Radio yayımının inkişaf meylləri


  • “Radio yerində saymır, daim yeniləşən texnologiyadan bəhrələnərək, TV və internet mediası ilə ayaqlaşmağa çalışır”.

 

Media sahəsindəki texnoloji yeniliklər, xüsusən vizual informasiyanın həyatın bütün sahələrini əhatə etməsi, TV-nin cazibədarlığının daha da artması, radio üçün ciddi problemlər yaradır. Hərçənd ki, radio da yerində saymır, daim yeniləşən texnologiyadan bəhrələnərək, TV və internet mediası ilə ayaqlaşmağa çalışır. TV-nin ayaq aça bilmədiyi məkanlarda, maşında uzaq yol gedərkən, bəzən də hansısa xüsusi informasiyanı ya da musiqini tapmaq üçün radioya üz tuturuq. Radio öz müqavimət gücünü və auditoriyasını hələ də saxlayır.

Yeni dünya düzəni ilk növbədə radionun statusuna, onun cəmiyyətdəki, sosial sistemdəki yerinə, eləcə də verilişlərin məzmununa ciddi dəyişikliklər gətirdi. Əvvəla SSRİ-nin dağılması ilə iki sistem arasında radio dalğalarında aparılan psixoloji müharibə sona yetmiş oldu.

Oxumağa davam et

Yeni jurnalistika alətləri


Scoop.it — Müəyyən açar sözlər vasitəsi ilə sizə internet üzərində xəbərlərin bir səhifədə yığılması imkanı verir. Bu sistem vasitəsi ilə istənilən açar sözə uyğun məlumat toplusu yaramaq mükündür. Sistem yeni yarandığından təkmilləşmə mərhələsindədir amma bir çox üstünlüklərinə görə gələcəkdə daha çox populyarlıq qazanacağı gözlənilir.

Bambuser  — Bu xidmət vasitəsi ilə bir başa olaraq internet üzərindən yayım etmək mümkündür. Bunun üçün sayta qeydiyyatdan keçmək və veb kameranın olması kifayətdir. Bambuserlə yayımı mobil telefonla da etmək mümkündür. Bu xidmət sayəsində hər kəs pulsuz olaraq internet üzərində öz tədbirlərinin yayımını edə bilər. Görüntünün keyfiyyəti bir başa olaraq internetin sürətindən asıllıdır.

Flickr  — rəqəmsal fotoların və videoların yerləşdirilməsi üçün pulsuz xidmətdir. İlk Web 2.0 servislərindən biri sayılır. Bundan əlavə sayt rəhbərləri və bloggerlər arasında foto yerləşdirilmək baxımından ən populyar xidmətlərdən sayılır. Avqustun 4-ü 2011-ci ilə olan məlumata görə  xidmətin məlumat bazasına istifadəçilər tərəfindən 6 milyard şəkil yüklənilib.