Amerika qonaqpərvərliyi… Amerika haqqında ikinci yazı…


ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

Amerika ilə birinci yazıda bəhs edilən səthi və qısa tanışlıqdan sonra 28 yanvar bazar ertəsi günü proqramda nəzərdə tutulan təlimlərimiz başlayır. İki günlük təlimlərin yadda qalan iki əsas məqamı, Randy və Laura Covingtonların evindəki axşam yeməyi ilə Cənubi Karolina Universitetinin Jurnalistika fakültəsini ziyarətimiz olur.

Təlim yeri SC (South Carolina) ETV-nin binasında yerləşən “Newsplex”dir. SC ETV, 11 televiziya və 5 radio ötürücüsünü birləşdirən, ABŞ-ın PBS – ictimai yayım xidmətinə daxil olan ictimai və təhsil verilişləri şəbəkəsidir. Mövzunu daha yaxşı anlamaq üçün haşiyə çıxaraq, Amerikada televiziyanın tarixinə qısaca nəzər salmaq lazımdır.

Bu ölkənin televiziya sistemi Avropa modelindən fərqli olaraq elə başlağıcdan biznes maraqlarına xidmət edir. Avropada ictimai yayım, Amerikada isə özəl yayım sistemi formalaşsa da, bu ölkədə 1950-ci illərdə kommersiya maraqlarından uzaq, maarifləndirici verilişlərə üstünlük verən televiziya stansiyaları da fəaliyyətə başlayıb. Reklama yer verilmədiyi üçün bu qeyri-kommersiya kanalları böyük maliyyə problemləri ilə üzləşirdilər. ABŞ konqresinin 1967-ci ildə İctimai TV haqqında qanun qəbul etməsindən sonra yerli stansiyalar Pi-Bi-Es (Public Broadcasting Service) adlı mərkəziləşmiş sistemdə birləşdilər. ABŞ-da hazırda özəl TV kanalları ilə yanaşı, mindən artıq ictimai yayım stansiyası da fəaliyyət göstərir.

Təlimlər başlayır və bizi Amerika səyahətimiz boyunca müşayiət edəcək olan Randy Covington ilə tanış oluruq. Randy, uzun illər müxtəlif mətbu orqanlarda, 30 ilə yaxın televiziyada işləyib, indi isə Cənubi Karolina Universitetində “Yeni media” və “Jurnalist etikası” üzrə dərs deyir. Elə ilk təlimin mövzusu da “Yeni media və jurnalist etikası”dır. Günün 2-ci hissəsində isə mərkəzin köhnə əməkdaşlarından Jeremy “Yeni jurnalistika alətləri” haqqında məlumat verir.

Axşam proqrama uyğun olaraq, Randy və Laura Covingtonun evinə, axşam yeməyinə gedirik. Bura, iki mərtəbəli, illik gəlirləri təxminən 100 min dollara yaxın iki nəfərin yaşadığı çox da böyük olmayan evdir. Evin birinci mərtəbəsində balaca giriş, mətbəx, yemək və qonaq otağı deyə biləcəyimiz bölmələr var. Bölmə deyirəm, çünki, aralarında qapı yoxdur, sərbəst şəkildə bu bölmələrin birindən digərinə keçmək mümkündür.

Yeməklər evdə bişirilməyib, sifariş edilib, amma deyilənə görə, Kolumbiyanın ən ləziz yeməkləridir. Burada diqqətimizi çəkən, evdə bizim üçün yaradılan şəraitdir. Bütün yeməklər və məzələr (souslar) masanın üstünə düzülüb. Ev sahibləri yeməklər haqqında məlumat verdikdən sonra, bizi süfrəyə dəvət edirlər. Yeməklərimizi bir dəfəlik istifadə üçün nəzərdə tutulan boşqablara qoyur və kim harda yer tapırsa oturur,  evdə istədiyimiz kimi gəzir, söhbət edirik. Boşqablar kimi çəngəl, bıcaq, qaşıq və hətta stəkanlar da bir dəfəlik istifadə üçündür. Qonaqlar, masanın arxasında oturmaq məcburiyyətində deyil, oturmaq istəsələr, orda stul da yoxdur.

Ev sabibləri o qədər səmimi və təbiidirlər ki, sözün həqiqi mənasında bizə əla təsir bağışlayır. Bütün suallarımıza cavab verir, Azərbaycandakı vəziyyət ilə maraqlanırlar.  Ev sahibəsi Laura bizimlə, xüsusən xanımlarla tək-tək maraqlanır, elə bil bizi çoxdan tanıyırmış kimi mehribanlıq göstərir, ailə üzvləri haqqında məlumat verir.

Bizdə, çox yerdə, evə qonaq gələndə başı qarışsın deyə, ailə albomlarını tökürük qabağına. Deyəsən, bu adət amerikalılarda da var, Laura da ailə albomlarını gətirir və hər foto haqqında tək-tək məlumat verir. Unutmadan, evin girişində də bütün ailə üzvlərinin fotoları yerləşdirilib. Mətbəx qapısından evin arxa hissəsində yerləşən kiçik baxçaya çıxış da var.

Ev sahibəsi xanımları ikinci mərtəbəyə də çıxarır. Burada yataq, qonaq, çalışma və vanna otaqları yerləşir. Dəbdəbədən uzaq, sadə döşənmiş bir ev… Amerikalılar deyəsən paltar şkafından istifadə etmirlər. Bunun yerinə divara gömülmüş, kiçik otaq təəssüratı yaradan xüsusi yerlər olduğunu görürük.

Qonaqlıq olduqca rəngarəng və maraqlı keçir. Maraqlı olan həm də odur ki, evin təxminən 60-65 yaş arasında olan xanımı bizdən sonra qab-qaşıqları yumağa vaxt və enerji sərf etməyəcəkdi, çünki boşqab və qaşıqlarımızı biz özümüz zibil torbasına atır, evdə kiçik yır-yığış da edirik. Üstəlik tam evdən çıxarkən, bir-iki qab-qaşığı da Randynin yuyacağını öyrənirik. Bəlkə qonaqları o dəvət etdiyi üçün, yumaq da onun vəzifəsidir… Təəssüf ki, biz bunun səbəbini heç vaxt öyrənə bilməyəcəyik… Əlbəttə ki, otelə qayıdarkən, yolda müzakirə mövzusu Amerika qonaqpərvərliyidir…

Təlimin ikinci günü, günortadan sonra Cənubi Karolina Universitetinin jurnalistika fakültəsini ziyarət edirik. Jurnalistika fakültəsi burada “Journalism and mass communicatios” adlanır.

Fakültə dekanı Charles Bierbauer bizi qəbul edir, fakültədə tədrisin təşkili, müəllimlərin dərs ssatı, vəzifə və məsuliyyətləri haqqında məlumat alırıq. Daha çox müəllimlərlə söhbət etsək də, tələbələri də müşahidə edə bilirik. Müəllimlərin geyimi nə qədər rəsmidirsə, tələbələrinki o qədər sərbəst və rahatdır.

1500-ə yaxın tələbənin təhsil aldığı fakültənin radiosu, televiziya studiyası, qəzeti fəaliyyət göstərir. Öyrənirik ki, təkcə kamera arxivində tələbələrin istifadə edə biləcəyi 50-dən çox kamera var. Jurnalistika tələbələri elə fakültənin özündə təcrübə keçirlər…

Gülümsəmək nə qədər asan imiş…

(Ardı olacaq)

Fotolar: Cabir Məmmədli, Ülviyyə Əsədzadə

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evindəIREX-in təmsilçisi Ülviyyə Əsədzadə Azərbaycan haqqında məlumata Gülüstan müqaviləsi ilə başlayır...

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində
IREX-in təmsilçisi Ülviyyə Əsədzadə Azərbaycan haqqında məlumata Gülüstan müqaviləsi ilə başlayır…

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri, Randy və Laura Covingtonun evində

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri, Randy və Laura Covingtonun evində

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri, Randy və Laura Covingtonun evində (Gürcü qonaqlar da var - Maya, həyat yoldaşı və uşaqları)

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri, Randy və Laura Covingtonun evində (Gürcü qonaqlar da var – Maya, həyat yoldaşı və uşaqları)

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri, "Newsplex"də təlim

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri, “Newsplex”də təlim

ABŞ, Kolumbiya, Cənubi Karolina Universiteti, Jurnalistika fakültəsinin dekanı Charles Bierbauer ilə

ABŞ, Kolumbiya, Cənubi Karolina Universiteti, Jurnalistika fakültəsinin dekanı Charles Bierbauer ilə

ABŞ, Kolumbiya, Cənubi Karolina Universitetinin televiziya studiyasında

ABŞ, Kolumbiya, Cənubi Karolina Universitetinin televiziya studiyasında

ABŞ, Kolumbiya, Cənubi Karolina Universitetində

ABŞ, Kolumbiya, Cənubi Karolina Universitetində

ABŞ, Kolumbiya, Cənubi Karolina Universiteti, kamera arxivi

ABŞ, Kolumbiya, Cənubi Karolina Universiteti, kamera arxivi

ABŞ, Kolumbiya, Cənubi Karolina Universitetinin televiziya studiyasında

ABŞ, Kolumbiya, Cənubi Karolina Universitetinin televiziya studiyasında

ABŞ, Kolumbiya, Cənubi Karolina Universitetinin televiziya studiyasında

ABŞ, Kolumbiya, Cənubi Karolina Universitetinin televiziya studiyasında

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma