“Gənclər evi” media kursları


Gənclər Evi loqo“Gənclər evi” Dünya Türk Gəncləri Birliyinin “Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) Lahiyəsi çərçivəsində təlim kursları təşkil edən mərkəzdir.

“Gənclər evi” media kurslarının məqsədi ali məktəblərin jurnalistika ixtisaslarından məzun olmayıb, mediada işləmək istəyən, jurnalistikaya meylli gənclərdə ilkin peşə vərdiş və bacarıqlarını formalaşdırmaqdır. Kurs iştirakçılara jurnalistikanın  informasiyanın toplanması, xəbər mənbələrinin müəyyənləşdirilməsi,  mənbələrlə işləmək metodikası, xəbərin yazılmasının nəzəri və praktik əsaslarını öyrədir. Hədəf birinci mərhələdə tək mənbəli, ikinci mərhələdə isə çox mənbəli xəbərin yazılmasını öyrətməkdir.

Mövzu 1: Jurnalistika və xəbər anlayışları. Xəbərlərin təsnifatı

Mövzu 2: Xəbər dəyərləri

Mövzu 3:  Xəbərin obyektivliyi

Mövzu 4: Jurnalistin xəbər mənbələri

Mövzu 5: Xəbər yazma prosesinin ümumi qaydaları

Mövzu 6: Leadin (Xəbər girişi) tapılması və növləri

Mövzu 7:  Xəbər yazma qaydaları. Tək mənbəli xəbərin yazılması

Mövzu 8:  Tək mənbəli xəbərin yazılması (praktik iş)

Mövzu 9:  Feature yaxud soft nyus, ölçüləri və növləri

Mövzu 10: Feature yaxud soft nyus-çox mənbəli xəbərin yazılması

Mövzu 11: Feature yaxud soft nyus-çox mənbəli xəbərin yazılması (praktik iş)

Mövzu 12: Digər jurnalist yazıları

Mövzu 13: Müsahibə (nəzəriyyə)

Mövzu 14:  Reportaj (nəzəriyyə)

Mövzu 15:  Müsahibə və reportaj (praktikik iş)

Mövzu 16:  Jurnalistikanın etik prinsipləri

Ədəbiyyat siyahısı

1. Bəşirli, Aynur.  Kərimova, Aynur. Vəkilova Dilarə. Xəbərçilik. Dərslik nəşriyyatı. Bakı, 2007

2. Əliquliyev, Rasim. İnternet jurnalistikanın formalaşmasının bəzi aspektləri. AMEA İnformasiya Texnologiyaları İnstitutu. Bakı, 2008

3. Fichtelius, E. Jurnalistikanın on qızıl qaydası. AJB-nin nəşri, Bakı, 2001

4. Qənbərli, Rizvan. Jurnalistin əl kitabı. Qismət Nəşriyyatı. Bakı, 2005

5. Mehdi, F. Mətbuat janrları (Operativ-informasiyalı janrlar). Bakı, 1999

6. Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

7. Məmmədli, Cahangir. Müasir jurnalistika. Bakı Dövlət Universitetinin  Nəşriyyati, Bakı, 2003

8. Məmmədli, Cahangir, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Bakı, 2012

9. Məmmədli, Zeynal. A-dan Z-yə Telexəbər, Bakı, 2009

10. Rəhimova, Sima. Jurnalist etikası. Bakı, 2008

“Gənclər evi” media kursları” üçün 2 cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma