İlk dərs… İlk təəsürat…


Birinci yazıda qeyd etdiyim kimi, bizim ali məktəblərdə auditoriyaya addım atmazdan əvvəl sillabus (müəllim və tələbə arasındakı müqavilə də demək mümkündür) hazırlamaq və onu müvafiq şöbəyə təsdiqlətdirmək lazımdır. Semestr sonunda oradan uğurla çıxmaq üçün də bəzi maneələr aşılmalı, təhlükələr dəf edilməlidir 🙂

Mən ilk təəsüratın əhəmiyyətli olduğuna inanıram. İlk qarşılaşmadakı müsbət təsir tələbələrlə semestr boyunca ünsiyyəti də asanlaşdıracaqdır. Sonrakı dərslərdə yaxşı cəhətlərinizi üzə çıxarmalarını gözləməniz vaxt itkisinə səbəb olacaqdır.

“İlk qarşılaşmada yaxşı təəssürat oyatmaq” barədə onlarca kitab oxuya bilərsiniz. Geyimdən tutun da nəzakətli görünməyə qədər müxtəlif reseptlər təklif edilir bu kitablarda. Bilik səviyyəniz, məlumatlı olmağınız qədər bunlar da əhəmiyyətlidir əlbəttə, amma məncə ən vacibi səmimi olmaq, olduğu kimi görünməkdir. Mən belə edirəm. Oxumağa davam et