“Agos”a manşet təklifi


azerbaijani-film-festivalTürkiyədə “Agos” adlı bir qəzet çıxır, bu ölkədə yaşayan erməni icmasının ilk həftəlik qəzetidir, 1996-cı ildə fəaliyyətə başlayıb. İki dildə – Türkiyə türkcəsi və erməni dillərində çap edilir. Məqsədi, erməni icması ilə türklər arasında körpü olmaq, icmanın problemlərini Türkiyənin problemləri səviyyəsinə yüksəltməkdir. Çox mədəniyyətlilik, demokratiya, insan hüquqları, milli və dini azlıqların hüquqları kimi mövzularda xəbər və yazılara üstünlük verildiyi irəli sürülür.

Fəaliyyətinin ilk illərində yazı və xəbər mövzularının seçilməsində həssaslıq göstərilsə də, müəyyən bir tiraj əldə edildikdən manşetə çıxarılan mövzular da dəyişib, xüsusən son illərdə üslubunda sivriləşmə müşahidə olunur.

İndi bu qəzet, fürsəti əldən qaçırmayaraq “Daş yuxular” romanını və müəllifinə təzyiqləri “Mən sülhə səs verirəm” başlığı ilə manşetə çıxararaq iddia edir ki, Əylisliyə olan təzyiqlər Əliyev rejimi tərəfindən xüsusi olaraq təşkil edilir, Əylislinin fəxri adları əlindən alınıb və yazıçı vətənə xəyanətdə ittiham edilir və s. və i.

Əlbəttə ki, bu doğru bir qərardır, bu hadisə “Agos”un manşetində yer almalıydı, almasaydı biz buna təəcüblənərdik… Amma…

Amması o ki, Ermənistanda Georgi Vanyan adlı bir rejissor və yazar yaşayır. Ermənistan Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi (QSTM) adlı qeyri-hökumət təşkilatının rəhbəri olan Vanyan, 2012-ci ilin aprel ayında Gümrüdə (Sovet dövründə bu şəhər Leninakan adlandırılmışdı) dörd Azərbaycan filminin nümayişinı təşkil etmək istəmiş və bu dörd filmə görə, Ermənistan qarışmışdı. Təşəbbüsə qarşı ölkə çapında geniş kampaniya təşkil edilmiş, Vanyan sosial şəbəkələrdə sərt tənqid atəşinə tutulmuş, hətta küçədə yumruklanmışdı.

Onu vətənə xəyanətdə ittiham edir, hətta şəhər merinin təşkilatçılığı ilə keçirilən aksiyalarda divan tutuacaqları, boğazını üzəcəkləri ilə hədələyirdilər. Georgi Vanyanın Ermənistanı tərk etməsi istənirdi. Üstəlik bu filmlər nəinki Qarabağ, heç Ermənistan-Azərbaycan münasibətləri haqqında da deyildi.

Çox deyil, 10 ay bundan əvvəl baş verən hadəsəni, küncdə bucaqda, iç səhifələrdə kiçik bir xəbər olaraq belə verməyən, keçən il Xocalı soyqırımının ildönümü ərəfəsində “Taksimdə səmimiyyət olmayacaq” deyən Agos, bu hadisəni manşetə çıxararaq əsl üzünü, səmimiyyətsizliyini də göstərmiş oldu.

Növbəti nömrənin manşetini də mən təklif edirəm sizə: “Sülhə səs verənin qulağı kəsiləcək…” Bu manşeti atarkən, balansı qorumaq xatirinə deyin ki, bir il əvvəl anaoloji hadisə Ermənistanda da yaşanmış, Qarabağla heç bir əlaqəsi olmayan 4 Azərbaycan filmini nümayiş etdirmək istəyən Georgi Vanyan ölümlə təhdit edilmişdi…

Haşiyə 1: Biz bilirik ki, yazıçıya “bünü niyə yazıbsan” demək olmaz, biz bilirik ki, heç bir rejim yazıçı ilə mübarizə apara, ona qalib gələ bilməz. Amma torpaqlarının 20 faizi işğal altında, bir milyon qaçqını, minlərlə şəhidi, əsiri olan, qız-gəlini həqarətə məruz qalan bir xalq məhz elə buna görə etiraz edir Əkrəm Əylisliyə, onun yaralarını, acılarını görməzdən gəldiyi üçün… Xalqı elə buna görə yandırıb yaxır “daş yuxu”lar… Çünki xalq, “daş yuxular”ı xeyrə yozmur…

Kaş bu hekayədə bir yuxu görən daha olaydı… Yuxusunda Əsgəranda 2 gəncin öldürülməsini, Xankəndidə yaşayan azərbaycanlıların döyülərək şəhərdən qovulmasını, Bağanıs Ayrımda 5 nəfər kənd sakininin diri-diri yandırılmasını, Xocalını görəydi…

1988-ci ildə Ermənistanda baş verən zəlzələdən sonra köməyə gedən təyyarənin  qəzaya uğradılmasını, bu qəzada 73 nəfər Azərbaycanlının həlak olmasını, xilas ola bilən bir nəfəri Ermənistanda heç bir xəstəxananın qəbul etməməsini görəydi…

Zəlzələdən zərərçəkənlərə kömək üçün getmiş fransalı xilasedicilərin şahid olduqları dəhşətli mənzərəni gərəydi… Onların aşkar  etdikləri qaynaqlanmış borunun içərisindən 71 azərbaycanlı uşağın meyidlərinin çıxarıldığını, uşaqların diri-diri həmin borunun içərisinə salındığını, hər iki tərəfinin qaynaq edildiyini görəydi…

Bax, “Daş yuxular” o zaman xeyrə yozulardı… O zaman bu əsər barışa xidmət etmiş olar, sülhə çağırardı…

Haşiyə 2: Mən də sülhə səs verəcəm, amma nə zaman ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkiləcək, Şuşa Qarabağın tərkibindən çıxarılacaq, təzminatlar ödəniləcək və Qarabağın statusu haqqında görüşmələr başlayacaq…

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma