Yeni media, ənənəvi media anlayışları


Müasir jurnalistika son 10 il ərzində yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur, bu da informasiyanın maksimum opreativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə bağlıdır. Jurnalistika yeni texnologiya və vasitələrlə zənginləşmiş və yeni anlayışlar, həmçinin yeni jurnalistika alətləri ilə üzləşmişdir.

Yeni anlayışlardan biri “Sosial media”dır. Sosial media – insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Biznesmenlərə görə isə sosial media istehlakçı tərəfindən yaradılan mediadır. Sosial mediaya internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, ani ünsiyyət proqramları, forumlar daxil edilir.  Oxumağa davam et

Ön səhifənin idarə olunması


Bu mühazirədə növbətçi redaktorun vəzifələri, ön səhifənin idarə olunması, məlumatın saxlanma müddəti kimi mövzular nəzərdən keçiriləcək.

Növbətçi redaktorun məsuliyyəti: Onlayn xəbər redaksiyalarında saytın idarə edilməsi üçün adətən bir nəfər olur. Həmin şəxsin vəzifəsi ön səhifədə yerləşdirilən materiallara və yenə ön səhifənin tərtibatına nəzarət etməkdən ibarətdir. Həmin şəxs oxucunu cəlb etməklə kifayətlənməməli,  həm də  istifadəçilər üçün  mətn, audio, video və interaktiv elementləri aydın göstərən işarələr (signpost) yerləşdirməli, səhifədə gərəkli dəyişikliklərə qərar verməlidir. Onlar həmçinin, xəbər qurumunun istifadə etdiyi məzmunun idarə edilməsi sistemindən (CMS) asılı olaraq, ön səhifədə yerləşdiriləcək fotoların seçilməsinə görə də məsuliyyət daşıya bilərlər. Oxumağa davam et

Orijinal məzmunun hazırlanması və dərc olunması


Qaynar-isti xəbər (Hard nyus) xəbər materialları ilə işləyərkən əksər media qurumları eyni faktlardan istifadə edir. Onların xəbər mənbələri adətən eyni olur, onlar eyni xəbər agentliklərindən informasiya alır və eyni xəbər mənbələrinə müraciət edirlər.  Bu səbəbdən müxtəlif saytlarda eyni materialların dərs edildiyinə rast gəlmək heç də təəccüblü deyil.

Bütün hallarda xəbər qurumu digərlərindən fərqli materialın hazırlanmasına çalışmalıdır. Məsələn, onlayn jurnalist, xəbər qurumunun müxbirlərindən birinin hadisə yerindən hazırladığı ekskluziv xəbərdən sitat əlavə edə bilər. Əgər veb sayt hər hansı qəzetə bağlıdırsa, qəzet fotoqraflarından biri tərəfindən çəkilmiş ekskluzif şəkil istifadə oluna bilər. Bu halda şəkil, materialın yuxarı hissəsində yerləşdirilməli və çərçivəyə alınmalıdır. Əgər onlayn jurnalist  radio-TV kanalı ilə bağlı bir veb saytda işləyirsə, onda hazırladığı materialda yalnız o quruma məxsus ekskluziv audio və ya hər hansı klipdən istifadə edə bilərsiniz. Bütün hallarda əsas məsələ orijinallığın olmasıdır. Oxumağa davam et

Veb 2.0 və Veb 3.0 (Videolu anlatım)


Veb 2.0 nədir?

Veb 1.0-də, birinci nəsil saytlarda istifadəçi passiv idi, o sadəcə saytı oxuyub gedirdi. Veb 2.0, ikinci nəsil saytlar isə istifadəçiyə akvlik etmək imkanı yaradır.  Saytın məzmunu istifadəçi tərəfindən yaradılır və sayt istifadəçilərin hesabına böyüyür. Əgər siz bu videonu izləyəndən sonra Veb 2.0 haqqında suallarınız yaransa, bloq müəllifinə müraciət edə bilərsiniz. Şərt deyil ki, sualınızı bloq müəllifi cavablasın, digər istifadəçilər də sizin sualınıza cavab yaza bilərlər. Hətta ola bilər ki, sizi oxuyucuların cavabı qane etsin, nəunki bloq müəllifinin. Veb 2.0 tam da budur.

Veb 3.0 nədir? Bizi nə gözləyir?

İnternet kommunikasiyasında yeni mərhələ: Veb 1.5 və Veb 2.0 komminikasiya növü (aləti)


İnternetdə insanların fikrini öyrənmək, onların burada nələri görmək istədiklərini, seçimlərini dəyərləndirmək üçün saytlara kiçik əlavələr edilməyə başlandı. Populyarlaşmış formatlardan biri Forumlar oldu. Burada siz qeydiyyatdan keçir, müəyyən olunmuş mövzular üzrə fikirlərinizi bildirir və bəzən istədiyiniz mövzularda yeni forum bölmələri aça bilirsiniz. Bu tam azadlıq demək deyil. Siz yenə də qeydiyyatdan keçməli və yazınızın əsasən moderator tərəfindən təsdiqlənməsini gözləməlisiniz. Bəzən moderator yazılarınızı qəbul etmir. Amma veb 1.0 ilə müqayisədə siz kommunikasiyanın bu növündə siz ən azından seçim imkanına maliksiniz. Oxumağa davam et

Onlayn məzmuna dəyər qatmanın forma və metodları


Onlayn məzmunun dekonstruksiyası (bölünməsi): Biz əvvəlki mühazirələrimizdə qeyd etmişdik ki, nümunəvi onlayn xəbər materialı mütləq və vacib bir qayda olmasa da, 300-500 söz həcmində olmalıdır. Sizin hazırladığınız material 300 sözdən çoxdursa, məsələn 1000 ya da 1500 sözdən ibarətdirsə, siz faktları nəzərdən keçirməli, yazınızı kiçik hissələrə bölmək barədə fikirləşməlisiniz. Lakin bu kiçik hissələr bir-biri ilə əlaqəli olmalıdır. Uzun xəbər materialının dekonstruksiyası onlayn  jurnalistin faydalanması gərəkən vacib üsuldur. Oxumağa davam et