Telereportaj


“Televiziya çəkilişinin əsas qanunlarından biri 180 dərəcəli ox qaydasını qorumaqdır”.

Televiziya vizual vasitədir, jurnalistə hadisə yerindən kadrlar, imkan daxilində yaxşı kadrlar lazımdır. Bu, televiziya redaksiyalarında xəbərlərin seçilməsi funksiyasına öz təsirini göstərir. Mühüm xəbəri müşayiət edən uğursuz və cansıxıcı kadrlar ona gətirib çıxara bilər ki, nəticədə əhmiyyəti daha az, lakin illüstrasiyası daha yaxşı xəbər onu sıxışdırar. Hadisənin mərkəzində operativ çəkiliş aparmaq imkanı televiziyanı informasiya ötürən misilsiz vasitəyə çevirir. Baş verən reallığı göstərən autentik kadrlar tamaşaçının yaddaşına həkk olunur, hadisənin inkişafını izləməyə və onu qavramağa kömək edir. Məhz buna can atmaq lazımdır. Televiziya xəbərləri mətnlə deyil, kadrların dili ilə, illüstrasiyalı videosıra ilə verən vasitə olmalıdır.

Televiziyanın xəbərlər redaksiyasında iş jurnalistlərdən qrup halında çalışmaq bacarığı tələb edir. Radioreportyor çox zaman təklikdə işləyir, o, jurnalist, səs operatoru və montajçı vəzifəsini yerinə yetirir. Müasir texnika çəkiliş və səsyazma prosesini xeyli asanlaşdırsa da, televiziya reportyoru hələ də təkbaşına işləyə bilmir. Səsin və təsvirin yazılışı, montaj və jurnalistin adi işi onun vəzifəsinə daxildir. Bir çox ölkələrdə çəkiliş qrupu cəmisi iki nəfərdən – reportyordan və operatordan ibarətdir. Onlar imkan daxilində həmahəng işləməyə məcburdurlar. Həm jurnalist, həm də operator onlara verilmiş tapşırıq haqqında dəqiq təsəvvürə malik olmalıdırlar: Süjetin məqsədi nədir və onlar nəyə nail olmalıdırlar. Onlar tamaşaçının mühakiməsinə çıxarılacaq materialın həmmüəllifidirlər. Buna görə də işdə qarşılıqlı anlaşma olmalıdır. Reportyor qarşıdakı süjet barədə düşüncələrini operatorla bölüşür, süjeti necə təsəvvür etdiyini ona bildirir. Opreator təşəbbüs göstərərək həmkarına materialın illüstrasiyası üçün nəyi və necə çəkməyin mümkün olduğunu təklif edir. Bir qayda olaraq çəkilişdə ən yaxşı nəticələrə yalnız o operator nail olur ki, süjetin predmeti və ideyası ilə reportyorun özü qədər yaxşı tanış olsun. Öz növbəsində jurnalist də operatorun işinin metodları haqqında təsəvvürə malik olmalıdır.

Reportyor, operator və videomontaj rejissoru çəkilmiş materialın işlənməsi zamanı sıx əlaqədə olmalıdırlar. Onlar yalnız bunun sayəsində öz auditoriyalarına nə isə mühüm və maraqlı bir şey təqdim edə bilərlər. Ancaq stress vəziyyətində, avadanlığın və işçi heyətinin kəskin çatışmazlığı şəraitində biz çox vaxt ən sadə, rasional, bəzən də bayağı həll yolu ilə kifayətlənirik.

Çəkiliş qrupu üçün ən ağır işlərdən biri əvvəlcədən necə inkişaf edəcəyi bilinməyən hadisə yerindən material çəkməkdir. Reportyor və operator birlikdə elə simvollar tapmalıdırlar ki, onlar süjetin predmetini təcəssüm və əks etdirə bilsin. Belə hallarda reportyor operatorun köməkçisi, əlavə iki gözü olmalıdır.

Hadisənin inkişafı: Görəsən, adamın otağa girməsini televizorla göstərməkdən asan bir şey varmı? Əslində, bir operatorun ekranda vur-tut on saniyə yer tutan bu səhnəni təkbaşına və bir dəfəyə çəkməsi praktiki olaraq mümkün deyil. Operator hərəkəti müxtəlif rakurslarda, müxtəlif nöqtələrdən çəkməli olur.

Müsahibə obyketi kameraya tərəf hərəkət edir. Bağlı qapının iri – orta planı.

Müsahibə obyekti koridor tərəfdən əlini qapının dəstəyinə uzadır.  İri planda qapının dəstəyi.

Müsahibə obyekti kamera ilə üz-üzə dayanmışdır, çəkiliş otağın içindən aparılır.

Müsahibə obyekti kresloda oturmuş halda.

Operator on parçaya bölünüb eyni anda müxtəlif iri planları çəkərək hər yerdə ola bilməz. Bu işin öhdəsindən eyni zamanda işləyən iki, yaxud üç operator gələ bilər. Bir operatorun bu işə gücü o şərtlə çata bilər ki, hadisənin ardıcıllığı bir qədər dəyişdirilsin. Eyni hərəkət bir neçə dəfə təkrar olunmalıdır ki, operator onu lentə çəksin, daha doğrusu, bir neçə dubl aparsın. Təəssüf ki, bu heç də həmişə mümkün olmur, çünki proses bizim çəkdiyimiz adamların müəyyən köməyini tələb edir. Əvvəlcə müsahibə obyekti (MO) koridordan keçməlidir, qapıya çatmalı və əlini dəstəyə uzatmalıdır ki, operator onu ümumi planda çəkə bilsin. Bundan sonra müsahibə obyekti divara qədər gəzintisini bir neçə dəfə təkrar etməlidir ki, onu iri planda çəkmək mümkün olsun. Qapı azı dörd dəfə açılmalıdır ki, iki plan ala bilək – koridor tərəfdən iri və orta plan, otağın içində inkişaf edən hadisənin daha iki planı. Sonra müsahibə obyekti qapıdan kresloya doğru bir neçə dəfə hərəkət etməlidir ki, operator onun yer dəyişməsini kabinetin müxtəlif nöqtələrindən çəkməyə imkan tapsın. Bunlar ona görə edilir ki, reportyorun müsahibə aldığı adamı tamaşaçılara təqdim etmək üçün giriş kadrları əldə edilsin.

Yuxarıda göstərilən priyom televiziya süjetini başlamaq üçün çox çeynənmiş üsuldur. Jurnalist ona əməl etməyə heç də borclu deyil. Əlbəttə, giriş kadrları zəruridir, ancaq kim deyə bilər ki, onlar bizim gətirdiyimiz nümunədəki kimi bariz olmalıdır? Bir sıra redaksiyalarda bu gün hamılıqla qəbul edilmiş iş metodunun yeniləşdirilməsi imkanları barədə mübahisələr səngimək bilmir. Bizə tərəf gələn adamı göstərən kardlar sırasına Norveç jurnalistləri «gaing» deyirlər. Bu sözü «gəzgin» kimi tərcümə etmək mümkündür. Televiziya dramaturgiyasının bu priyomunu «gəzginin lənəti» adlandıran tənqidçilər hardasa haqlıdırlar. Koridorla gedən adamın səhnələri reportyorun və operatorun səyləri ilə həyata keçirilən tamaşadan başqa bir şey deyil. Mizansəhnələr çəkiliş qrupu ilə müsahibə verən arasında bir qədər qeyri-təbii münasibətlər yaradır. Reportyor və operator amansız tənqidçilərdən rejissora çevrilirlər. Onlar zavallı alimə və ya nazirə yavaş-yavaş, yaxud sürətlə yeriməsi, kameraya, yoxsa kənara baxması, qapını nə təhər açması, masa arxasında necə oturması barədə göstərişlər verirlər. Koridorla işləyən kameraya doğru getmək, qapını açmaq, kabinetə daxil olmaq, masanın arxasında əyləşmək, həm də bu zaman təbii və rahat görünmək ilk baxışda olduğundan xeyli çətindir. Bir çox çəkilişləri təkrar etmək yalnız ona görə lazım gəlmir ki, operator müxtəlif irilik planları çəkə bilsin, həm də ona görə lazım gəlir ki, müsahibə obyekti kifayət qədər təbii hərəkət edə bilmir, yerişi rəvan olmur, ona verilən göstərişləri unudur. Nazir, alim, yaxud müəssisə rəhbəri məsul şəxslərdən həvəskar artistə, reportyor isə Nuh əyyamı dövrünün rejissoruna çevrilirlər: «Bircə dəfə də! Cənab nazir, bir az daha yavaş yeriyə bilməzsinizmi? Kameraya baxmağa çalışa bilərsinizmi?» Gerçək şəraitdə spontan iş etika və peşəkarlıq baxımından daha münasibdir. Müsahibə qəhrəmanının adi  əyatında normal olan şeyləri çəkməyə çalışın. Çətin ki, nazir, yaxud professor işdə boş koridorda var-gəl etsinlər. Yəqin ki, professor gün ərzində dərs deyir, kompüterdə çalışır, sorğu ədəbiyyatı oxuyur, qeydlər edir və yaxud hesablamalar aparır. Nazir isə məruzə edir, seçicilərlə görüşür, müxtəlif iclaslarda iştirak edir. Müsahibə qəhrəmanının istənilən spontan və təbii hərəkəti qurama süjetlərdən daha yaxşıdır. Bir qayda olaraq operator üçün hadisənin inkişafını və çəkiliş obyektinin hərəkətlərini reportaj kamerası ilə lentə almaq ştativli kamera ilə işləməkdən daha asandır.

Əhatə: Hətta ən kiçik inofrmasiya süjetində də başlanğıc və sonluq vardır. Reportyor və operator çəkiliş vaxtı əllərində olan və ya çəkilməsi vacib olan giriş və nəticə kadrları barədə fikirləşməlidirlər. Unutmaq olmaz ki, reportyor «lid» zamanı süjeti müşayiət edən və proqramın zastavkası ilə uzlaşan kadrlara da malik olmalıdır. İsveçin SVT1 televiziyasının «Aktuelt» xəbərlər proqramı zastavka olaraq proqramın loqotipindən istifadə edir. Loqotip ekranda sol tərəfdən peyda olur ki, bu da çəkiliş və giriş videosırasının kompanovkası üçün müəyyən əhəmiyyət daşıyır. Müsahibə aparmaq üçün yer axtararkən çalışın ki, şərait imkan daxilində təbii, həm də maraqlı olsun. Videosıra yalnız əlavə informasiya mənbəyi deyil, həm də müsahibənin məzmununun emosional dərki olmalıdır. Müsahibə verənin kürəyi tərəfdə arxa planda yerləşən şeylər çox zaman simvolik məna daşıya bilər. Atom elektrik stansiyasının direktoru ilə onun kabinetində çəkilmiş söhbətə, fonda isə tezliklə bağlanacaq reaktora baxmaq tamaşaçı üçün maraqlı ola bilər. Yeni dəmir yolu xətti çəkmək üçün şəhərin tarixi hissəsini sökmək barədə qərar qəbul etmiş yol idarəsinin rəisi ilə dəmir yoluna mənzərə açılan yerdə söhbət etmək daha yaxşıdır. Müsahibənin keçirildiyi yer həm reportyorun, həm də onun müsahibinin əhval-ruhiyyəsinə təsir göstərir. Müsahibə ətrafında şərait, həm də onun keçirildiyi yer qədər arxa plan da önəmlidir. Əgər dünya şöhrətli cərrah əməliyyat zalında müsahibəyə razılıq vermişsə, onu ağ xəstəxana divarı fonunda çəkməyin mənası yoxdur. Onu əməliyyat zalının fonunda çəkmək daha yaxşı olar (bir şərtlə ki, həmin anda əməliyyat aparılmasın, əks təqdirdə, bu, kadrların hannibalizminin tipik nümunəsi olar). Kompozisiya baxımından müsahibə verənin arxasında tünd, yaxud açıq ləkə olması tələb edilir ki, təsvir ekranda yastı görünməsin. Sifət ön tərəfdən düşən şüa ilə işıqlandırılmalıdır. İşıqlandırmanın minimal səviyyəsini istənilən vaxt azı bir neçə dəqiqəliyə tapmaq mümkündür. Bəzən kameranın kiçik lampası, yaxud yaxın ətrafda əks olunan işıq tamamilə kifayət edir. Kadr ortadan bir qədər iri ola bilər. Çiyin, yaxud sinə kadrın aşağı kənarı üçün yaxşı sərhəddir. Yaxşı olar ki, tamaşaçı müsahibə verənin hər iki qulağını görsün. Operator və reportyor imkan daxilində birbirinə yaxın dayanmalıdırlar ki, müsahibin sifəti kadrda olsun və o, suallara cavab verərkən reportyora baxsın. Söhbət zamanı arxa fon imkan daxilində görünməlidir.

Tarlada fermerlə müsahibə çəkəndə diqqət edin ki, müsahibə obyektinin arxasında işləyən traktorçu, yaxud yaxında otlayan inək görünmə sahəsində olsun. Eyni zamanda arxa fon tamaşaçının diqqətini dağıtmamalıdır. Əgər sizin müsahibiniz kürəyi gül dibçəyinə tərəf durursa, çalışın bu, kadrda elə görünməsin ki, guyaməsul işçinin, yaxud məşhur alimin başında kaktus bitir. Arxadakı tablonun çərçivəsi isə onun başını çərçivəyə almış kimigörünməməlidir.

Kadrın kompozisiyası dəqiq olmalıdır. Qeyri-mürəkkəb kompozisiya sahəsi olan sadə kadrları başa düşmək və dərk etmək asandır. Ön plan kadrın dərinliyinə nail olmaq baxımından vacibdir. Əks təqdirdə, videosıranın yastı görünməsi riski artar. Çarpaz işıq təsvirə həcm, çiçəklərə rəngarənglik qazandırır.

Yerləşmə: Müsahibə iştirakçılarının ən sadə şəkildə yerləşməsi bu qayda üzrədir: müsahibə obyekti reportyorun qarşısında dayanır, reportyorun arxasında isə (bir qədər sağda, yaxud solda) operator durur. Operator müsahibə verənin təsvirini iki plan arasında dəyişdirir, yəni ara-sıra kamera ilə ona yaxınlaşır və uzaqlaşır. Bir plan – geniş iri-orta (kəmər): müsahibə obyektinin təxminən qarnından yuxarısı çəkilmişdir. Bəzən ön planda reportyorun boynunu da göstərmək olar. İsveç jurnalistləri bu priyoma «ənsəyə atəş» deyirlər. Müsahibə verənin sifətinin iri planı (çiyindən başlayaraq yuxarı hissəsinin) ikinci standart həlldir. Danışan adamın başı üstündə bir qədər boşluq – «hava» qoyun, profildən çəkilən şəxs üçün isə sağdan və ya soldan daha çox hava buraxın. Unutmayın ki, kadrların məkanı (çəkiliş obyektinin nəzərləri tuşlanan sol və ya sağ tərəf) onun arxasında qalan məkana nəzərən daha geniş olmalıdır. Əsasən qabaq tərəfdən çəpinə çəkmək yaxşıdır. Çəkiliş planları müxtəlif olmalıdır ki, montajçı onları birbaşa, ard-arda, sərt keçidlərə yol vermədən (buna peşəkar dildə «hoppanma», «səksənmə» deyirlər) montaj etməyə imkan tapsın. Müsahibə zamanı və ondan sonra operator bir neçə keçid çəkməlidir.

Kadrda iki nəfər (həm reportyor, həm də müsahibə obyekti) ekranda söhbət əsnasında görünürlər.

a) Reportyor sual verir, müsahib qulaq asır. Operator jurnalistin kürəyindən çəkir, kadrda onun yanağı, bəlkə də sual verən anda əlinin, yaxud çiyninin hərəkəti görünür. Dodaqların tərpənişi hiss olunmur, reportyorun hansı sualı verməsindən asılı olmayaraq bu kadrlardan vstavka kimi istifadə etməyə imkan yaradır.

b) Respondent danışır, reportyor dinləyir. Çəkiliş arxa tərəfdən, müsahibin böyründən, onun dodaqlarının hərəkəti görünməyəcək məsafədən aparılır.

İri planda dinləyici

a) Müsahibə obyekti

Reportyor sual verir, operator müsahibə obyektini iri planda çəkməyə davam edir, obyekt ona verilən sualı dinləyir.

b) Reportyor

Reportyor müsahibinin cavabına qulaq asır. Belə hallarda etika baxımından bir neçə variant çəkmək yaxşı olar, çünki reportyorun üzündəki təbəssüm və ya başını təqdirlə tərpətməsi tamaşaçıda belə bir təəssürat oyada bilər ki, guya reportyor onun sözlərinə rəğbət bəsləyir. Reportyorun üzündəki qəzəbli ifadə isə eşitdiklərinə qarşı onun mənfi münasibəti kimi başa düşülə bilər. Başqa sözlə, jurnalistin üzünün ifadəsi müsahibənin məzmununa redaksiyanın üstüörtülü şərhi kimi dərk edilə bilər. Öz sualının cavabını dinləyən jurnalistin üzünün ifadəsini göstərən kadrlar imkan daxilində neytral olmalıdır.

Ekranda jurnalist müsahibə obyekti boyda (ölçüdə) görünməlidir. Əks təqdirdə, kadrlar qəribə və qeyri-təbii görünəcək. Zərurət olduqda reportyor ümumi planda elə çəkilməlidir ki, ekran daha çox onun müsahibinə «məxsus» olsun. Çünki müsahibənin əsas adamı məhz odur.

Dinləyən reportyoru göstərən kadrlar müsahibə obyektinin otağı tərk etməsindən sonra da çəkilə bilər. Ancaq bu, jurnalistdən müəyyən artistlik istedadı tələb edir, çünki o, təbii görünməli, qarşısında adam varmış kimi danışmalı, müsahibinin bir az əvvəl durduğu nöqtəyə baxmalıdır. Əgər operator qabaqcadan belə bir çəkilişlə işləyəcəyini bilirsə, o zaman müsahibə əsnasında müsahibə verənin çiyninin hündürlüyünə göz qoymalıdır ki, sonra tuşlama bucağını və kameranın yerləşdirilmə səviyyəsini asanlıqla tapa bilsin.

Reportyor bu kadrlardan keçid məqsədilə istifadə edə bilmək üçün sualları kameraya da təkrar edə bilər. Kameraya oxunmuş suallar montajı xeyli asanlaşdırır və müsahibənin iki kamera ilə aparıldığı təəssüratını oyadır. Reportyor əvvəlcə verdiyi sualları sözbəsöz təkrar etməlidir ki, söhbətin məzmunu təhrif olunmasın. Belə hallarda sığortalayıcı  metodlardan birini işə salmaq mümkündür: sualların çəkilişi zamanı müsahibə obyektindən otaqda olmasını xahiş etmək olar ki, reportyor sualların ilkin mətnindən çox uzaqlaşsa, o öz iradlarını bildirsin. Əks təqdirdə, sualları müsahib getdikdən sonra da yazmaq olar, ancaq yuxarıda xatırlatdığımız kimi, bu, operatordan müəyyənteatr vərdişləri və baxışı bir nöqtədə toplamaq bacarığı tələb edir. Bu metodun üstünlüyü ondadır ki, reportyorun tələsməsinə ehtiyac yoxdur. Lazım olsa, o öz suallarını lentdən dəfələrlə dinləyə bilər, hətta onları dəqiqliklə yenidən sözbəsöz yaza bilər. İki kamera vasitəsilə yazılan uzun müsahibələr İsveç telejurnalisti üçün ən azı cah-cəlaldır. Belə olduqda bu və ya digər dərəcədə uydurma keçidlərə ehtiyac qalmır. Suallar və onların cavabları dərhal yazılır, kamera müsahibin təbii və öz-özünə yaranan reaksiyasını tuta bilir. İki kamera ilə çəkilmiş müsahibəni montaj etmək çox asandır, bir şərtlə ki, hər iki operator öz kameralarını sinxronizə etmiş olsunlar. Onlar vahid çəkiliş planı barədə əvvəlcədən sözləşməlidirlər ki, kadrda sifətin böyüklüyü, yaxud iki adamın kadrdakı təsviri kameranın birində digərində olduğundan çox da fərqlənməsin. Çəkilişin plan iriliyini seçərkən operator proqramın qrafik profilini də nəzərə almalıdır. Hər bir redaksiyada çəkilişin özünəməxsus yazılmamış qanunları var. Məsələn, müsahibə verənin sifətinin iri planda nə qədər gösətriləcəyi barədə. Onu da unutmaq olmaz ki, adamın adını və vəzifisini göstərən titrlər üçün də filan qədər boş yer qoymaq lazımdır. Bəzi redaksiyalar titrlər üçün ekranın yuxarı sol küncünü, bəziləri isə kadrın aşağı hissəsini seçirlər. İsveçdə xarici dillərdən müsahibənin tərcüməsi subtitrlərin köməyi ilə həyata keçirilir ki, bu da müəyyən kadr kompozisiyası tələb edir.

Kameranın rakursu: Çəkiliş vaxtı kameranın hansı yüksəklikdə yerləşməsi təsvirin auditoriya tərəfindən necə qəbul edilməsinə mühüm təsir göstərir. Aşağı rakurslardan çəkilmiş adam ekranda cüssəli, zabitəli, hətta heybətli görünür. Yuxarıdan çəkilmiş adam isə tamaşaçılara cılız və zavallı adamcığaz təsiri bağışlayır. Kino vəteleviziyanın dili bizim tamaşaçılarda belə bir alışqanlıq yaradıb: kadrda soldan sağa doğru hərəkət edəni sanki külək qovur, sovurur, sağdan sola gedən isə öz yolunda maneələrə rast gələn adam kimi qəbul olunur.

180 dərəcəli ox, yaxud təmas oxu: Televiziya çəkilişinin əsas qanunlarından biri 180 dərəcəli ox qaydasını qorumaqdır. Bu, xəyali bir xətt olub müsahibə verəndən, yaxud çəkiliş obyektindən kameranın fokusuna qədər uzanır. Çəkiliş aparan operator çəkiliş boyu bu xəttin bir tərəfində olmalıdır. Bu xətti kəsib keçmək çəkiliş obyektinin hərəkətinin, yaxud nəzərlərinin istiqamətini pozur. İstənilən adam, yaxud əşya şərti xəttin bir tərəfində öndən, yaxud arxadan çəkilə bilər. Operator xəttin bir üzündən o biri

üzünə keçdikdə çəkiliş obyektinin hərəkət istiqaməti də dəyişəcək. 180 dərəcəli oxun müxtəlif tərəflərindən çəkilən nümayiş birbirinin üzərinə doğru hərəkət edən iki düşmən qrup kimi görünəcək.

Reportyorun və müsahibə verənin gözlərinin təması müsahibənin yalnız psixoloji aspekti üçün deyil, onun ekranda necə görünməsi baxımından da əhmiyyət kəsb edir. Keçidlər zamanı sualları dinləyən reportyorun nəzərləri başqa tərəfə deyil, məhz müsahibin üzünə dikilməlidir. Əgər operator çəkilişi reportyorun arxasından aparırsa, onda respondentin nəzərləri kadrda sola yönələcək. Operator reportyoru çəkməyə başlayanda şərti təmas xəttini keçməməlidir. O, müsahibə verəndən sol tərəfdə dayanmalıdır. Pinq-ponq oyununun çəkilişi hərəkət istiqaməti üçün təmas xəttinə riayət edilməsinin nə qədər vacib olduğunu göstərən klassik nümunədir. Əgər operator şərti xətti keçsə və oyunçuları xəttin sağından və solundan çəksə, ekranda elə görünəcək ki, guya oyunçular topu ancaq bir istiqamətə vururlar.

Çıxışların çəkilişi: Məruzə və çıxışların çəkilişində də eyni prinsip tətbiq olunur. Şərti xətt çıxışçıdan kameraya doğru uzanır. Çəkiliş məkanın yalnız yarısından aparıla bilər. Məruzəçi publikaya, publika isə ona baxmalıdır. Əgər operator şərti xətti keçsə, elə görünər ki, guya publika və natiq müxtəlif yönlərə baxırlar. Birbirinin ardınca gələn publika kadrları 180 dərəcəli oxun müxtəlif tərəflərindən çəkilə bilər və bu, videosıraya əlvanlıq verər. İndiki halda isə söhbət publikaya nəzərən natiqin çəkilişi zamanı riayət olunmalı qaydalardan gedir. Çıxışların çəkilişi reportyordan operatorla sıx əməkdaşlıq etməsini tələb edir. Kamera o vaxt işə salınmalı və natiqə tuşlanmalıdır ki, o nə isə mühüm bir məsələ haqqında danışmağa başlasın. Əgər onun çıxışının mətni  vvəlcədən zaldakılara paylanmışsa, bu, işi xeyli asanlaşdırar. Digər hallarda operatordaim hazır vəziyyətdə dayanaraq reportyorun işarəsini gözləməlidir. Hətta qısa informasiya süjeti üçün də natiqin tribunadan iri planı ilə kifayətlənmək olmaz. Zalın panoram görünüşləri, öndən və arxadan natiqin ümumi görünüşü çəkilməlidir. Çıxışçı tribunada müxtəlif rakurslarda çəkilməlidir, yandan, yaxud elə məsafədən bir neçə kadr çəkilməlidir ki, məruzəçinin dodaqlarının tərpənişi görünməsin, ancaq onun nəsə dediyi anlaşılsın. Belə kadrlardan kəskin montaj keçidlərindən qaçmağa kömək edən əlavələr kimi istifadə oluna bilər.

Ən çox yayılmış keçid növləri bunlardır: iri planda natiqin əli, natiqin əlyazması, zaldakı publika. Auditoriya diqqətlə dinləyən, sakit, yaxud çılğınlıqla alqış tutan (əgər həmin zalda alqış ümumən mümkündürsə) momentlərdə çəkilməlidir. Bu kadrlarhamısı lazımdır, çünki natiqin nitqi alqışlarla çəkiləndə ekranda müvafiq kadrlar görünməlidir. Mətbuat konfranslarında alqış nadir şeydir. Operator sual verən, qulaq asan, sualları cib dəftərçəsinə qeyd edən jurnalistləri çəkir. Fotoqraflar və operatorlar dəstəsini də çəkmək mümkündür. Düzdür, bunlar ən bayağı keçidlərdir, lakin qaça-qaçda montaj olunan informasiya süjetlərində onlardan istifadə etmək çox təbiidir. Çıxışlar və ya mətbuat konfransları zamanı öz qeyd dəftərçənizdə vacib fikirləri qeyd etməklə özünüzə böyük yaxşılıq etmiş olursunuz. Bu qeydlər sayəsində materialın montajı prosesini xeyli asanlaşdırmaq və sürətləndirmək mümkündür, o şərtlə ki, operator çəkilişdən əvvəl real zaman kodunu qursun və saatını sizinki ilə yoxlasın. Bu üsul montaj vaxtı sizi maraqlandıran yeri lentdə dərhal tapmağa imkan verər. Radioreportyorlar müasir rəqəmli DAT maqnitofonlarından daha çox istifadə edirlər. Bu cihazlar cari zamanı avtomatik şəkildə qeyd edirlər, bu da lentdə çıxışın bu və ya digər hissəsini axtarmağı asanlaşdırır. Başqa maqnitofonlarda isə rəqəm işarəsini əllə qoymaq mümkündür. Lent üzərində sonrakı iş zamanı o işarəni tapmaq çox asan olur.

Stendup: Norveçlilərin «fösinq», isveçlilərin «stoup» dedikləri şeyə ingilisdilli jurnalistlər «stendup» (stəndap) deyirlər. Bu üç sözün mənası eynidir: hadisə yerindən reportaj. Haradasa arxa planda müharibə gedir, tamaşaçıların qarşısındakı reportyor isə bu qaynar nöqtədə, yaxud hadisə yerində nələr baş verdiyi barədə danışır. Qumbaralar partlayan, atışma gedən müharibə zonasında çəkiliş aparmaq təhlükəlidir, ona görə də reportyor ekranı öz bədəni ilə doldurmalıdır. Xəbəri kadrlar vasitəsilə göstərən telesüjetəlrin ən yaxşı telesüjetlər olduğunu inkar etmək mümkün deyil. Lakin bir çox hallarda stendup mühüm funksiya daşıyır və ən yaxşı çıxış yoludur. Söhbət o hallardan gedir ki:

– Reportyorun dediklərini əks etdirən videosıra yoxdur.

– Materialın bir hissəsindən digər hissəsinə dəqiq və sərrast keçid etmək vacibdir.

– Reportyoru qeyri-adi şəraitə «daxil etmək» lazımdır. Bu halda çəkiliş elə yerlərdə aparılmalıdır ki, onlar reportyorun dediklərinə əlavə informasiya mənbəyi təşkil edə bilsinlər. Fon çox mühüm rol oynayır və müxbir baş verənlərin tərkib hissəsinə çevrilməlidir. Tanış olmayan şəhərin konturları, yol-nəqliyyat hadisəsinin izləri, qaçqınlar üçün çadır şəhərciyi, bombardmandan zərər görmüş kənd… Kərpic divardan başqa hər şey fon rolunu oynaya bilər.

– Reportyor təhlil aparmağa, baş verənlərin əsil mahiyyətiniaçmağa çalışır. Bu halda o, tamaşaçılara birbaşa ekrandan müraciət edərək onları öz sözlərinə inandırmağa nail olur.

– Reportyor özü hansısa hadisənin iştirakçısı olmuş, nəüçünsə həyəcan keçirmişdir, şəraiti, ab-havanı, mücərrəd hissləri təsvir etməyə çalışır.

– Nəyi isə nümayiş etdirir: «Qalıqlarını uzun müddətdən bəri tapmaq mümkün olmayan filan təyyarənin qara qutusu bu anda əlimdədir…»

Kadrların kompozisiyası baxımından çəkiliş zamanı saysızhesabsız imkanlar var. Reportyor ayaq üstə, oturaraq, hətta uzanmış halda reportaj apara bilər. Onu hərəkət halında da çəkmək mümkündür. O, qəfildən kadrda peyda ola bilər, arabir də görünə bilər, yaxud panoramlaşdırmanın köməyi ilə də daxil ola bilər. Arxa planda qeyri-adi şəraiti göstərən kameranın reportyordan uzaqlaşması tamaşası üçün bir növ sürpriz ola bilər. Birbaşa kameraya danışan reportyor özü üçün elə bir nöqtə tapmalıdır ki, tamaşaçı ilə təmas üçün orada nəzərlərini toplaya bilsin.

Ədəbiyyat

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Məhərrəmli Qulu. Televiziya jurnalistikasının əsasları. Bakı, 2005

Məmmədli Zeynal. A-dan Z-yə telexəbər. Bakı, 2009

Məmmədli, Cahangir. Müasir jurnalistika. Bakı Dövlət Universitetinin Nəşriyyati, Bakı, 2003

Vaqner Den. Xırdaformatlı teleistehsal. Bakı, 1998

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma