Özəl radioların formatları (Müsiqi üstəgəl informasiya)


“Radiove-rilişlərin müəyyən formata uyğunluğu bu gün mahiyyətinə görə radio sənayesinin iqtisadi əsasıdır.İnformasiya üstəgəl musuqi formatını seçən radiostansiyalar dinləyiciləri cəlb etmək üçün hər saat başı informasiya buraxılışı verirlər”.

 

Hər hansı radionun formatı dedikdə onun konsepsiyası nəzərdə tutulur. Konsepsiyaya verilişlərin məqsəd və məzmunu, yayımın ritmi, proqramlaşdırmanın estetik normaları, aparıcıların efirdə işləmək tərzi, keçidlərin xarakteri və proqram elementlərinin auditoriyanın tələbatlarına uyğun olaraq qurulması aiddir.
Bəzi lüğətlərdə format hər hansı verilişin daimi elementlərinin məcmusu kimi izah olunur. Bəzilərinə görə isə format, ilk növbədə konkret (məqsədli) auditoriyanın marağını və zövqünü oxşamaq üçün hazırlanmış verilişin üslubudur. Məqsədli auditoriya dedikdə ilk növbədə dinləyicilərin yaşı və sosial xarakteri nəzərdə tutulur. Məhz bu auditoriyaya proqram ünvanlayan radio üçün formatı müəyyənləşdirən əsas meyar efirdə səslənən musiqinin üslubu və bütövlükdə efirin özünün yönümüdür.
Konkret bir proqramın digər radio proqramından forma və struktur fərqlərinin toplusu məhz həmin verilişin formatını müəyyənləşdirir. Buradakı format anlayışının mahiyyətini diceylərin danışıq tərzi, musiqi seçimi, yayımın mövzusu, sloqanların məzmunu, keçidlərin üslubu və s. müəyyənləşdirir.


Özəl radioların fəaliyyətində formatla bağlı iki əsas istiqamət özünü göstərir:
1. Formatın geniş və ya məhdud variantının seçilməsi
2. Seçilən formata uyğun olaraq proqramlaşdırmanın yeni prinsiplərinin yaradılması
Ümumiyyətlə özəl radiolar efir – proqram siyasətinə və yayımın əsas istiqamətlərinə görə bir – birlərindən fərqlənirlər. Azərbaycanda 90-cı illərin ortalarından etibarən sayı artmağa başlayan özəl radiostansiyalar əsasən, iki istiqamətdə yayım aparmağı ilə diqqəti cəlb edir:
1. Sosial – informativ
2. Musiqi – əyləncəli
Birinci istiqamətdə yayım üzrə ixtisaslaşan radioların sayı məhdud olsa da, ikinci istiqamətin daşıyıcısı olan radioların sayı artmaqdadır. Göstərilən istiqamətlər arasında prinsipial fərqlər daha çox proqram siyasətində, auditoriya seşimində, yayım cədvəlinin formalaşdırılması prinsipində, efirin idarə edilməsi tərzində və s. üzə çıxır.
Dünya təcrübəsi göstərir ki, özəl radiolar auditoriyanın diqqətini cəlb etmək, reklam sifarişçilərini razı salmaq və proqramlaşdırmanın cazibədarlığını təmin üçün çoxlu axtarışlar aparmalı olur, bu zaman müxtəlif formatlar yaratmağa nail olur.
Hazırda dünyada mövcud olan radioları format baxımından şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Xəbər formatları – əsasən, xəbər üzərində köklənən radiostansiyalar
2. Musiqi formatları – əsas yeri musiqi tutur
3. Danışıq formatları – verilişlərin əksəriyyəti danışıq janrında olur
4. Musiqi üstəgəl informasiya formatı – xəbər və musiqinin növbələşməsi
Müəyyən olunmuş formatın gözlənilməsi, verilişlərin məhz bu formata uyğun hazırlanması vacib şərtdir. Proqramlaşdırma da məhz bu formata uyğun aparlır. Proqramlaşdırma radiostansiyanın formata uyğun fəaliyyətini təmin etmək üçündür və bu prosesdə proqram direktoru vacib rol oynayır. Proqram direktoru bütünlüklə efirə cavabdehdir, hər şeyə görə məsuliyyət daşıyır. O radionun yayım cədvəlini (verilişlər setkası) hazırlayır, diceylərin hər birinə uyğun efir vaxtı ayırır, büdcəni hesablayır, auditoriyanın verilişləri dinləmə dinamikasını izləyir və rəqib radioların fəaliyyətini öyrənir.
Geniş mənada formatdan danışarkən müasir radioların efirdə səslənən musiqi janrlarını, musiqinin növünü, radiokanalın auditoriyasının zövqünü oxşamaq üçün seçdiyi proqram üslubu da nəzərdə tutulur. Amma format prinsipini tamamıyla musiqi çaları ilə eyniləşdirmək düzgün deyil. Burada mətn məsələsi də az rol oynamır. Nəzərə almalıyıq ki, müasir efir təcrübəsində radio dilinin spesifik “interaktiv” tipi formalaşıb. Bu da auditoriya ilə qarşılıqlı əlaqə yaradılmasına əvəzsiz imkanlar açır. Ona görə də müasir mərhələdə radio dilini kollektiv, sadə,fikrin dolğun ifadəsi kimi xarakterizə etmək olar. Bəzən canlı efirin xətaları sırasında dilin normalarının pozulması da baş verir, amma formatın xüsusiyyətindən və efirdəki iş şəraitindən asılı olmayaraq ədəbi dilin qaydalarına əməl edilməlidir.
Radiostansiya həm də dinləyicilərin ümumi marağına görə öz formatını seçir. Tematik əlamətlər, proqramlaşdırma, musiqi və üslub seçimi, bütövlükdə yayım, verilişin konsepsiyası məhz bu formata tabe olur.
Bu zaman xəbərlər tematik prinsipcə öz əhəmiyyətinə görə bölünürlər. Saat ərzində xəbərlər buraxılışının miqdarı və onların günün setkasında proqramlaşdırılması pinsipləri stansiyanın formatından asılıdır: musiqi, dini, maarifçi, informasiya, əyləncə və s. Belə stansiyalarda son xəbərlər buraxılışı 15, bəzən 30 dəqiqə çəkir.
Musiqi formatında işləyən radiosatnsiyaların işi xeyli asandır. Səsyazmanın inkişafı, disklərin buraxılışı musiqinin efirdə yayılmasını asanlaşdırır. Bu formatlarda musiqi iki prinsip əsasında seçilir; ya əsas seçilmiş musiqi istiqamətində, ya da “azad musiqi efiri” prinsipi əsasında. Üfüqi proqramlaşdırma əsasında qurulmuş radisatnsiyalarda müxtəlif stildə musiqi dinləmək olar: klassik, pop, caz vəs.

Ədəbiyyat

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Özəl radioların formatları (Müsiqi üstəgəl informasiya)” üçün bir cavab

Anonim üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma