bu formatda izlənə bilir və kompüterə .flv formatında endirilə bilir. Video klipləri izləmək üçün kompüterdə Adobe flash əlavəsi qurulu olmalıdır. Sayta yerləşdirilən video kliplər youtube tərəfindən avtomatik olaraq 320×240 pikselə keçirilir və .flv formatına çevrilir. 2008-ci ildə yüksək keyfiyyət olaraq 480×360 variant əlavə olunmuşdur.

AV1, MPEG, QuickTime formatına sahib sahib videolar istifadəçi tərəfindən youtuba ən çox 1 GB tutumunda yüklənə bilir. Bu platformada fərdi həvəskar kliplər, video kliplər, TV proqramlarından parçalar, filmlər, musiqi videoları yerləşdirilir. Gündəlik təxminən 65 min ədəd yeni material yüklənir, 100 milyona yaxın materiala isə baxılır. İstifadə şərtlərinə uyğun gəlməyən materiallar istifadəçilərin bildirişləri ilə Youtube səlahiyyətliləri tərəfindən silinir. Üzvlər materialları dəyərləndirib bal verə bilər ya da şərh yaza bilərlər.

Platformda bəzi kanal növləri vardır:

  1. Youtuber: Standart youtube hesabıdır
  2. Director: Təcrübəli film prodüserləri üçündür
  3. Musiqiçi: Musiqi əsərləri olanlar üçündür
  4. Comedian: Mizahi videolar üçündür
  5. Guru: Maraq sahəsinə bağlı video çəkənlər üçündür
  6. Reportyor

Saytdan pul qazana bilmək üçün partner proqramı mövcuddur. Bu proqram ABŞ, Kanada, İngiltərə, Avstraliya, Almaniya, Hollandiya və Braziliyaada yaşayan üzvlərə açıqdır. Gələcəkdə başqa ölkələrdəki üzvlərə açılması da nəzərdə tutulur.

“Youtube”nin istifadə şərtlərinə görə, müəlliflik hüququ icazəsi alınmış videolar yüklənə bilər. Pornoqrafiya, şiddət, şantaj, reklam və cinayət sayılan fayllar yüklənə bilməz. Patent haqqını əldə edən şirkətlər əlavə olunan videoları sildirmə haqqına sahibdirlər. Bu hüquq film və musiqi videolarında tez-tez həyata keçirilir.

Youtube hörmətsizliyin yer aldığı bir çox materialların yığışdırılmamasına görə dəfələrlə bir çox ölkələrin hökuməti – İran, Pakistan, Tayvan, Türkiyə tərəfindən bağlanıb. Burada yerləşdirilmiş və Atatürkü təhqir edən videonun Türkiyənin müraciətlərinə baxmayaraq yığışdırılmaması bu ölkədə veb səhifəyə girişin bağlanması ilə nəticələnmişdi.

2011-ci ildə Youtube saytından 490 milyon nəfər istifadə edib, ümumilikdə 92 milyard səhifəyə baxıb. Youtube-dakı videolar sayəsində bir çox istifadəçi bütün dünyada məşhur olmuşdur (Məsələn, Gangnam style) .

http://az.wikipedia.org/wiki/YouTube

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma