Onlayn məzmuna dəyər qatmanın forma və metodları


Onlayn məzmunun dekonstruksiyası (bölünməsi): Biz əvvəlki mühazirələrimizdə qeyd etmişdik ki, nümunəvi onlayn xəbər materialı mütləq və vacib bir qayda olmasa da, 300-500 söz həcmində olmalıdır. Sizin hazırladığınız material 300 sözdən çoxdursa, məsələn 1000 ya da 1500 sözdən ibarətdirsə, siz faktları nəzərdən keçirməli, yazınızı kiçik hissələrə bölmək barədə fikirləşməlisiniz. Lakin bu kiçik hissələr bir-biri ilə əlaqəli olmalıdır. Uzun xəbər materialının dekonstruksiyası onlayn  jurnalistin faydalanması gərəkən vacib üsuldur.

Bu o deməkdir ki, siz  əsas faktları 300 söz həcmində qısa material ilə təqdim edir, eyni zamanda materialın ayrı-ayrı elementlərini açıqlamaq üçün bunlara link qoyursunuz. Bu linklər, əsas materialın daxilindəki tərkib hissələrin daha geniş izahını verir. Bu halda həm istifadəçiniz çox uzun mətnlə üzləşmir, həm də özünüz materialı idarə oluna bilən hissələrə parçalamış olursunuz.

Dekonstruksiya edilən hər materialın öz başlığı olmalıdır. Materialın bölünməsi xəbərin başlıca elementlərini bir məqalədə göstərməyə imkan verir.

  • Nəticə olaraq, dekonstruksiyaya o vaxt müraciət edilməlidir ki, bütün mənanı yalnız 300-500-dən artıq söz ilə (məsələn ,1500) ifadə etmək mümkün ola bilər.

Əvvəlki mühazirədə qeyd etdiyimiz kimi, əvvəllər elə hesab olunurdu ki, internet jurnalisti ürəyi istəyən həcmdə yaza bilər. Amma indi zəmanə dəyişib. Bir neçə platformada xəbər təklif edən media dünyasında uzun həcmli yazılar dövrü keçmişdə qalıb. Jurnalistlər yığcam və aydın yazı üslubunu qoruyub saxlamalıdırlar.

Oxucularınız üçün zaman çox dəyərlidir. Onlar sizə materialı lazımsız fikirlərlə doldurulduğunuza və ya nəsr üslubunda yazdığınıza görə təşəkkür etməyəcəklər. Jurnalistin vəzifəsi faktları istifadəçilərə ən səmərəli yolla çatdırmaq, materialı “ölü” sözlərdən təmizləməkdir. Faktlar, lazım olmayan, boş sözlərlə ifadə olunmamalıdır. Sayta daxil olan və materiala göz atmağa başlayan istifadəçi başlıq və girişdən (lid)  sonrakı materialın üzərində dayanmaq istəməyəcəkdir. Onlar hər zaman materialın dəyərini artıracaq, unikal, dəyərli bir yenilik axtarırlar. Veb materialın fərqli şəkildə təqdim edilməsi üçün bir çox cəlbedici yollar təklif edilir.

Mətn qutuları: Veblər hadisəni fərqli tərzdə çatdırmaq üçün çoxlu gözəl imkanlar təklif edir. Jurnalistə xəbər tapşıran redaktor həmin xəbərə ön xətdə yer ayırır. Nəsə baş veribsə, artıq hansısa vacib faktlar məlumdursa, jurnalist bunu anlamalı və  ola bildiyincə cəld xəbərləməyə hazır olmalıdır.

http://news.bbc.co.uk/2/hi/middle_east/4862948.stm

2006-cı ildə Bəhreyndə baş vermiş gəmi faciəsini misal gətirək. Gəzinti katerinin  İran körfəzində qəzaya uğraması nəticəsində ( Bahrain boat tragedy in 2006) 57 nəfər həlak olmuşdur. Öz qohumlarının taleyindən soraq tutmaq istəyənlərdən ötrü ölən və sağ qalan insanların siyahısı əhəmiyyət kəsb edirdi.

 confirmed_dead

Bu siyahıya xəbər mətnində bir neçə abzas yer ayırmaq lazımdır, amma məlumatı mətn   qutusunda versək, onda tez oxumaq istəyənlər informasiyanı daha sürətlə əldə edə biləcəklər. Bu metod, istifadəçiyə bütün materialı oxumadan onun əsas hissələrinə cəld nəzər salmaq imkanı verir.

  • “Mətn qutuları istifadəçilərə bütün materialı oxumadan onun əsas hissələrinə cəld nəzər salmaq imkanı verir. Mətn qutusu həm də digər materiallarda və ya saytın əsas səhifəsində istifadə oluna bilər və sizin mətninizin dekonstruksiyasında da faydalıdır”. 

Xronoloji qrafiklər: Eyni texnikadan istifadə etməklə, materiala daha sonra da qayıda, xronoloji qrafiklər və fakt faylları təklif edən başqa bir mətn qutusu da qoya bilərsiniz.  Beləcə, mətn qutusu  istifadəçilərin mürəkkəb fakt qruplaşmalarını anlamasına yardım göstərən dəyərli alətə çevriləcək. Mətn qutuları, xronoloji qrafiklər və foto arxivləri istifadəçiyə lazım olan bütün təfərrüatları və onların ən çox maraqlandıqları məsələ və ya faktın üzərinə vurmaqla daha çox məlumat əldə etmək imkanı verərək bütün digər materiallarda istifadə oluna bilər.

Qrafiklər və şəkillər: Qrafiklər materialın əsas faktlarını göz oxşayan və ilk baxışdan diqqəti cəlb edən tərzdə çatdırmaq üçün böyük imkan verə bilər. Düzdür, onlar yaxşı yazılmış xəbər mətnlərini əvəz etmir, lakin materiala daxil edildikdə, buradakı vacib materialları aça və ya vurğulaya bilər, hadisənin təfərrüatlarının göstərilməsinə kömək edə bilər.

2000-ci ilin avqustunda Rusiyanın Kursk sualtı nüvə gəmisinin batması haqqında xəbəri götürək. CNN xüsusi onlayn material hazırlamışdı ki, iki sadə şəkildə iki əsas təfərrüat əks etdirilmişdi.

Birinci qrafik təsvirdə sualtı nüvə gəmisi təyyarə ilə, ikincidə həmin qayıq dənizin dibində, Eyfel qülləsi ilə yanaşı təsvir olunmuşdu.

Birinci qrafik

Kursk01

İkinci qrafik

kurs02

İstifadəçi həm gəminin ölçüsünü, həm də onun Barens dənizində nə qədər dərinlikdə olduğunu aydın təsəvvür edə bilərdi.  Qrafik görüntülər sözləri əvəzləmək gücündə olmasa da, daha mürəkkəb fakt və rəqəmləri istifadəçilərin dəqiq qavramasına xidmət edir, həm də onların informasiyanı əyləndirici tərzdə əldə etməsinə imkan yaradır. Xüsusən ön və ya bölmənin indeks səhifəsində istifadə olunan şəkillər oxucunu cəlb etməli, onu materialın dərinliyinə “dartmalıdır”.

Diqqət yetirmək lazımdır ki, baş və çiyin olduğu şəkillər yaxşı seçim hesab olunmur, amma məsələn, mitinqdən çəkilən şəkillərdə onlardan qaçmaq olmur. Bununla birlikdə bütün hallarda, yaxşı şəkil materialın anlaşılıb-qavranmasına böyük təkan verir. Yaxşı şəkil xəbərin təsirini qat-qat artıra bilər. Yaxşı şəkil istifadəçini dayandırmağa qadirdir.

Şəkillərin səhifədə düzgün yerləşdirilməsi də vacibdir. Əgər sizin veb saytınızda şəkillər materialın sağ tərəfində yerləşdirilibsə, onda şəkildəki subyektin sağa baxması yanlışdır. Bu o deməkdir ki, həmin subyekt səhifənin içərisinə doğru deyil, ondan kənara baxır. Onun içəriyə baxması daha doğru seçimdir. Məsələn, aşağıda verilən fotodakı adam baxışlarının səmtinə görə  düzgün yerləşdirilməyib.

Yanlış istiqamətləndirilən şəkil

yanlisfoto

Bu şəkil isə düzgün istiqamətləndirilib

duzgunfoto

  • “Ən yaxşı şəkillər istifadəçini yolundan dayandıran şəkillərdir. Şəkillərin səhifədə düzgün yerləşdirilməsi vacibdir”.

Şəkilaltı yazılar: Şəkilaltı yazılar məzmunun daha yaxşı anlaşılmasına xidmət etməli və materiala maraq oyatmalıdır. Onlar aşkar olan faktı əks etdirməməlidir. Başlıqlar kimi onları da yazmaq asan başa gəlmir, mətnin ərsəyə gəlməsində ən çətin olan hissələrdən biridir. Bunların yanlış tərtib edilməsi xəbər brendinə ziyan vurə bilər. Onları tərtib edildikdən sonra dəfələrlə oxumaq tövsiyə edilir. Aydın ifadə olunmayan başlıq və şəkilaltı yazılar real təhlükə mənbəyidir. Onlar yanlış anlaşıla və istifadəçini çaşdıra bilər. Bundan azacıq şübhə varsa, başlıq və şəkilaltı sözlər yenidən və daha sadə yazılmalıdır.

Unutmayın ki, məqsəd, ağıllı görünmək deyil. Bəzən çox ağıllı olmağa çalışmaq da çaşqınlıq yarada bilər. Məqsəd, dəqiq olmaq və oxucuların materialı oxuyaraq daha çox məlumat əldə etməsi üçün onlarda maraq oyatmaqdan ibarətdir. Anlaşıqlı, dəqiq və təsirli yazı ilə istifadəçini maraqlandırmaq və materialı ona oxutdurmaq mümkündür. 

Mənbə

1. Onlayn jurnalistlər üçün vəsait. Azərbaycan Media Mərkəzi. Səh.5-9

2. İnternet jurnalistikasının başlanğıcı. www.az.irexlearning.org, Onlayn və multimedia jurnalistika modulu

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma