Onlayn jurnalistikanın başlanğıcı: Onlayn xəbər və xüsusiyyətləri


Hər bir xəbər saytının  məqsədi informasiyanı ən effektif və maraqlı formada öz oxucusuna çatdırmaqdır. Bu o deməkdir ki, istifadəçi həm tez, həm sadə, həm də gözəxoş şəkildə məlumat ala bilməli və zaman-zaman sayta yenidən üz tutmaq istəməlidir. Məzmun  tez yüklənməli, orada artıq sözlər və boş, məzmunsuz cümlələr olmamalıdır.

Onlayn jurnalist başqa jurnalistlərdən (qəzet jurnalisti, RTV jurnalisti, sərbəst jurnalist və s.) elə də fərqlənmir.

Jurnalistika baxımından qaydalar eynidir, yeganə fərq platforma və internetdə informasiyanı təqdim etməyə imkan yaradan özəl vərdişlərdədir. Məsələn:

– Siz yenə auditoriyaya faktları çatdırmalısınız;

– Cümlələriniz yenə anlamlı olmalı və yenə cümlənin mübtəda, tamamlıq və xəbəri olmalıdır;

– Hadisənin ən vacib məqamını və mahiyyətini – canını-cövhərini diqqətə yetirməlisiniz;

– 6 təməl jurnalist sualına – kim, nə, necə, nə vaxt, harada və niyə suallarına cavab verməlisiniz;

– Materialınızı jurnalist piramidası biçimində təqdim etməlisiniz (xəbər istənilən hissəsindən kəsilsə belə mahiyyətini saxlamalıdır). Burada söhbət tərs piramida üsulunda xəbər hazırlamaqdan gedir, çünki bu zaman informasiya əhəmiyyətlidən əhəmiyyətsizə görə düzülür və istənilən qısaltma əməliyyatında hadisə ilə bağlı vacib məlumatlar yox olmur.

Yayıcı  vebsayt

Əgər sayt müstəqildirsə (başqa media orqanları ilə bağlantısı yoxdursa),  jurnalist öz materialını redaksiyanın təlimatlarına uyğun olaraq hazırlamalı və təqdim etməlidir. Yox, əgər vebsayt nəhəng media qurumunun bir hissəsidirsə, onda jurnalistdən materialı hazırlayanda həmin media orqanının xəbər toplama və təqdim etmə tələblərini onlayn rejimdə əks etdirməsi istənəcəkdir. Nəzərə almaq lazımdır ki, əksər halda vebsaytlar hər hansı media qurumunun bir hissəsi kimi fəaliyyət göstərir.

Məqsəd, xəbər brendini onlayn və digər interaktiv platformalar daxil olmaqla bütün ifadə vasitələri ilə əks etdirməkdir. Bu halda materialını nədən efirdə və çap mediasında deyil, məhz internetdə işıqlandırılmasına vəsait qoyulması üçün inandırıcı səbəb irəli sürülməlidir. Jurnalistdən onlayn auditoriyaya yönəldilmiş məzmun ilə xəbər brendinə dəyər qatması gözləniləcək, lakin istifadəçi xəbərin çatdırıldığı hər bir üsulda olduğu kimi onlayn rejimdə də eyni faktlar və tonla rastlaşmalıdır. İtifadəçinin xəbəri dərk etmə səviyyəsini artıran və genişləndirən elementləri daxil edilməlidir. Məqsəd, istifadəçilərin daha yaxşı anlamasını təmin etmək və onların sayını artırmaqdır. Onlayn jurnalist auditoriyanın diqqətini çəkməkdən ötrü materialı  efir və ya print mediasından fərqli biçimdə təqdim etməyi bacarmalıdır.

Sərhədsiz məkan: internetin üstünlüyü

Bir vaxtlar elə düşünürdülər ki, internetin üstünlüyü jurnalistə, özəlliklə mətnin həcmi baxımından limit qoyulmamasındadır. Belə çıxırdı ki, jurnalist ürəyi istəyən uzunluqda material yaza bilər. Qəzetdə yer, televiziya və radioda da zaman məhdudiyyəti olduğu halda, internetdə bənzər əngəllər yox idi. Doğru qənaət olsa da, bu imkan, tənbəl və başdansovdu yazıların yazılmasına yol açır və yaradıcı azadlıqdan sui-istifadə problemi ortaya çıxırdı.

Xəbər materialları standart üsluba, tərtibata və formata (biçimə) malik olmalıdır. Hadisəni dərindən araşdırmaq üçün daha uzun materiala yaxud daha geniş və dərin öntarixçəyə ehtiyac yarana bilər. Buna baxmayaraq bütün hallarda isti xəbər (hard news) yığcam formada çatdırılmalıdır. Xəbər materialları standart üslubu gözləməlidir. Materialın oxunaqlı və çəkici olması üçün onun məntiqi və ardıcıl təqdimat forması olmalıdır. Jurnalist həmçinin işlədiyi media orqanının üslubunu, dəst-xəttini  bilməlidir. Əgər belə bir üslub hələ yoxdursa, onu jurnalist özü hazırlamalıdır, bu vahid yanaşmaya nail olmaq üçün vacibdir.

Materialın uzunluğu, həcmi və üslubu

İdeal onlayn xəbər materialı təxminən 300-500 söz həcmində olmalıdır. Bu, mütləq və vacib qayda deyildir, sadəcə bir tövsiyədir. Bəzi materiallar daha qısa, bəziləri isə özəlliklə fiçers və dərinləşdirilmiş təhlil materiallarınız (“soyuq xəbərlər”, yəni hadisə baş verdikdən sonra onun müsbət-mənfi nəticələrindən söz açan və adətən, problemi açıqlamaq üçün ondan təsirlənən insanları ön planda tutan  fiçə, yəni oçerk və analitik materiallar nəzərdə tutulur – red. ) uzun ola bilər, amma xəbərlərin əsas hissəsi qısa olmalıdır. Vacib olan odur ki, jurnalst lazımsız sözlərdən istifadə etməməli və yığcam yazmağı öyrənməlidir.

Onlayn jurnalist məzmunu idarə edən sistem –Məzmunun İdarə Olunması Sistemi (CMS) ilə işləyir və materiallarını bu sistemdə hazırlayır. Məzmunun menecmenti sistemi başlıq və xüslasə, xəbərin əsas hissəsi üçün qutulardan ibarət olur. Sistemin şəkil, video, linklər və mətn qutuları əlavə etmək üçün funksiyaları da ola bilər. Bəzi qutu və ya sahələr üçün məhdudiyyətlər ola bilər ki, siz çox uzun yaza bilməyəsiniz. Məhdudiyyətlər çox vaxt ona görə tətbiq edilir ki, sizin veb üçün yazdığınız məzmun həm də SMS və WAP kimi digər mətn platformalarına da göndərilməlidir.

Materialın qurulması

Materialın başlığı, sərlövhəsi (headline) həmişə özlüyündə məna kəsb etməli, qısa cümlədən ibarət olmalı, yaxud fikir yığcam şəkildə ifadə edilməlidir. Bu, təkcə yaxşı jurnalistika deyil, həm də o deməkdir ki, xəbər qurumu materialdan digər platformalarda sərlövhə kimi istifadə edə bilər.

Diqqət yetirmək lazımdır ki, birinci abzas başlığı təkrarlamasın, ona bəzi məlumatları əlavə etməlidir. O, həm ayrılıda, həm də başlıqla birgə məna kəsb etməlidir. Media qurumu bundan SMS xəbər xidmətində istifadə edə bilər.

Xəbər qurumunun CMS-Məzmun Menecment Sisteminin tərtibatından asılı olaraq, materialın başlığı yaxud xülasəsi avtomatik olaraq bölmənin (təhsil, idman, iqtisadiyyat) indeks səhifəsində yaxud saytın ön səhifəsində dərc oluna bilər.

Materialın növbəti hissəsi hər biri materiala get-gedə daha çox fakt əlavə edən bir sıra abzaslardan ibarət olmalıdır. Jurnalist ilk 100 sözlə materialın əsas elementlərini təqdim etmiş olmalıdır. Qalan 200-400 söz isə statistik məlumatlar və analizlər də daxil olmaqla digər elementlərdən ibarət olmaldıır. Onlar materiala informativ dəyər qazandırmalıdır.

Əksər jurnalistlər uzun cümlələrən istifadə etməyə üstünlük verir, onların hər hansı cümləsi bir abzası uzunluğunda olur. Bu, mütləq yazı qaydası deyil. Bəzi jurnalistlər informasiyanı sadə və qısa cümlələrlə, bəziləri isə uzun cümlələrlə çatdırır. Jurnalist bu mövzuda işlədiyi redaksiyanın daxili üslubuna riayət etməlidir.

Mənbə:

1. Onlayn jurnalistlər üçün vəsait. Azərbaycan Media Mərkəzi. Səh.2-4

2. İnternet jurnalistikasının başlanğıcı. www.az.irexlearning.org, Onlayn və multimedia jurnalistika modulu

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma