Mən jurnalistin yazanını sevirəm


“Jurnalist də öz sözünü deməlidir…”

“Jurnalist də aktivist olmalıdır, dəyişdirməlidir…”

Jurnalistika fakültələrində tələbələr hələ “obyektiv” və “operativ” anlayışlarını ayırd edə bilməzkən, ilk dərslərdən başlayaraq onlara “jurnalist obyektiv olmalıdır” fikrini aşılamağa çalışırıq. Düzdür, fakültədə öyrədilən bir çox şey kimi praktikada bu da çox vaxt özünü doğrultmur.

Məsələn, son günlərin yenə aktual mövzularından biri, peşənin tələbləri ilə aktivizmin səhv salınması, qarışdırılması kimi. Bu mövzuya dair fikirlərimiz üst-üstə düşə, yaxud haçalana bilər, fərqli mövqelərdə də ola bilərik. Əslində mübahisəli mövzudur da, söhbət hər hansı etiraz aksiyasının işıqlandırılmasından getmir, mövzu birbaşa aksiyanın iştirakçısı olan jurnalistlərin  emosional hərəkət edib, müəyyən şüarları səsləndirməsidir.

Hardan başlayaq?

Köməyimizə yenə jurnalist etikası çatır.  Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları prinsip 4, maddə 2-də deyilir: “Jurnalist redaksiyada çalışdığı vaxtda onun və ya işlədiyi informasiya orqanının reputasiyasına gölgə salan, obyektivliyinə inamı azaldan hər hansı başqa işlə məşğul olmaqdan, siyasi təşkilatlara üzvlükdən çəkinməlidir”.

Bəs görəsən, jurnalistlərin etiraz aksiyalarında iştirak etməsi onların obyektivliyinə inamı necə azalda bilər?

Məlumdur ki, jurnalistin əsas vəzifəsi həqiqəti axtarmaq və çatdırmaqdır. Məsələ çox sadədir, jurnalist tapdıqlarını ictimaiyyətin diqqətinə çatdıracaq, həqiqətin nə olduğuna isə cəmiyyət özü qərar verəcək!

Əlbəttə ki, həqiqəti çatdırmaq istəyən jurnalist müxtəlif çətinliklərlə üzləşəcək.  Çünki, əsl xəbər, başqalarının yazmanıza mane olduğu şeydir. Amma informasiyanın əldə edilməsindən tutun da dərcinə qədərki bütün mərhələlərdə elə metodlardan istifadə edilməlidir ki, ortaya çıxan son məhsula oxucunun inamı sarsılmasın.

Həqiqətin meyarı isə obyektivlikdir. Obyektivlik sözü latıncadan gəlir, mənası “bizim şüurumuzdan asılı olmayaraq mövcud olan” deməkdir. Jurnalistikada obyektivlik anlayışı ilə nəzərdə tutulan isə hər hansı bir fikri digər fikirlərdən daha təsirli verməyə cəhd göstərmədən hadisəni olduğu kimi, qərəzsiz və tərəfsiz təsvir və əks etdirmədir.

Jurnalist həqiqəti çatdırmaq uğrunda mübarizədə şübhəci olmalıdır, hər şeyə tənqidi gözlə baxmalıdır, inadkar olmalıdır, ünsiyyətçil olmalıdır və s. və i. Amma aksiyanın iştirakçısı olmamalıdır. Jurnalisti aksiyanın iştirakçısı qismində “tərəf” olaraq görən oxucu ona və onun “həqiqət” kimi təqdim etdiyinə şübhə ilə yanaşacaqdır.

 “The Charlotte Observer” foto və videolara düşməməyi tövsiyə edir

Bəs qərb təcrübəsi nə deyir?

Yanvar ayında ABŞ-ın cənub şərq hissəsinin ən böyük və ən güclü mətbu orqanı olan i “The Charlotte Observer” (www.charlotteobserver.com)  qəzetinin ziyarətimiz əsnasında qəzetin naşiri Ann Caulkins ilə görüşdə bu mövzunu da müzakirə etmişdik. Xanım Caulkins qeyd etmişdi ki, jurnalistlər işləmədikləri günlərdə kütləvi etiraz aksiyalarında vətəndaş kimi iştirak edə bilərlər, bunun üçün rəhbərlik tərəfindən heç bir məhdudiyyət qoyulmur. Amma redaksiyanın onlara verdiyi vəsiqə və xüsusi geyimdən istifadə etməməlidirlər. Həmçinin jurnalistlərə aksiyalarda vətəndaş kimi iştirak etmiş olsalar da, cəmiyyətdə müəyyən qədər tanındıqları üçün foto və videolara düşməməyə diqqət etmələri tövsiyə olunur.

Beynəlxalq jurnalist təşkilatları da aktivizm ilə jurnalistika peşəsinin tələblərinin birbirindən ayrılmasının vacibliyini vurğulayır. Ötən semestr “Jurnalist etikası” fənnində II kurs tələbələri ilə “Jurnalistlərin etiraz aksiyalarında iştirakı”nı müzakirə əsnasında yekdil rəyimiz belə oldu ki, jurnalistlər etiraz aksiyalarını işıqlandırmaqla cəmiyyətə daha böyük töhfə verə bilərlər, nəinki iştirak edərək.

Nəticə olaraq, jurnalist də öz sözünü deməlidir, aktivist olmalıdır, dəyişdirməlidir, amma qələmi ilə, çünki ən effektiv yol yazmaqdır. Elə isə, masalarınızın başına, xəbər yazmağa, bəylər…

Advertisements

Mən jurnalistin yazanını sevirəm” üçün 2 cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma