Yeri səhv düşən festival


“Qərb bölgəsində şərabçılığın sənaye əsasları ilə inkişafında təxminən 200 il bundan əvvəl bu torpaqlara köçürülən almanların rolu böyük olub”.

 

Bu yazını yazmağıma səbəb Gəncədə keçirilən I Beynəlxalq Şərab Festivalına əksər media orqanlarının münasibətidir. Gərək mətbuatda, gərəksə də sosial şəbəkələrdə tədbir barədə oxuduğum yazı və statuslarda festival “qəribə bayram mərasimi” kimi təqdim olunur, hətta Gəncəlilərin dini inanclarına hörmətsizlik kimi dəyərləndirilir.

Gəlin festivallara başqa bir pəncərədən baxaq.

Festivallar şəhər marketinqi baxımından əhəmiyyətli tədbirlərdir. Adına istər festival, istər bayram deyin, təşkil olunmalarnın səbəbi o şəhərin, rayonun ya da regionun iqtisadi inkişafına təkan vermək, iqtisadi həyatı canlandırmaq, turist şəkmək, o bölgəyə aid məhsulu tanıtmaq, əkilib-becərilməsini təşviq etmək, o məhsulu və o şəhəri brendləşdirməkdən ibarətdr.

Azərbaycanda demək olar ki, hər bölgənin özünəməxsus keyfiyyət və xüsusiyyətləri var. Hər şəhər, hər rayon orada yetişən, oraya aid olan məhsul ya da mədəniyyət dəyərləri ilə tanınır, seçilir. Şəki halvası, Lənkəran çayı, Gədəbəy kartofu, Quba alması, Göyçay narı, Zaqatala fındığı, Sabirabad qarpızı ilə məşhurdur. Siyahını uzatmaq mümkündür. Elə Bakının kəndlərini götürsək, əncir, üzüm (şanı), soğan, zəfəran, əkib becərilir buralarda… Badam və zeytun bağlarından isə demək olar ki, əsər-əlamət qalmayıb…

Niyə Zaqatalada fındıq, Lənkəranda çay, Şəkidə paxlava, Bərdədə pambıq, Bakıda şanı festivalı keçirilməsin…

Şərab festivalına gəlincə isə, bu tədbirin Gəncədə deyil, Şəmkir yaxud Tovuzda keçirilməsinin tərəfdarıyam. Həm də “Şərab və üzüm” festivalı olaraq. Çünki, Gəncədən çıxıb Qazax istiqamətinə gedən yol boyu cərgələnmiş üzüm bağları uzanır ki, bu bağların bəziləri şərabçılıq zavodlarına, bəziləri isə fermerlərə məxsusdur.

Qərb bölgəsində şərabçılığın sənaye əsasları ilə inkişafında təxminən 200 il bundan əvvəl bu torpaqlara köçürülən almanların rolu böyük olub. Bölgədə almanlardan qalan bəzi ənənələr indi də davam etdirilir.

Ağstafa, Tovuz, Şəmkirdə almanlardan qalan tikili və bağlar  indi də ayaqdadır, o bölgələrə yolunuz düşsə, öz gözlərinizlə görə bilərsiniz. Tovuz şəhərinin ilk adı olan “Traubenfeld” də elə “üzüm sahəsi” deməkdir. Tovuz şəhərində 1923-cü ildə Alman icması tərəfindən tikilib istifadəyə verilmiş şərab zavodu isə hələ də canlanıb ikinci baharını yaşayacağı günləri gözləyir.

Gəncəyə isə paxlava yaraşır… Deyilənə görə, Gəncə paxlavasının əsas xüsusiyyətlərindən biri mis sinidə və ocaqda bişirilməsidir. 23 qatlı bu paxlava elə kalorilidir ki, bir dənəsini bir dəfəyə yeyib bitirmək mümkün deyil. Həqiqi Gəncə paxlavası bir neçə ay qalsa da xarab olmur. Onu hazırlamaq elə əziyyətlidir ki, mağazalarda satılmır, ancaq Novruz bayramında bişirilir…

Ya da dovğa…  Gəncə dovğasının reseptini də siz verin. Nuş olsun….

Advertisements

Yeri səhv düşən festival” üçün bir cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma