Fərdi informasiya vasitələri dövrü


aksiya(Mənim aksiya təəssüratlarım…)

2009-cu ildə yayımının Azərbaycanın yerli FM tezliyində dayandırılmasından sonra fəaliyyətinə qısa dalğa, peyk, internet vasitəsilə davam edən Azadlıq radosu bu gün Bakıda baş tutan (#protestBaku) #əsgərölümünəson aksiyasını işıqlandırmaq üçün bambuser xidmətindən istifadə edərək hadisə yerindən canlı reportajlar yayımlayıb.

Bambuser elə bir xidmətdir ki, onunla bir başa olaraq internet üzərindən yayım etmək mümkündür. Bunun üçün qeydiyyatdan keçmək və veb kameranın olması kifayət edir. Bambuserlə yayımı hətta mobil telefonla da etmək mümkündür. Görüntünün keyfiyyəti bir başa olaraq internetin sürətindən asılıdır.

Sosial mediada (facebook, twitter) yazılan status, paylaşılan foto və videolar, bloq yazılarını və paylaşımlarını da  əlavə etsək, internetin və sosial medianın, o cümlədən həvəskar jurnalistikanın ənənəvi-klassik jurnalistikanı həm sürət, həm də ictimai rəyə təsir imkanı baxımından qabaqladığını deyə bilərik.

Deməli, ictimai rəyə təsir göstərmək üçün əslində FM tezliyinə, böyük investisiyalara ehtiyac yox imiş…

Kütləvi informasiya vasitələri dövründən, Fərdi informasiya vasitələri dövrünə keçid başlayır…

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma