İnternetin yaramaz uşaqları – “TROLL”LAR YAXUD “TROLL”LAYANLAR


imagesİnternet və yüksək texnologiyalar sosial əlaqələrin, o cümlədən ünsiyyətin yeni forma və metodlarını yaradıb. Texnologiyanın gətirdiyi yenilikləri sürətlə mənimsəyir və gündəlik vərdişlərə çeviririk, amma ortaya çıxan problemlər, səbəb və nəticələr haqqında düşünmürük. Əslində bu, sadə istifadəçilərin işi də deyil.

Sosial şəbəkələrdən bəzən özümüzü təsdiq edə biləcəyimiz, bəzən də mənəvi-intellektual ehtiyaclarımızı doyura biləcəyimiz məkan kimi istifadə edirik. Kiməsə barmaq silkələyirik, şikayətlərimizi yazaraq emosiyalarımızı idarə edirik. Hərdən burada sanballı, maraqlı və savadlı görünmək istəyirik, hərdən məsləhət almaq üçün dostlara müraciət edirik, hərdən də sadəcə vaxt keçiririk. Amma ən çox da paylaşımlarımız vasitəsiylə gündə ən az bir dəfə hər kəslə danışmağa özümüzü borclu hiss edirik. Oxumağa davam et

Advertisements

Semestr dəyərləndirmə yazısı: “Bloqum məndən daha məşhurdur”


praktikaya gedirikXeyli müddətdir bloq yazmıram. Amma bu semestr xüsusən Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında müəllifi olduğum “Jurnalistika dərsləri” bloqunun məndən daha məşhur olduğunu kəşfetdim. Nəinki kəşf etdim, Bakı Slavyan Universitetində (BSU) canlı şahidi oldum.
Tələbələr seminar və imtahanlara hazırlaşarkən, referat və ya müxtəlif tapşırıqları hazırlarkən müəllifini şəxsən tanımadıqları bloqdan resurs kimi istifadə etdiklərini deyirlər. Aylardır yeni yazı dərc edilməmiş və bloqa qulluq edilməmiş olmasına baxmayaraq giriş statistikası da bunu dəstəkləyir. Gənclər üçün bu qədər əhəmiyətli bir mənbəni diqqətdən kənar saxlamanın haqsızlıq olduğu düşüncəsiylə bu yazını qələmə almağa qərar verdim. Onsuz da semestr başa çatarkən bir dəyərləndirmə yazısı yazmaq lazım idi. Oxumağa davam et

Erdoğan haqlı ola bilərmi?


BjPrwsACcAAYq5wTürkiyənin baş naziri Recep Tayyip Erdoğanın seçki mitinqindəki “Twitter mivitterin kökünü qazıyacağıq” bəyanatından sonra, bu gecə yarısından etibarən Türkiyədə bu sosial şəbəkəyə giriş bağlanıb. Təbii haldır kı, qadağaya Türkiyə və dünyadan  reaksiyalar gəlməyə, istifadəçilər isə müxtəlif yollarla sosial şəbəkədən istifadə etməyə davam edirlər. Oxumağa davam et

Özünüz çəkdiyiniz və özünüz paylaşdığınız öz fotonuz


Siz nə vaxtsa özünüz çəkdiyiniz öz fotonuzu instagram ya da twitterda paylaşdınız? Çoxunuz çəkmisiniz, amma əminəm ki, yaxşı alınmadığı üçün paylaşmaq cəsarətiniz olmayıb. Elə mən də sizin kimi “kompleksli insan”am.

Bəs siz selfie sözünü eşitmisiniz?

Dünyanın nüfuzlu nəşrlərindən biri hesab olunan və 1884-cü ildə fəaliyyətə başlayan Oksford lüğətinin maraqlı ənənəsi var. Redaksiya, hər il o ilin əhval-ruhiyyəsini ən yaxşı əks etdirən kəliməni “ilin sözü” olaraq seçir.  Ənənəyə uyğun olaraq redaksiya ötən gün 2013-cü ilin də sözünü elan edib. Bu, selfie kəliməsidir. Oxumağa davam et

Mən jurnalistin yazanını sevirəm


“Jurnalist də öz sözünü deməlidir…”

“Jurnalist də aktivist olmalıdır, dəyişdirməlidir…”

Jurnalistika fakültələrində tələbələr hələ “obyektiv” və “operativ” anlayışlarını ayırd edə bilməzkən, ilk dərslərdən başlayaraq onlara “jurnalist obyektiv olmalıdır” fikrini aşılamağa çalışırıq. Düzdür, fakültədə öyrədilən bir çox şey kimi praktikada bu da çox vaxt özünü doğrultmur.

Məsələn, son günlərin yenə aktual mövzularından biri, peşənin tələbləri ilə aktivizmin səhv salınması, qarışdırılması kimi. Bu mövzuya dair fikirlərimiz üst-üstə düşə, yaxud haçalana bilər, fərqli mövqelərdə də ola bilərik. Əslində mübahisəli mövzudur da, söhbət hər hansı etiraz aksiyasının işıqlandırılmasından getmir, mövzu birbaşa aksiyanın iştirakçısı olan jurnalistlərin  emosional hərəkət edib, müəyyən şüarları səsləndirməsidir. Oxumağa davam et

Semestrin son sözü…


01Bir tədris ilini daha yekunlaşdırdıq, o cümlədən final imtahanlarını. Tələbələr istirahətə yollandılar, müəllimlər növbəti semestrə hazırlaşmağa. Yeni tədris ilinə enerji ilə dolu və xoş əhval-ruhiyyə ilə qayıdacaqlarını ümid edir, hər birinə xoş istirahətlər arzulayıram.

“Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini tədris etdiyim 112204-cü qrupda, “Bu fənn sizə nə öyrətdi” sualına dilucu cavab verənlər də var, maraqlı semestr tapşırıqlarına imza atanlar da. Əlbəttə, hələlik son sözü imtahan nəticələri deyir, nəticələri də qənaətbəxş hesab etmək mümkündür. Oxumağa davam et

Facebookda həştaq funksiyası


Facebook-Hashtag-Mark-ZuckerbergSosial şəbəkələrin ən böyükləri facebook və twitteri fərqləndirən xüsusiyyətlər çox olsa da, artıq onları birləşdirən bir işarə var. Bu, adı həştaq (hashtag) olan “#” işarəsidir.

Twitter istifadəçiləri bu işarəni yaxşı tanıyır. Bu işarə, informasiya axınını tənzimləmək, eyni mövzu ilə maraqlanan insanları bir yerə yığmaq funksiyasını həyata keçirir, müəyyən növzuya uyğun məlumatları qruplaşdımağa imkan yaradır. Kimin nə barədə twit etdiyini görmək, geniş tiraja malik olmaq üçün bu işarədən istifadə edilir. Oxumağa davam et

Qapalı auditoriyada xəbər otağı yaratmaq


İçərişəhər xüsusi buraxılışı səhifə 1Bizim universitetlərdə jurnalistikanın tədrisi əsasən yaddaş prinsipinə əsaslanır. Əslində, tədris planı və ali məktəblərdəki idarəçilik anlayışı özü bunu diqtə edir. Yəni tələbələrin praktik vərdişlərə yiyələnməsinə öncəlik verilmir, onlar daha çox mühazirə dərslərində müəllimə qulaq asır, seminar dərslərində isə eşitdiklərini ona qaytarırlar. Nəticədə, nəzəri biliklərlə yüklənən tələbələr, istehsalatda özlərini doğrultmurlar. Oxumağa davam et

İlk dərs… İlk təəsürat…


Birinci yazıda qeyd etdiyim kimi, bizim ali məktəblərdə auditoriyaya addım atmazdan əvvəl sillabus (müəllim və tələbə arasındakı müqavilə də demək mümkündür) hazırlamaq və onu müvafiq şöbəyə təsdiqlətdirmək lazımdır. Semestr sonunda oradan uğurla çıxmaq üçün də bəzi maneələr aşılmalı, təhlükələr dəf edilməlidir 🙂

Mən ilk təəsüratın əhəmiyyətli olduğuna inanıram. İlk qarşılaşmadakı müsbət təsir tələbələrlə semestr boyunca ünsiyyəti də asanlaşdıracaqdır. Sonrakı dərslərdə yaxşı cəhətlərinizi üzə çıxarmalarını gözləməniz vaxt itkisinə səbəb olacaqdır.

“İlk qarşılaşmada yaxşı təəssürat oyatmaq” barədə onlarca kitab oxuya bilərsiniz. Geyimdən tutun da nəzakətli görünməyə qədər müxtəlif reseptlər təklif edilir bu kitablarda. Bilik səviyyəniz, məlumatlı olmağınız qədər bunlar da əhəmiyyətlidir əlbəttə, amma məncə ən vacibi səmimi olmaq, olduğu kimi görünməkdir. Mən belə edirəm. Oxumağa davam et

Auditoriyaya addım atmaq “Sillabus” hazırlamaqla başlayır


Ola bilər ki, Amerika təəsüratları qədər uğurlu olmasın, amma bu dəfə müəllimlik təcrübəmi yazmaq istəyirəm. Tənqid və məsləhətlərinizin dəyərli olduğunu, dəyərli olduqları qədər dəyərləndiriləcəklərini də elə yazının başındaca bildirmək istəyirəm.

Azərbaycan Universitetində “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini artıq dördüncü ildir ki, tədris edirəm. Tələbələrlə birlikdə özüm də demək olar ki, hər gün yeni nə isə öyrənirəm. Məsələn, ilk öyrəndiyim şey, sillabus olmadan və Tədris şöbəsinə təsdiq etdirilmədən dərsə buraxılmayacağım olmuşdu…

Sillabus, fənnin semestr üzrə proqramıdır və auditoriyaya addım atmaq üçün müəllimdən ilk növbədə sillabus hazırlamaq tələb olunur. Konkret fənn üzrə tədris prosesində həm müəllimlərin, həm də tələbələrin öhdəliklərini müəyyənləşdirən sillabusda, fənn və müəllim haqqında məlumatlar, fənnin təsviri və məqsədləri, gözlənilən nəticələr, tövsiyə edilən əsas və əlavə ədəbiyyat, tədris siyasəti və davranış, qiymətləndirmə, təqvim-tematik plan kimi məlumatlar öz əksini tapmalıdır. Oxumağa davam et

“Siçan” əvəzinə“Tuşqan”…


Bu yazı bir neçə həftə bundan əvvəl yazılsa da, bloqa yerləşdirilmək üçün yubanırdı. Axırıncı dəfə gözdən keçirib, kiçik düzəlişlər aparmaq lazım idi, amma mən tənbəllik edirdim. Mətbuatda Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladığına dair xəbəri oxuyunca, “tam məqamıdır” dedim…

 "Siçan" əvəzinə "tuşqan"Nə qədər çiynənmiş də olsa deyəcəm, dil yaşayan, canlı bir varlıqdır. Onu təcrid etmək, başqa dillərin təsirindən qorumaya çalışmaq günümüzdə qeyri-mümkündür. Texnologiyanın inkişafı və informasiya mühitinin açıq olması yeni anlayışların, yeni əşyaların ortaya çıxmasına səbəb olur. Bu yeni anlayışlar və yeni əşyalara təbii olaraq bir “ad” vermək lazımdır.

Biz bu gün bu yeni anlayış və əşyalara əcnəbi dillərdən istifadə edərək bir “ad” veririk. Dilimiz sadəcə əcnəbi dillərdən alınan sözlərin hesabına zənginləşir, öz balansından,  lüğət tərkibindən, söz ehtiyatından yetərincə faydalana bilmir. Oxumağa davam et

Amerikada doqquz gün…


ABŞ-a səfər təəsüratlarımın bloqun hələ də çox oxunanları sırasında olduğunu nəzərə alaraq, onları tək yazıda birləşdirdim. Kiçik əlavə və düzəlişlər də apardım. Artıq, “birinci”, “ikinci” ….. yazı deyə axtarmağa ehtiyac qalmadı. Buyurun, oxuyun…

Amerikadakı ən orijinal mərasim: "Panera Bread" kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir...

Amerikadakı ən orijinal mərasim: “Panera Bread” kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir…

 Fotolar: Ülviyyə Əsədzadə, Cabir Məmmədli

Amerika Birləşmş Ştatlarını tanımaq və haqqında yazmaq üçün uzun illər orada yaşamaq və müşahidə aparmaq lazımdır. Amma bəzi dostlardan “Amerika haqqındakı təəssüratların maraqlı olardı” məktubları alınca, doqquz günlük ABŞ səfərində tutduğum qeydləri sizlərlə də paylaşmaq istədim.

Beləliklə, bu yazı sadəcə havadan və avtobusun pəncərələrindən gördüyüm ABŞ,  Karolinalar (Cənubi və Şimali Karolina) və Corciyanın paytaxtı Atlanta haqqındadır. Oxumağa davam et

Amerikadan “görünən” Azərbaycan…. Amerika haqqında hələlik son yazı…


ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

Sovet dövrünü görmüş, Səməd Vurğunun “Zəncinin arzuları” poemasından “Mən zənciyəm həm də rəssam, otuz ildən bir az da çox övladıyam bu sənətin” misralarına aşina olan hər Azərbaycanlı üçün Amerikada yaşayan zəncilərin həyatı da çox maraqlıdır. Axı sovet təbliğat maşını 70 il boyunca onların “ikinci növ” vətəndaş sayıldığını, irqi ayrı-seçkiliyə məruz qaldıqlarını necə deyərlər “beyinlərə həkk etmişdi”.

ABŞ-da bu problem bu gün həll olunmuş kimi görünür. Amerika nəhayət həm qara dərili, həm də müsəlman olduğu iddia edilən birini özünə prezident seçib. Bəlkə də sterotiplərin təsirilədir,  amma mənim müşahidələrim deyir ki, “ağ”lar və “qara”lar arasında o “təbii” olan olan ayrı-seçkilik hələ də davam edir (etdirilir). Oxumağa davam et

Çəpərsiz evlər, buzlu çay, siqnalsız maşınlar… Amerika haqqında üçüncü yazı…


USA, study tour

ABŞ, Cənubi Karolina, Kolumbiya, çəpərsiz evlər

ETV-nin binasındakı iki günlük təlimlərdən sonra (30 yanvar Çərşənbə günü) Corciyanın paytaxtı Atlantada yerləşən “CNN Center”da başa çatacaq “Study Tour” başlayır. Birinci gün 2 redaksiyanı – Şimali Karolinanın Şelbi qəsəbəsində yerləşən “The Star” qəzetini, günortadan sonra isə bu ştatın ən böyük şəhəri olan Charlotteda yerləşən “The Charlotte Observer” qəzetinin redaksiyasını ziyarət edəcəyik. Proqrama görə, 31 yanvarda “The Greenville News”, 1 fevral günü isə “The Atlanta Journal Constitution” qəzetlərinin redaksiyalarında görüşlər nəzərdə tutulur.

Səhər yeməyindən sonra Kolumbiyadakı oteli tərk edir və səyahətimiz boyunca bizi müşayiət edəcək olan Randy Covingtonun da bizə qoşulması üçün avtobusla onun yaşadığı səmtə yollanırıq. Oxumağa davam et

“Agos”a manşet təklifi


azerbaijani-film-festivalTürkiyədə “Agos” adlı bir qəzet çıxır, bu ölkədə yaşayan erməni icmasının ilk həftəlik qəzetidir, 1996-cı ildə fəaliyyətə başlayıb. İki dildə – Türkiyə türkcəsi və erməni dillərində çap edilir. Məqsədi, erməni icması ilə türklər arasında körpü olmaq, icmanın problemlərini Türkiyənin problemləri səviyyəsinə yüksəltməkdir. Çox mədəniyyətlilik, demokratiya, insan hüquqları, milli və dini azlıqların hüquqları kimi mövzularda xəbər və yazılara üstünlük verildiyi irəli sürülür.

Fəaliyyətinin ilk illərində yazı və xəbər mövzularının seçilməsində həssaslıq göstərilsə də, müəyyən bir tiraj əldə edildikdən manşetə çıxarılan mövzular da dəyişib, xüsusən son illərdə üslubunda sivriləşmə müşahidə olunur. Oxumağa davam et

Amerika qonaqpərvərliyi… Amerika haqqında ikinci yazı…


ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

Amerika ilə birinci yazıda bəhs edilən səthi və qısa tanışlıqdan sonra 28 yanvar bazar ertəsi günü proqramda nəzərdə tutulan təlimlərimiz başlayır. İki günlük təlimlərin yadda qalan iki əsas məqamı, Randy və Laura Covingtonların evindəki axşam yeməyi ilə Cənubi Karolina Universitetinin Jurnalistika fakültəsini ziyarətimiz olur.

Təlim yeri SC (South Carolina) ETV-nin binasında yerləşən “Newsplex”dir. SC ETV, 11 televiziya və 5 radio ötürücüsünü birləşdirən, ABŞ-ın PBS – ictimai yayım xidmətinə daxil olan ictimai və təhsil verilişləri şəbəkəsidir. Mövzunu daha yaxşı anlamaq üçün haşiyə çıxaraq, Amerikada televiziyanın tarixinə qısaca nəzər salmaq lazımdır. Oxumağa davam et

Ən uzun şənbə… yaxud Amerika haqqında birinci yazı


ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəriVaşinqton heykəli

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri
Vaşinqton heykəli

Başlığa aldanmayın, əslində bu yazı Amerika Birləşmş Ştatları haqqında deyil. Bu ölkəni tanımaq və haqqında yazmaq üçün uzun illər orada yaşamaq və müşahidə aparmaq lazımdır. Amma bəzi dostlardan “Amerika haqqındakı təəssüratların maraqlı olardı” məktubları alınca tutduğum qeydləri sizlərlə paylaşmaq istədim.

Əlbəttə ki, Amerika haqqında yazmaq üçün bir həftəlik orada səfərdə olmaq kifayət etmir. Bu yazı sadəcə havadan və avtobusun pəncərələrindən gördüyüm Amerika, Karolinalar (Cənubi və Şimali Karolina) və Corciyanın paytaxtı Atlanta haqqındadır. Oxumağa davam et

Hürriyet’ten cevap var


Sumgayit19 Ocak 2013 tarihli Hürriyet gazetesinde Ertuğrul Özkök tarafından kaleme alınan “O sahneyi yeniden oynamış” adlı köşe yazısında yazar, gazeteci Mehmet Ali Birand’la bağlı anılarını anlatıyor, “Ermenilerin öldürüldüğü Pripyat’a ilk giren iki gazeteci bizdik” alt başlığıyla şu ifadelere yer veriyordu: “Onunla birlikte çok büyük özel işler yapmıştık.1989 yılında Azerbaycan’da ermenilerin öldürüldüğü Pripyat şehrine olaylardan sonra giren ilk iki gazeteci bizdik. Pripyat Meydanı’nda olayı anlatırken video görüntülerini ben çekmiştim. O sırada bir Azeri gelip “Siz Mehmet Ali Birand’sınız” demişti. Dağlık Karabağ’dan kaçan göçmenlerden biriymiş. Oradayken Türk televizyonlarını seyredermiş. Oradan tanıyormuş”.

Azerbaycan’da Pripyat adlı yerleşim biriminin olmadığına dair şikayetimi çeşitli platformlarda dile getirmiş, gazetenin okur temsilcisi Faruk Bildirici’ye de mektup yazarak bildirmişdim. Oxumağa davam et

Köşeyi tutanın tutarsızlıkları (Özkök ve Pripyat: İki yazı arasındaki benzerlik)


‘“Hürriyet gazetesindeki köşeniz aracılığıyla siz  fikirlerinizi geniş kitlelere yayma konusunda daha büyük imkanlara sahipsiniz. Ama, siz bu imkanı kötüye kullanamazsınız. Düşünce özgürlüğü her aklına geleni yazma özgürlüğü değildir…”

Agdam mescidiTürk medyasında son yıllarda Azerbaycan’ı karşıtı haber ve köşe yazılarının sayı hızla artıyor. Bu tip yazılar Türk kamuoyunda Azerbaycanın imajını zedelemeye hizmet ediyor. Ermenistan ile ilgili haberlerde ise kamuoynu etkisizleştirecek bir üslubun yeğlendiği görülüyor.

Konuyu takip edenler bilir, bu tip yazıların son örneği 19 Ocak 2013 tarihli Hürriyet gazetesinde Ertuğrul Özkök tarafından kaleme alınmıştır. “O sahneyi yeniden oynamış” adlı köşesinde bir kaç gün önce vefat eden gazeteci Mehmet Ali Birand’la bağlı anılarını anlatan Özkök, “Ermenilerin öldürüldüğü Pripyat’a ilk giren iki gazeteci bizdik” alt başlığıyla şu ifadelere yer veriyor: “Onunla birlikte çok büyük özel işler yapmıştık.1989 yılında Azerbaycan’da ermenilerin öldürüldüğü Pripyat şehrine olaylardan sonra giren ilk iki gazeteci bizdik. Pripyat Meydanı’nda olayı anlatırken video görüntülerini ben çekmiştim. O sırada bir Azeri gelip “Siz Mehmet Ali Birand’sınız” demişti. Dağlık Karabağ’dan kaçan göçmenlerden biriymiş. Oradayken Türk televizyonlarını seyredermiş. Oradan tanıyormuş”. Oxumağa davam et

Özkök’e yanıt: Pripyat yoktur, ama tıpkı onun gibi hayalet bir şehir var, Ağdam…


Türk medyasında son yıllarda Azerbaycan’ı karalayan, iki ülke arasındakı ilişkileri baltalayan haber ve özellikle köşe yazılarına sıkça rastlıyoruz, bu yazılarla Türk kamuoyu yanlış yönlendiriliyor. Ermenistan ile ilgili haberlerde ise kamuoynu etkisizleştirecek bir üslubun yeğlendiği görülüyor.

Bu tip yazıların son örneği 19 Ocak 2013 tarihli Hürriyet gazetesinde Ertuğrul Özkök tarafından kaleme alınmıştır. “O sahneyi yeniden oynamış” adlı köşesinde bir kaç gün önce vefat eden gazeteci Mehmet Ali Birandla bağlı anılarını anlatan Özkök, “Ermenilerin öldürüldüğü Pripyat’a ilk giren iki gazeteci bizdik” alt başlığıyla şu ifadelere yer veriyor: “Onunla birlikte çok büyük özel işler yapmıştık.1989 yılında Azerbaycan’da ermenilerin öldürüldüğü Pripyat şehrine olaylardan sonra giren ilk iki gazeteci bizdik. Pripyat Meydanı’nda olayı anlatırken video görüntülerini ben çekmiştim. O sırada bir Azeri gelip “Siz Mehmet Ali Birand’sınız” demişti. Dağlık Karabağ’dan kaçan göçmenlerden biriymiş. Oradayken Türk televizyonlarını seyredermiş. Oradan tanıyormuş”. Oxumağa davam et

Haberler çok iyi abi… Kendimizi ifşa ettik…


pripyatTürk medyasında son yıllarda Azerbaycan’ı karalayan, iki ülke arasındakı ilişkileri  baltalayan haber ve özellikle köşe yazılarına sıkça rastlıyoruz, bu yazılarla Türk kamuoyu yanlış yönlendiriliyor. Ermenistan ile ilgili haberlerde ise kamuoynu etkisizleştirecek bir üslubun yeğlendiği görülüyor.

Bu tip yazıların son örneği dün Hürriyet gazetesi  yazarlarından Ertuğrul Özkök tarafından kaleme alınmıştır. “O sahneyi yeniden oynamış” adlı köşesinde (19 ocak 2013) iki gün önce vefat eden gazeteci Mehmet Ali Birandla bağlı anılarını anlatan Özkök, “Ermenilerin öldürüldüğü Pripyat’a ilk giren iki gazeteci bizdik” alt başlığıyla şu ifadelere yer veriyor: “Onunla birlikte çok büyük özel işler yapmıştık.1989 yılında Azerbaycan’da ermenilerin öldürüldüğü Pripyat şehrine olaylardan sonra giren ilk iki gazeteci bizdik. Pripyat Meydanı’nda olayı anlatırken video görüntülerini ben çekmiştim. O sırada bir Azeri gelip “Siz Mehmet Ali Birand’sınız” demişti. Dağlık Karabağ’dan kaçan göçmenlerden biriymiş. Oradayken Türk televizyonlarını seyredermiş. Oradan tanıyormuş”. Oxumağa davam et

Fərdi informasiya vasitələri dövrü


aksiya(Mənim aksiya təəssüratlarım…)

2009-cu ildə yayımının Azərbaycanın yerli FM tezliyində dayandırılmasından sonra fəaliyyətinə qısa dalğa, peyk, internet vasitəsilə davam edən Azadlıq radosu bu gün Bakıda baş tutan (#protestBaku) #əsgərölümünəson aksiyasını işıqlandırmaq üçün bambuser xidmətindən istifadə edərək hadisə yerindən canlı reportajlar yayımlayıb.

Bambuser elə bir xidmətdir ki, onunla bir başa olaraq internet üzərindən yayım etmək mümkündür. Bunun üçün qeydiyyatdan keçmək və veb kameranın olması kifayət edir. Bambuserlə yayımı hətta mobil telefonla da etmək mümkündür. Görüntünün keyfiyyəti bir başa olaraq internetin sürətindən asılıdır. Oxumağa davam et

Ramiz Rövşən niyə xalq şairi deyil?


Ramiz RovsenSovet dövründən bizə miras qalan ənənələrdən biri də xalq artisiti, xalq yazıçısı, xalq şairi kimi fəxri ad və titullardır. Çox bloklu binalar, metro vaqonları, Bakının kənar dalanları kimi bu adlardan da “Sovet iyi” gəlir.

Bəzi mənbələrə görə, Azərbaycanın ilk xalq yazıçısı əslən erməni olan Aleksandr Şirvanzadə olub və bu adı 1930-cu ildə alıb. Azərbaycanın ilk xalq şairi isə Səməd Vurğundur. O, bu ada 1956-cı ildə, ölümündən bir neçə ay əvvəl layiq görülüb. Bəzi mənbələr isə qeyd edir ki, sözügedən bütün fəxri adlar məhz onun ölümündən sonra təsis olunub. Səməd Vurğundan 4 il sonra, 1960-cı ildə Süleyman Rəhimova, bir il sonra isə Mirzə İbrahimova  Xalq yazıçısı fəxri adı verilib. Oxumağa davam et

“Hepimiz Hocalıyız” diyebilmek…


Khojaly“Burada, ovadaki camiide Hakverdi Hacıyev kurşunlanmış çocukların, işkencelere maruz kalmış yaşlıların cesetlerini yıkarken, ellerinin Dağlık Karabağ uğrunda Ermenistan ile 4 yıldan bu yana sürdürülen, ilan edilmemiş savaşta Azerbaycan’ın yaşadığı acı  ve yenilgilere dokunduğunu düşünürsün. “26 Şubattan bu yana 200 ceset yıkadım”. Hakverd’inin dehşet içerisinde kefene sardığı başı kesilmiş erkek cesedi Ermenistan ile Azerbaycan arasındaki öç alma ve intikam duygusunun  yeni tezahürüdür. Hakverdi diyor ki, cesetlerin bir kısmı tanınmaz halde olsa da, biz onları defn etmeliyiz…”

8 Mart 1992 tarihli New York Times gazetesinde yer alan yazıdan bir alıntıdır yukarıda okuduklarınız. Amerikalı gazeteci Klines, 5 Mart 1992 günü Ağdam’da kendi gözleriyle gördüklerini bu kelimelerle yazıya dökmüştü… Oxumağa davam et

Xeyir körpüsü və Tibbi sığorta


Elə indicə oxuduğum bir xəbərdə qeyd olunur ki, dekabrın 1-də Bakı Caz Mərkəzində aparıcı Hacı Nuran Hüseynova dəstək üçün xeyriyyə konserti keçiriləcək. Bilənlər bilir, Xəzər telekanalında yayımlanan “Xeyir körpüsü” adlı bir proqram var. Bu proqram vasitəsilə bir çox xəstə və köməyə ehtiyacı olan insanlara ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən kömək göstərilib, müalicələri təşkil olunub.

Verilişin aparıcısı Hacı Nuran Hüseynovun səhhətində bir müddətdir ki, ciddi problemlər yaranıb. Aparıcıya dəstək üçün bank hesabları açılır, xeyriyyə aksiyaları keçirilir. Bu yaxınlarda ANS TV-nin redaktoru Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədovanın müalicəsi üçün tələb olunan məbləğin toplanması üçün də bənzər yardım kampaniyası keçirilmişdi. Oxumağa davam et

20 il əvvəl, 20 il sonra


20 il əvvəl, 14 noyabr günü Bakı səmalarından Türkiyənin paytaxtı Ankaraya bir təyyarə havalandı. Müstəqilliyini cəmi bir il əvvəl bərpa etmiş Azərbaycan Respublikasının 100-dən çox gəncini ali təhsil almaq üçün bu ölkəyə aparan təyyarədə bir il əvvəl Bakı Dövlət Universitetinin qəbul imtahanlarında “konkurs”a düşərək rayona qayıtmaq məcburiyyətində qalmış bu sətirlərin müəllifi də vardı. Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək üçün sənədlərini vermiş, amma bir təsadüf nəticəsində Azərbaycanda ilk dəfə test üsulu ilə keçirilən Türkiyəyə qəbul imtahanlarında iştirak etmiş və Qazi Universitetinə qəbul olunmuşdu. Oxumağa davam et

Maskanın rəngi


“Demokratiyanın beşiyi”ndə növbəti prezident seçkiləri keçirilir. Hər yerdə Obama və Romneyi görməkdən bezən Amerikalı kiçik qızın da sıxıntılı günləri nəhayət bitir.
(Haşiyə: Niyə seçki yox, seçkilər deyirik… Niyə bu sözü cəm halda işlətməliyik? Axı söhbət bir prosesdən gedir, prezident seçkisi, parlament seçkisi, bələdiyyə seçkisi kimi).
Demokratiya quruculuğunda tez-tez başqa ölkələrə nümunə göstərilən ABŞ seçki sisteminin ilk baxışda diqqəti cəlb edən bəzi məqamları göstərir ki, amerikalılar bizim kimi “qözü qara” millət deyil, yeniliyi və dəyişimi sevmirlər. Oxumağa davam et

Yeri səhv düşən festival


“Qərb bölgəsində şərabçılığın sənaye əsasları ilə inkişafında təxminən 200 il bundan əvvəl bu torpaqlara köçürülən almanların rolu böyük olub”.

 

Bu yazını yazmağıma səbəb Gəncədə keçirilən I Beynəlxalq Şərab Festivalına əksər media orqanlarının münasibətidir. Gərək mətbuatda, gərəksə də sosial şəbəkələrdə tədbir barədə oxuduğum yazı və statuslarda festival “qəribə bayram mərasimi” kimi təqdim olunur, hətta Gəncəlilərin dini inanclarına hörmətsizlik kimi dəyərləndirilir.

Gəlin festivallara başqa bir pəncərədən baxaq.

Festivallar şəhər marketinqi baxımından əhəmiyyətli tədbirlərdir. Adına istər festival, istər bayram deyin, təşkil olunmalarnın səbəbi o şəhərin, rayonun ya da regionun iqtisadi inkişafına təkan vermək, iqtisadi həyatı canlandırmaq, turist şəkmək, o bölgəyə aid məhsulu tanıtmaq, əkilib-becərilməsini təşviq etmək, o məhsulu və o şəhəri brendləşdirməkdən ibarətdr.

Oxumağa davam et

Özəl həyatın ictimailəşməsi və gizli kameralardan istifadə


“Əgər ictimai fiqur şəxsi və ictimai həyatı ilə bağlı uzlaşmayan fəaliyyət göstərirsə, jurnalistlər korrupsiya, qanun pozuntuları, cinayət əməlləri və s. kimi ictimai maraq doğuran hallarla əlaqədar olaraq informasiya toplamağa və yaymağa haqlıdırlar”.

Son illər təkcə Azərbaycanda da deyil, bütün dünyada internet vasitəsilə yayılan xəbər və gizli video çəkilişlər böyük rezonansa səbəb olur, internet gizli faktların ortaya çıxarılması və senzurasız yayılması üçün şərait yaradır.

Məsələn, 1999-ci ilin yanvar “Drudge hesabatı” başlıqlı yazının internetdə dərci edilməsi ilə ABŞ prezidenti Bil Klinton və Ağ Evin keçmiş stajyerlərindən Monika Levinski arasında yaşanan səmimi əlaqə ortaya çıxmışdı. Həmin yazıda Levinskinin telefon danışıqlarına yer verilmişdi. 2010-cu ildə Türkiyənin ana müxalifət partiyasının lideri Dəniz Baykal və eyni partiyadan olan xanım millətvəkilinə aid görüntülərin internetdə yayılması siyasi qalmaqala səbəb olmuş və Baykal partiya sədrliyindən istefa etmək məcburiyyərində qalmışdı.

Gizli video çəkilişlərinin aparılması və internetdə yayılması Azərbaycan ictimaiyyəti üçün də yad deyil. Azadlıq qəzetinin direktoru Azər Əhmədov və jurnalist Xədicə İsmayılovaya aid görüntülərin internetdə yayılmasının üzərindən az vaxt keçib.  Yeni yayılan bir videomaterialda isə sabiq rektor və millət vəkili xanım arasında birincinin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Oxumağa davam et

Qorumalı: Mətbuat konfransına hazırlıq


Bu mətn parolla qorunur. Yazını görmək üçün parolunuzu daxil edin:

Qorumalı: İctimaiyyətlə Əlaqələr işində etik kodekslər


Bu mətn parolla qorunur. Yazını görmək üçün parolunuzu daxil edin: