Xeyir körpüsü və Tibbi sığorta


Elə indicə oxuduğum bir xəbərdə qeyd olunur ki, dekabrın 1-də Bakı Caz Mərkəzində aparıcı Hacı Nuran Hüseynova dəstək üçün xeyriyyə konserti keçiriləcək. Bilənlər bilir, Xəzər telekanalında yayımlanan “Xeyir körpüsü” adlı bir proqram var. Bu proqram vasitəsilə bir çox xəstə və köməyə ehtiyacı olan insanlara ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən kömək göstərilib, müalicələri təşkil olunub.

Verilişin aparıcısı Hacı Nuran Hüseynovun səhhətində bir müddətdir ki, ciddi problemlər yaranıb. Aparıcıya dəstək üçün bank hesabları açılır, xeyriyyə aksiyaları keçirilir. Bu yaxınlarda ANS TV-nin redaktoru Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədovanın müalicəsi üçün tələb olunan məbləğin toplanması üçün də bənzər yardım kampaniyası keçirilmişdi.

Ölkəmizdə bu taleyi yaşayanların sayı minlərlədir. Minlərlə sadə vətəndaş  müalicə, yaxud əməliyyat üçün tələb olunan böyük məbləğlərdəki pulu ödəyə bilmir, ya borclanmaq məcburiyyətində qalır, ya da məcbur olub ölümü gözləyir. İmkansızlıqdan öz-özünü müalicə etməyə çalışanlar da var.

Əksər xarici ölkələrdə, o cümlədən Türkiyədə  “İcbari tibbi sığorta” praktikası var. Sadə şəkildə izah etsək, bu sistemdən istifadə edənlər xəstələnəndə həkimə gedir, pulsuz, yaxud tələb olunan məbləğin cüzi bir hissəsini ödəməklə müayinə və müalicə olunur. İşləyən hər kəsin maaşının cüzi bir miqdarı hər ay sistemə keçirilir, xəstələnəndə isə sistemdə toplanan vəsait hesabına səhiyyə xidmətlərindən faydalanmaq mümkündür. Rusiyada da buna oxşar bir sistem fəaliyyət göstərir.

Bizdə isə Məcburi Tibbi Sığortanın adı var, özü yoxdur. Belə ki, Tibbi sığorta haqqında qanun 1999-cu ildə qəbul edilib. Daha sonra qanuna müəyyən əlavə və dəyişikliklər edilib. 2008-ci ildə İcbari Tibbi Sığorta Agentliyi yaradılsa da, qanunun işlədilməsi yubanır. Səbəbini araşdırmaq bu yazının məqsədi deyil, amma bu sahədə Türkiyəvə Rusiyanın təcrübəsinin öyrənilməsi faydalı ola bilər.

Əgər ölkəmizdə Məcburi Tibbi Sığorta sistemi tətbiq olunmuş olsaydı, həm belə xeyriyyə aksiyalarına ehtiyac olmazdı, həm də səhiyyə xidmətləri hər vətəndaş üçün əlçatan olardı. İnsanın çarəsizlikdən, xəstəliyə dözə-dözə öz ölümünü gözləməsi qədər dəhşətli heç nə ola bilməz həyatda.

Məsələnin başqa bir tərəfi də var ki, 2008-ci il fevralın 1-dən Azərbaycanda səhiyyə xidmətləri pulsuzdur. Səhiyyə xidmətləri pulsuzdursa, bəs onda Məcburi Tibbi Sığorta bizim nəyimizə lazımdır? Niyə biz Hacı Nuran Hüseynov və Gülər xanım üçün xeyriyyə aksiyaları keçirməliyik?

Qeyd: Tibbi Sığorta Haqqında Qanun ilə tanış olmaq üçün linkə baxa bilərsiniz: http://www.azinsurance.az/Domains/azinsurance/assets/file/Tibbi.pdf

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma