Ramiz Rövşən niyə xalq şairi deyil?


Ramiz RovsenSovet dövründən bizə miras qalan ənənələrdən biri də xalq artisiti, xalq yazıçısı, xalq şairi kimi fəxri ad və titullardır. Çox bloklu binalar, metro vaqonları, Bakının kənar dalanları kimi bu adlardan da “Sovet iyi” gəlir.

Bəzi mənbələrə görə, Azərbaycanın ilk xalq yazıçısı əslən erməni olan Aleksandr Şirvanzadə olub və bu adı 1930-cu ildə alıb. Azərbaycanın ilk xalq şairi isə Səməd Vurğundur. O, bu ada 1956-cı ildə, ölümündən bir neçə ay əvvəl layiq görülüb. Bəzi mənbələr isə qeyd edir ki, sözügedən bütün fəxri adlar məhz onun ölümündən sonra təsis olunub. Səməd Vurğundan 4 il sonra, 1960-cı ildə Süleyman Rəhimova, bir il sonra isə Mirzə İbrahimova  Xalq yazıçısı fəxri adı verilib.

Azərbaycan Yazıçılar Birliyinin veb-saytında məlumatlara görə, 24 xalq yazıçımız, 19 xalq şairimiz var. Aleksandr Şirvanzadənin adı bu siyahıda yoxdur. Xalq artistlərinin sayı isə 168-dir.

Bu fəxri ad və titulların bizə Sovet dövründən miras qaldığına baxmayın, Rusiyada SSRİ dövründə hansısa yazıçıya və ya şairə xalq şairi, xalq yazıçısı adları verilməyib. İndinin özündə belə Rusiya qanunvericiliyində belə bir hal nəzərdə tutulmur.

Dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatovu yada salmamaq olmaz. O da öz ölkəsinin xalq yazıçısı adını almamışdı. Çünki Qırğızıstanda dövlət tərəfindən belə bir fəxri ad verilmir. Qardaş Türkiyədə oxşar praktika “Dövlət sənətçisi” tituludur ki, bu fəxri adın verilməsi illərdir mübahisə yaradır.

Əslində bu mövzu haqqında xeyli vaxtdır fikirləşirdim. Dəng gəldi, bu günkü xəbərlərdə şair Ramiz Rövşənin ad günündən bəhs olunur. Yoxladım, “xalq şairi” deyil. Demirəm ki, onun bütün yaradıcılığı ilə tanışam, amma ən azından böyük oxucu kütləsinə sahib  olduğunu bilirəm.

Bəs, o, niyə xalq şairi deyil? Bəlkə şeirləri daha az oxunur? Bəlkə xalq Ramiz Rövşəni sevmir?

Bəs niyə xalq jurnalisti, xalq futbolçusu, xalq biznesmeni fəxri adlarımız yoxdur? Niyə fəxri adlar mədəniyyət və incəsənət xadimlərinin inhisarındadır?

Əlbəttə ki, yaradıcı insanlar həvəsləndirilməlidir. Dövlət onların qayğısına qala bilər,  amma stimullaşdırıcı vasitələr kimi çox ciddi göstəricilər müəyyənləşdirilməli və bunlara  əməl olunmalıdır.

Ən yaxşı çıxış yolu kimsəyə fəxri ad ya da titul verməyib, get-gedə özlərinin sıradan çıxmağını gözləmək ola bilər. Beləcə, illərdir səngiməyən intriqa və söz savaşını, eləcə də ayrı-seçkiliyi bitirmək mümkündür….

Advertisements

Ramiz Rövşən niyə xalq şairi deyil?” üçün bir cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma