Bloq lüğəti


blogBlog, Fotobloq, Podkastinq, Vidoebloq, Mobloq, Web-gündəlik, Stand alone, Blogger, Blogger relations, Blogosphere, Widget, RSS (really simple syndication), RSS agregator (RSS aggregator), Blogroll, Post, Trackback, Nickname, Plugin, Tags, Tagcloud, Comment spam, Blogware, Blog hosting, Friend, SMO (social media optimization), SEO (search engines optimization), TABU (traffic arranged by users), UGC (user generated content), Wiki.

Blog: Web log ifadəsinin qısaldılmasından götürülüb, internet gündəlik deməkdir. Tərkibində  qeydlər, istinadlar, təsvirlər və ya multimedia olan saytdır. Bloq şəxsə və  qrupa məxsus ola bilər, həmçinin korporativ mahiyyət daşıya bilər. Bloq qapalı, yalnız bir qrupa və ya hər kəsə açıq ola bilər. Hər bir qeydə şərhlərin verilməsi mümkündür. Müxtəlif növ bloqlar ola bilər. Məsələn; Fotobloq əks xronoloji ardıcıllıqla təqdim edilən fotoşəkillərdən ibarət bloqdur. Podkastinq (i Pod və broadcasting – yayım sözlərindən) audio və video materiallardan ibarət bloqdur. Vidoebloq ( vlog) əsas məzmunu videofayllardan ibarətdir. Mobloq, (mobilbloq) mobil telefon vasitəsi ilə yenilənən bloqdur. Web-gündəlik blog ilə eyni anlama gəlir. Gündəliklər açıq və qapalı ola bilər (şəxsi istifadə üçün). Hər kəsə açıq olan bloq hostinglərdə və ya ayrıca hostinqdə və domaində yerləşdirilə bilər.

Stand alone: Yerləşdiyi hostinqə görə avtonom olan, yəni bloqservislərdə deyil, müstəqil domenlə ayrıca hostda yer alan bloq. Başqa sözlə texniki halına görə tam müstəqil olan bloq.

Blogger: Blogu aparan şəxs,  korparativ blogu aparan və ya öz şəxsi bloqunu idarə edən.

Blogger relations: Bloqqerlər arasında və ya şirkətlərlə bloqqerlər arasında ünsiyyət qaydalarıdır.

Blogosphere: Bütün bloqlar toplusu, gündəlik müəllifləri və onların daimi oxuyucularının birliyi…

Widget: Verilənləri (məlumatları) xarici saytdan götürən bloq interfeysinin qrafiki elementi. Əyləncə və ya informasiyanın tez alınmasına xidmət edir.

RSS (really simple syndication): RSS müxtəlif internet saytları tərəfindən təqdim olunan xəbər, anons və s. məlumatları bir mühitdən toplu olaraq izləmək imkanı verən, XML texnologiyasına əsaslanan yeni bir metoddur. RSS – Real Simple Syndication, RDF Site Summary veya Rich Site Summary (Zəngin Sayt Xülasəsi) sözlərinin abrevaturasıdır. RSS servisi verən saytların hazırladıqları XML fayllara (digər adı ilə RSS Feedlərə) bir çox proqramlarla bağlanmaq mümkündür. RSS oxuyucusu (oxuyan və ötürən) olan bu proqramlar veb bələdçi (brouser) və ya e-poçt müştəri olduğu kimi sadəcə RSS məzmunu oxumaq uçun nəzərdə tutulan veb əsaslı və ya tətbiqi proqramlar da ola bilər.

RSS feed: Tərkibində bloqun son qeydləri olan xüsusi fayldır. O, RSS aqreqator tərəfindən oxunur və abunəçilərə uyğun bloqun yenilənməsini göstərir.

RSS агрегатор (RSS aggregator): İstifadəçiyə onun sevimli bloqlarının RSS axınlarını oxumaq imkanı verən program təminatı

Blogroll: Müəllifin bloqunda yerləşdirilən xarici istinadlar siyahısı. Adətən bu müəllifin daimi oxuduğu bloqlara istinadlardır.

Post: Bloqda yerləşdirilmiş müəllif məlumatı. Bu, şəkil, foto, videofraqment, istinad və ya bu tip informasiyaları ola bilər.

Trackback: Saytlar bir-birinə informasiya ötürdükdə avtomatik əlaqə üsulu.

Permanent link, Permalink: Bloqun hər bir qeydinin  Web-ünvanı(URL). Hətta qeyd arxivə getdikdə də bu ünvana istinad etmək rahatdır.

Nickname: Bloqqerin uydurma adı, ləqəbi. Bu adla o gündəlik aparır. Bəzi hallarda nick bloqqerin əsl adı ilə üst-üstə düşür.

Plugin: Bloqa daxil edilən və ona yeni funksionallıq verən xüsusi proqram modulu. Onlar açıq formata malikdirlər. Bu digər proqramçılarla yazılan modulları pulsuz istifadə etməyə imkan verir.

Tags: Bloqdakı hər bir qeydin mövzuların nişan etməyə imkan verən açar sözlər. Bunlarla tərkibində həmin sözlər olan bütün digər məqalələri tapmaq olar.

Tagcloud: Nişanlar siyahısının vizual təqdimat görünüşü. Sətirdə vergüllərlə ayrılmış nişanlar siyahısı kimi təsvir olunur. Şriftin ölçüsü və qalınlığı bu teqlə nişanlanmış postların  miqdarından asılıdır.

Comment spam: Qeydlər şərhlərə  bloq müəllifi ilə razılaşdırılmayan birbaşa və ya vasitəli reklamın yerləşdirilməsi. Spam birbaşa və ya vasitəli olur. Problem xüsusi proqramların istifadəsi ilə həll olunur. Spamın digər növü – sploqdur. Bu, digər bloqlardan adətən bir mövzuya aid, qeydləri avtomatik yığır. Bununla onları axtarış maşınların cəlb etməyə çalışırlar.

Blogware: Bloqun aparılması  üçün proqram tıminatı. Populyar blogware-ə missal WordPress-i aid etmək olar.

Blog hosting: Bloqların yaradılması  və işlədilməsi xidməti göstərən  web-sayt. Bundan ötrü  bu hostingdə azad olan gündəlik adını qeydiyyatdan keçirmək kifayətdir. Bir qayda olaraq yaradılması pullu və ya pulsuzdur.

Friend: Bloqun daimi və ya müvəqqəti oxucusu. Bəzən dostlar qarşılıqlı ola bilər, yəni gündəliklərin müəllifləri bir-birini oxuyur.

SMO (social media optimization): Sosial media, onlayn birliklər və ya ayrı-ayrı bloqqerlərdən istifadə edərək saytın məşhurlaşdırılması üçün üsullar toplusu. Bu üsullar  RSS-ə bloqun elementlərinin yerləşdirilməsi auditinə sıx bağlıdır.

SEO (search engines optimization): Axtarışın optimallaşdırılması – saytların optimallaşdırılması toplusu.

TABU (traffic arranged by users) : İstifadəçilərə kənar sahələrdə saytın/ bloqun çıxarış elementlərini yerləşdirmək  imkanı verən alətlər toplusu. Çıxarış elementləri kimi hər hansı göstəricinin dinamikasını göstərən informerlər , bu saytda keçirilən testlərin nəticələri ola bilər.

UGC, user-generated content: İnternet istifadəçilərinin yaratdıqları onlayn resursların məcmusunu anlatmaq üçün istifadə edilən termin. UGC deyəndə bloqlar, video, mobil telefonlar, foto yerləşdirilməsi və wiki servis başa düşülür

Wiki: Wiki-wiki havay dilində  tez, yeyin sözündən götürülüb,  sənədlərin bir neçə istifadəçi tərəfindən redaktə oluna bilən veb-servislər. Bu zaman hər kəsin zəhməti və müəlliflərin görüntüsü fiksasiya edilmir. Məsələn: wikipedia.org  bütün dünya tərəfindən yaradılan onlayn ensiklopediyadır.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma