Maskanın rəngi


“Demokratiyanın beşiyi”ndə növbəti prezident seçkiləri keçirilir. Hər yerdə Obama və Romneyi görməkdən bezən Amerikalı kiçik qızın da sıxıntılı günləri nəhayət bitir.
(Haşiyə: Niyə seçki yox, seçkilər deyirik… Niyə bu sözü cəm halda işlətməliyik? Axı söhbət bir prosesdən gedir, prezident seçkisi, parlament seçkisi, bələdiyyə seçkisi kimi).
Demokratiya quruculuğunda tez-tez başqa ölkələrə nümunə göstərilən ABŞ seçki sisteminin ilk baxışda diqqəti cəlb edən bəzi məqamları göstərir ki, amerikalılar bizim kimi “qözü qara” millət deyil, yeniliyi və dəyişimi sevmirlər.
Niyə mi? Əksər demokratik ölkələrdə 4-5 aparıcı partiya olur. ABŞ-da isə siyasət səhnəsinin əsas oyunçuları demokratlar və respublikaçılardır. Arada müəyyən müstəqil namizədlər müşahidə edilsə də, ümumiyyətlə bu ölkədə dörd ildən bir keçirilən seçkilərdə yalnız bu iki partiyanın namizədləri yarışır. Görəsən niyə dünyaya demokratiya və müxtəliffikirlilik mühazirələri oxuyan ABŞ-da siyasət sadəcə iki partiyanın inhisarındadır? Sən demə, Amerikalılar üçüncü siyasi qüvvə ətrafında birləşməyə o qədər də həvəsli deyillərmiş.
İkincisi, seçkilər 6 noyabr 2012 günü, çərşənbə axşamı keçirilir. Ümumiyyətlə ABŞ-da seçkilər həmişə çərşənbə axşamına düşür. Bu səbəbdən də əhalinin 25 faizi məşğul olduğunu bildirərək səsvermədə iştirak etmir. Buna baxmayaraq seçkilərin günü şənbə ya da bazara keçirilmir. Amerikalıların 25 faizi səsvermə hüququndan istifadə edə bilmir. Bunu dəyişdirmək üçün səy və istək də müşahidə olunmur.
(Haşiyə: Amerika qitəsini tapan Kristof Kolumb günlük qeydlərində belə yazıb: “Qızıldərililər kəsici silahları ilk dəfə görürdü. Bunlar pislik nədir bilmirlər və ovda istifadə etdikləri sadəcə olaraq mızraqları vardır və sayları da dünya əhalisinin beşdə-biri qədərdir”. ABŞ-nın həyata keçirdiyi və düz 350 il davam edən Hindu soyqırımı Hitlerin yəhudilərə qarşı həyata keçirdiyi soyqırımdan onlarla dəfə daha çoxdur).
Obama yaxud Romney…. Qara üzə taxılan maska istər ağ olsun, istərsə də yenidən qara, dəyişimə bu qədər qarşı olan bir ölkənin dünyanı dəyişdirmə və “demokratikləşdirmə” səyləri bundan sonra da davam edəcək.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma