Facebookda həştaq funksiyası


Facebook-Hashtag-Mark-ZuckerbergSosial şəbəkələrin ən böyükləri facebook və twitteri fərqləndirən xüsusiyyətlər çox olsa da, artıq onları birləşdirən bir işarə var. Bu, adı həştaq (hashtag) olan “#” işarəsidir.

Twitter istifadəçiləri bu işarəni yaxşı tanıyır. Bu işarə, informasiya axınını tənzimləmək, eyni mövzu ilə maraqlanan insanları bir yerə yığmaq funksiyasını həyata keçirir, müəyyən növzuya uyğun məlumatları qruplaşdımağa imkan yaradır. Kimin nə barədə twit etdiyini görmək, geniş tiraja malik olmaq üçün bu işarədən istifadə edilir.

İstifadəçilər “Twitter search”dən istifadə etməklə,  maraqlandıqları mövzuda yazılan bütün twitləri tapa bilərlər. Əgər axtarış yerinə sizə maraqlı olan hadisəni, xəbəri işarədən istifadə edərək qısa şəkildə (məsələn, #protestbaku, #direngezi, #duranadam, #tələbəqəbulu) yazsanız, o mövzuda yazılan bütün paylaşımları oxuya bilərsiniz. Yəni, yazdığınız twitin sonuna “#” işarəsini əlavə edərək, bu funksiyadan istifadə etsəniz, o, həmin movzunu müşayiət edənlərin hamısına çatır.

Artıq bir neçə gündür ki, facebook sosial şəbəkəsi də üzərində işlədiyi bu funksiyanı işə salıb. Facebook istifadəçiləri də twitterdan tanıdıqları “#” işarəsini statuslarına əlavə edə biləcəklər. Düyməni funksiyanın üzərinə sıxdıqda isə digər istifadəçilərin bu mövzuda oxşar yazılarını toplu olaraq görmək mümkün olacaq. Təbii ki, əgər varsa. Yoxsa, istifadəçinin sadəcə öz paylaşımı ayrı bir pəncərədə açılacaq.

Söhbət etiketi, açar söz də deyə biləcəyimiz həştaq artıq facebookda da müəyyən populyar, trend mövzular haqqında müzakirələri izləməyə imkan yaradır. Üstəlik, twitterda olduğu kimi, müzakirələrə qoşulanlar dost siyahısında olmasalar belə…

Beləliklə, “ərəb baharı”ndan sonra xeyli populyarlşan twitter ilə rəqabətdə geri qalmaq istəməyən facebookun bu sosial şəbəkədəki funksiyaları tətbiq etməyə başlaması rəqabətin daha kəskinləşəcəyindən xəbər verir. Görünən o ki, hələlik facebook twitterin yaxın gələcəkdə onu üstələməsindən ehtiyatlanır.

Qeyd: Follow və həştaqın ardından facebook fotoşəkilli şərh xüsusiyyətini də işə salıb. Bu funksiya ilə istifadəçilər şərh yerinə foto da paylaşa biləcəklər. Əvvəllər isə buraya fotonun linkini yerləşdirmək məcburiyyətində qalırdılar.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma