Çəpərsiz evlər, buzlu çay, siqnalsız maşınlar… Amerika haqqında üçüncü yazı…


USA, study tour

ABŞ, Cənubi Karolina, Kolumbiya, çəpərsiz evlər

ETV-nin binasındakı iki günlük təlimlərdən sonra (30 yanvar Çərşənbə günü) Corciyanın paytaxtı Atlantada yerləşən “CNN Center”da başa çatacaq “Study Tour” başlayır. Birinci gün 2 redaksiyanı – Şimali Karolinanın Şelbi qəsəbəsində yerləşən “The Star” qəzetini, günortadan sonra isə bu ştatın ən böyük şəhəri olan Charlotteda yerləşən “The Charlotte Observer” qəzetinin redaksiyasını ziyarət edəcəyik. Proqrama görə, 31 yanvarda “The Greenville News”, 1 fevral günü isə “The Atlanta Journal Constitution” qəzetlərinin redaksiyalarında görüşlər nəzərdə tutulur.

Səhər yeməyindən sonra Kolumbiyadakı oteli tərk edir və səyahətimiz boyunca bizi müşayiət edəcək olan Randy Covingtonun da bizə qoşulması üçün avtobusla onun yaşadığı səmtə yollanırıq. Oxumağa davam et