İnternet kommunikasiyasında yeni mərhələ: Veb 1.5 və Veb 2.0 komminikasiya növü (aləti)


İnternetdə insanların fikrini öyrənmək, onların burada nələri görmək istədiklərini, seçimlərini dəyərləndirmək üçün saytlara kiçik əlavələr edilməyə başlandı. Populyarlaşmış formatlardan biri Forumlar oldu. Burada siz qeydiyyatdan keçir, müəyyən olunmuş mövzular üzrə fikirlərinizi bildirir və bəzən istədiyiniz mövzularda yeni forum bölmələri aça bilirsiniz. Bu tam azadlıq demək deyil. Siz yenə də qeydiyyatdan keçməli və yazınızın əsasən moderator tərəfindən təsdiqlənməsini gözləməlisiniz. Bəzən moderator yazılarınızı qəbul etmir. Amma veb 1.0 ilə müqayisədə siz kommunikasiyanın bu növündə siz ən azından seçim imkanına maliksiniz.

Veb 1.5-in digər növü onlayn səsvermələr hesab oluna bilər. Burada hər hansı sual qoyulur. İstifadəçi isə variantların arasından birini və ya bir neçəsini seçmək imkanı qazanır. Bu tip səsvermə xüsusilə seçkilər zamanı populyarlaşır, bir neçə namizədin adı göstərilir və istifadəçilərə onlar arasında seçim etmık təklif olunur.

Ancaq belə səsvermələrin nəticələri heç də həmişə şəffaf olmur. Burada səsvermə nəticələrini dəyişdirmək, saxtalaşdırmaq, artırmaq-bir sözlə nəticələri reallıqdan uzaqlaşdırmaq mümkündür. Adətən səsvermənin sayını 1 səs=1 IP formasına keçirməklə saxtalaşdırmanın qarşını almağa çalışırlar. Amma belə şəraitdə böyük ofislərdə çalışan insanlar eyni şəbəkəyə qoşulduqlarına görə, onlayn sorğuya yalnız bir dəfə səs verə bilirlər. Çünki adətən kompyuter şəbəkələrinin bir nöqtədən internetə çıxışı olduqda sistem bunu 1 IP kimi qəbul edir. Belə vəziyyətdə digər istifadəçilərin səsvermə hüququ və imkanı olmur. Və “ilk gələn qazanır” prinsipi işə düşür.

Sorğunu idarə etmənin digər üsulu 1 kompyuter=1 səs formatına əsaslanır. Belə olduqda eyni şəbəkədən onlarla, yüzlərlə, minlərlə insan səsvermə hüququ qazanır. Bu da yenə qeyri-bərabərliyə gətirib çıxara bilər. Məsələn, 2008-ci il Rusiya-Gürcüstan münaqişəsi zamanı bütün dünyada keçirilən onlayn sorğuların əksəriyyətində anti-Gürcüstan nəticələri əldə olunurdu. Çünki, səsvermələrə müxtəlif komüterlərdən qoşulan Rusiya istifadəçilərinin sayı daha çox idi. Onlar isə öz maraqlarını güddüyündən sorğuların nəticəsi birtərəfli olurdu. Təsəvvür edin ki, internetdə səsvermə keçirilir, müzakirə mövzusu isə belədir: Çin yoxsa Azərbaycan daha gözəl ölkədir?

Veb 1.5 əslində internetdə yeni ünsiyyət mərhələsi sayıla bilməz. Onun 1.5 kimi işarələnməsi məhz keçid olduğunu götərir.

İnsanlara tamamilə yeni özünüifadə üsulları lazım idi. Onlar müxtəlif hissələrdən özlərinə uyğun oyuncaq yığmaq istəyirdilər; daha az idarə olunmaq, səsini, fikrini, şərhini heç bir maneəsiz ifadə etmək imkanını əldə etmək arzusu artırdı. Elə bir şəraitə tələbat yaranmışdı ki,real həyatda olanları virtual formaya keçirmək alətlərini axtarırdılar.

İnsanlar həmişə sinifdə, məktəbdə, universitetdə, cəmiyyətdə bir-birilə əlaqə saxlayır. Burada qrupun lideri, zəif bəndləri, böyük qruplar daxilində kiçik qruplaşmalar və hamıdan kənarda dayanan insanlar olur. Veb 2.0 ilə bu cəmiyyət virtual məkana keçdi. Beləliklə, müxtəlif səpkili yeni alətlər yarandı. Alətlərin unikallığı ondan ibarətdir ki, burada adi istifadəçilər hansısa bir mövzunu müzakirə etməyə məcbur deyillər. Onlar özləri burada məzmun yarada bilər və öz yaradıcılıqlarını digər istifadəçilər arasında asanlıqla paylaşa bilərlər.Veb 2.0-da olan alətlərin əsas fərqli xüsusiyyətləri də məhz budur.

Bloqlar yalnız bir forma verir, siz isə ora istədiyiniz formada (video, səs, yazı, şəkil) məzmun əlavə edirsiniz. Sosial şəbəkələrdə qeydiyyatdan keçdikdən sonra boş bir hesabla qarşı-qarşıya durursunuz. Burda sonrakı fəaliyyətlər tam sizə aiddir. Şəkillər yükləmək, sinif yoldaşlarınızı tapmaq, şərh yazmaq, foto, video yaymaq, dostlarınızı “dürtmələmək”, onların yazdıqlarınıı bəyənmək, şeirlərini oxumaq, yeni dost əlavə etmək-bunların hamısı tamamilə sizin seçiminizdən asılıdır. Bu həm də istifadəçinin üzərinə böyük məsuliyyət qoyur. Bu, artıq hansısa sorğunun suallarına tabe olan insan deyil, o özü fəaliyyətinə görə məsuliyyət daşıyır.

Hazırda Veb 3.0 üzərində çalışmalar aparılır. İddia edilir ki, Veb 3.0 kommunikasiya növündə internet artıq robot kimi deyil, insan kimi hərəkət edəcək.

Mənbə

1. Briqs Mark. Jurnalistika 2.0. “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi. Bakı, 2010. Səh. 27-36

2. Hüseynzadə Emin. Yeni media. Dərs vəsaiti. CCC Azərbaycan MMC. Bakı,  2012.  səh. 15-19

Veb 2.0 nədir (Video rolik)

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma