Özünüz çəkdiyiniz və özünüz paylaşdığınız öz fotonuz


Siz nə vaxtsa özünüz çəkdiyiniz öz fotonuzu instagram ya da twitterda paylaşdınız? Çoxunuz çəkmisiniz, amma əminəm ki, yaxşı alınmadığı üçün paylaşmaq cəsarətiniz olmayıb. Elə mən də sizin kimi “kompleksli insan”am.

Bəs siz selfie sözünü eşitmisiniz?

Dünyanın nüfuzlu nəşrlərindən biri hesab olunan və 1884-cü ildə fəaliyyətə başlayan Oksford lüğətinin maraqlı ənənəsi var. Redaksiya, hər il o ilin əhval-ruhiyyəsini ən yaxşı əks etdirən kəliməni “ilin sözü” olaraq seçir.  Ənənəyə uyğun olaraq redaksiya ötən gün 2013-cü ilin də sözünü elan edib. Bu, selfie kəliməsidir.

“Öz fotosunu çəkmək” mənasına gələn selfie, showrooming (dükan dükan gəzmək), twerk (rəqs), bitcoin (rəqəmsal pul vahidi), unlike (bəyənməmək) kimi kəlimələrlə yarışaraq, onları qabaqlayıb. Lüğətin direktoru Judy Pearsall bildirib ki, selfie ilk dəfə 2002-ci ildə Avstraliyanın internet forumlarından birində işlədilib. Rəqəmsal fotoqrafiyadan istifadə, özəlliklə foto paylaşım saytı “Flickr”ın fəaliyyətə başlaması ilə birlikdə termindən də geniş şəkildə istifadə başlayıb.  Foto paylaşım saytı İnstagram və mikrobloqlama xidməti Twitter istifadəçilərinin sayındakı artışa paralel olaraq bu sözdən istifadənin kəskin surətdə artdığı müşahidə olunur. Belə ki, hesablamalar 2012-ci illə müqayisədə selfie sözündən istifadənin 17 min faiz artdığını göstərir.

Selfie sözü hələlik məşhur lüğətin ənənəvi versiyasına daxil edilməsə də, yaxın gələcəkdə bu mümkün ola bilər. Hələlik isə o, lüğət məsləhətçiləri, redaksiya və marketinq heyətinin tövsiyəsi ilə www.oxforddictionaries.com saytına əlavə edilib.

İnternet, sosial media artıq həyatımızın ayrılmaz parçasına çevrilib. Bu, özünü ən yaxşı neologizmlərdə biruzə verir. Məşhur lüğət ötən il də GİF kəliməsini  “yılın sözü” elan etmişdi.

Qayıdaq, 2013-cü ilin sözünə. Oksford lüğətinin onlayn versiyasında selfie kəliməsinə belə tərif verilir: İnsanın özünün mobil telefon (smartfon) və ya veb-kamera vasitəsilə özünü çəkdiyi və sosial şəbəkələrdə yerləşdirdiyi fotoşəkli.

İndi siz fikirləşirsiniz ki, mən bu anlayışı Azərbaycan dilində bir kəlimə ilə ifadə edəcək söz axtarıram. Xeyr, bilirəm ki, imkansızdır. Məni əsl maraqlandıran, 17 min faiz artışın necə hesablana biləcəyidir.

Hər birinizə xoş və gözəl əhval-ruhiyyəli gün arzulayıram…

Advertisements

Özünüz çəkdiyiniz və özünüz paylaşdığınız öz fotonuz” üçün 4 cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma